Üzük | Knut Hamsun

Bir dəfə qonaqlıqda olduğumuz zaman onun çöhrəsində yenicə eşqə düşmüş gənc qadının cizgilərini gördüm. Mavi gözləri əvvəllər olmadığı kimi parıldayır və öz hisslərini heç cür gizlədə bilmirdi. O, kimi sevir axı?

Deyəsən bayaq pəncərə qarşısında dayanan gənc centlmeni – əyninə mundir geyinmiş, səsi aslan nəriltisinə bənzəyən sahibkar oğlunu. Aman Allah, qadının gözləri gənc oğlana elə bir məhəbbətlə baxırdı ki…

Axşam evə qayıdarkən onun xasiyyətinə yaxşı bələd olduğumu nəzərə alaraq dedim:
– Necə aydın, möcüzəvi hava var. Bu gün maraqlı keçdi, hə?
Davamı →

Sirli dərd | Knut Hamsun

Onunla dördüncü dəfə görüşdüm. Sanki o, hər addımımı izləyir və elə bil ki, hər an mənə xətər yetirə bilər; yəni bir də görürsən ki, budur haradansa pırtlayıb çıxdı və qəti ürəyimdən olmayan bir şəraitdə görüşməli olduq. Hətta bir dəfə onunla öz otağımda, Xristianiyada görüşdüm. Yox, yaxşısı budur hər şeyi başdan ayağa sizə danışım.

I
İlk dəfə onunla 1879-cu ilin Yeni il bayramında Kopenhagendə rastlaşdım. Onda, səhv etmirəmsə Klyarsbodendə yaşayırdım.

Otağımda oturmuşdum, notların üzünü köçürürdüm. Not oxuya bilmirəm deyə bu iş lap zəhləmi tökürdü. Birdən astaca, küt səslə, qapım döyüldü. Elə bildim ki, qapını qadın əlilə döydülər. Sevinclə qışqırdım: «Buyurun!» O, daxil oldu.
Davamı →

Maksim Qorkiyə görə tayı-bərabəri olmayan yazıçı – Knut Hamsun

Elə insanlar var, onlar üçün kitab yazmaq bir peşə, «dolanışıq vasitəsi»dir; amma onlar yalan danışmırlarsa, bir şeyi olduğundan pis göstərmirlərsə, — bunun özü də yaxşıdır. Daha da yaxşısı isə odur ki, onlar məhrəm hesab etdikləri insanı kobud dillə ifadə etsək, azca bəzəyib-düzəyirlərsə, bunu sadəcə oxucuya olan sevgilərindən edirlər, zənnimcə, oxucular özlərini nə qədər az sönük görsələr, o qədər faydalıdır; gözəl lələkli insan xoruz kimi bir şeydir, amma nə olsun, uçmağı unudan bu quş yerdə hələ də qürurla gəzir və dünyaya təkcə milyonlarla damazlıq yumurta ərmağan etdiyinə görə yox, həm də rəqabətin mədəni əhəmiyyətini çox yaxşı dərk etdiyinə görə hörmətəlayiqdir.

 «Sifətləri tərdən islanmış» halda işləmək «istedadı» azarına tutulan, olduqca normal və bioloji cəhətdən bəraəti olan "şöhrət" qazanmaq yolunda narahat bir canfəşanlıqla kitablar yazmağı özlərinə məcbur edən, öz şəxsiyyətlərini «sadə insanlar» xaotik kütləsindən ayırıb ortaya çıxaran, bu insanlar arasında yaradıcıya, təsəlli verənə, zarafatcıla diqqət mühiti və rəğbət yaradan yazıçılar da var.
Davamı →

Knut Hamsun

Əsl adı Knud Pederson olan Knut Hamsun 1859-cu il avqustun 4-də Norveçin şimalında yerləşən Lom qəsəbəsində çoxuşaqlı ailədə dünyaya gəlib. Dərzi atanın bütün zəhmətlərinə baxmayaraq ailə olduqca kasıb həyat tərzi sürürdü. Bu səbəbdən də bir müddət sonra Knutun ailəsi dolanışıq ucbatından Xamayroy qəsəbəsində yaşayan qohumlarının yanına köçməli oldu. Knut da gücü çata bildiyi qədər ailəsinə köməklik etməyə çalışır. Ayağında taxtadan düzəldilmiş ayaqqabılarla hər gün səhər açılandan, axşama qədər sürü otarır, onların oğurlanmamasına, itməməsinə göz qoyurdu.

