Bakıdakı dostlarımdan biri məndən London haqqında soruşdu. Burdakı tələbəçilik, London camaatı və bəzi özünəxas xüsusiyyətlər haqqında kiçik də olsa bir məqalə yazmamı xahiş etdi. Doğrusu bu məqalədə mənim Londonu başqa bir şəhərlə müqayisə etmək yaxud da tərifləmək deyil, mən sadəcə öz təcrübəmdən irəli gələn bəzi məqamları çatdırmaq istərdim.
Əvvəlcə qeyd etmək istərdim ki, burada deyildiyi kimi çox şey fərqlidir. İstər tələbə olmaq istərsə adi bir vətəndaş yaxud da turist. Hər bir təbəqənin özünəməxsus xüsusiyyətləri var. Səhər vaxtı dərsə tələsən tələbəni müşahidə etmək nə qədər təəssürat yaradirsa axşamlar da «kefi kök» evlərinə getməyə çalışan insanları görmək adamda başqa cür təsir oyadır. Amma burada insanlar çox səmimidir və ən çox işlətdikləri söz isə «sorry» yəni bağışla, fərqi yoxdur günah səndə olub ya yox.
Ardı →