İtki - yaradıcılığın anasıdır | Leonard Kohen

İndi mənim sizə dediklərim — bir başqasına dediklərimin bəraətidir.

Poeziya — həyatın sübutudur. Əgər sənin həyatın yanıb tutuşursa, poeziya onu küllərə döndərir.

Düzünə qalsa, heç vaxt özünü şair hesab etməmişəm. Həmişə elə hesab etmişəm ki, poeziya başqalarının xüsusi yazı növü kimi qəbul etdiyi qəlibdir. Ona görə də özünü şair adlandırmaq olduqca təhlükəli məsələdir. Qoy bunu başqaları müəyyən etsinlər: onların işi-gücü elə budur.

Dünyadakı bütün gözəl əsərlər sevginin yoxluğundan yaranıb.

Bütün dahiyanə yaradıcılıqlarda dağıdıcı element olur — və məhz o, bizə həqiqi zövqü verir. Yalnız məsələ siyasətə və sosial həyata gəldikdə bu dağıdıcılıq yolverilməzdir. İncəsənət adlandırdığımız məfhumda dağıdıcılıq arzuolunan xarakteristikadır.

Davamı →