Çox sərt insan olan dayısının istəyi ilə valideynləri Knutun səkkiz yaşı tamam olanda onu bir rahibin yanına təhsil almağa yollayırlar. Ata ocağından ayrı düşən oğlana kilsə həyatı və dayısının sərt həyat şərtləri çox ağır gəlir. Beş ildən sonra sərt dayısının tam əksi olan mülayim xasiyyətli digər dayısı onu özü ilə Knutun doğulduğu qəsəbəyə gətirib bir tacirin yanında işə düzəldir. Bir il sonra Knut daha varlı bir tacirlə işləməyə başlayır və tacirin qızına aşiq olur.
Davamı →

Nobel nitqi | Knut Hamsun

Bu sayaq misilsiz səxavətin qarşısında nə demək olar? Ayaqlarım yerə toxunmur, sanki uçuram, başım hərlənir. Bu gün nəciblik və gözəllik yağışına bürünsəm də, mən həmişəki mənəm. Lakin ölkəmə verilmiş mükafat, bir dəqiqə əvvəl bu zalda səslənən dövlət himninin sədaları ayaqlarımı yerdən üzüb.

Bəlkə də ayaqlarımın yerdən üzülməyi birinci dəfə deyil. Xoşbəxt gənclik illərimdə də belə anlarım olub. Axı bu xoşbəxtlik heç bir gəncdən yan keçmir. Yox, bu hissi yalnız anadan qoca doğulmuş, ağlın başdan çıxmağının nə demək olduğunu bilməyən mühafizəkar gənclər dada bilməyib.

Tanrı şahiddir ki, belə fürsətlər sonralar da ələ düşür. Nə olsun? Nəticədə biz olduğumuz kimi qalırıq və şübhəsiz ki, bundan hər birimiz faydalanırıq.
Davamı →

Hitlerə nekroloq

Nobelli yazar Knut Hamsunun Adolf Hitlerə yazdığı nekroloq.

«Açığı mən Adolf Hitler haqqında ucadan danışmaq üçün ləyaqətli biri deyiləm. Bundan başqa onun həyatı və əməlləri sentimentallığa qarşıdır. O, bəşəriyyət naminə döyüşən qəhrəman, bütün xalqların hüquqlarının “İncil”dəki müjdəçisi idi. O, ali dərəcəli islahatçı idi. Tarixi missiyası onu misilsiz qəddarlıq epoxasında fəaliyyət göstərməyə məhkum etmişdi. Bu qəddarlıq sonda onun özünü də məhv elədi. Ehtimal ki, Qərbi Avropanın sadə insanları da Adolf Hitleri məhz bu cür görür. Biz isə, onun ən yaxın tərəfdarları, Hitlerin cənazəsi qarşısında baş əyirik.»
Davamı →

Knut Hamsun

Knut Hamsun  Norveçdə anadan olub. Nordland da kasıbçılıq içində böyüyüb. Uşaq yaşlarından başmaqçı şagirdi, yol işçisi ,bənna, ibtidai sinif müəllimi, və başqa işlərlə məşğul olub. O bir neçə il Amerikada  tramvay sürücüsü olaraq  keçirib, öz təəssüratlarını əsasən satirik şəkildə   Fra det moderne Amerikas Aandsliv ( Müasır Amerikalıların intelektual həyatı ) başlığı altında çap etdirib. Aclıq ( 1890 Hunger) romanı və`Pan onun yaradıcılığında  dönüş nöqtəsi oldu. Aclıq romanı Norveç ədəbiyyatının  ilk müasir romanı sayılır

 

Hamsun əsərləri cəmiyyətdə olan dərin ikrah hissi ilə və insanın yeganə xoşbəxtliyi onun qəlbində gizlənməsi ilə müəyyən olunur Bu primitivizm Hasunun şah əsəri Markens Grode ( Torpağın Bərəkəti ) öz əksini tapıb.  Onun ilk əsərlərinin baş qəhrəmanları  əsasən  səfil, sərsəri obrazlar  olub. Yaradıcılığının  orta  dövrdə Hamsunun aqressivliyi  gəncliyin itməsilə melanxoliya əvəz olunur.  Bu dövrün çürüməsi: Həyatın Oyunu  və Gün işığı  ,Payız ulduz altında  əsərlərinin əsas mövzusudur 1904 cu ildə o həmçinin şerlər külliyatı nəşr  olunur.

 

Hamsunun  sonrakı işləri  individual xarakterlərdən daha çox cəmiyyətə olan geniş hücümlardan yönəlir.  Torpağın bərəkəti əsərindən əlavə Zamənə uşaqları ,Segelfoss şəhəri ,Sərsərilər, Çevrə qapanır  qeyd olunmalı əsərlərdir.

Hamsunun Almaniyaya olan sevgisi  Nasistlərin Norveci 1940ci ildə işğal etməsinə rəğbətini artırıb. Müharibə bitdikdən sonra  həbsə düşür,  müəyyən müddət psixatrik müşahidə altında qalır və 1952 –ci ildə vəfat edir