Azərbaycan Respublikasının Mülki Məcəlləsindən çıxarış:

Maddə 965. Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi

965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
965.2. Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:
965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 


Ardı →

Dünyanın ən bahalı maddələri

Bəlkə də, bəzilərinin adını belə indiyənə kimi eşitməmisiniz. Amma hamısı hiss etməsək də həyatımızda ciddi bir rol oynayır. Kayzen.az saytı olaraq dünyanın ən bahalı 11 maddəsi  sizlərə təqdim edirik. Siyahıda elə maddələr var ki, qiyməti ilə qızılı belə geridə qoyur ...

Zəfəran: Zəfəran yeməklərə qatılan olduqca bahalı bir ədviyyatdır. Bu məhsulun qramı 11 dollardan satılır. Zəfəranın vətəni Cənub-qərb Asiyadır. Becərilməsinə ilk olaraq Yunanıstan ətrafında başlanılmışdır.  Yarım kiloqram zəfəran üçün 80.000 çiçək emal etmək lazımdır. Öz ağırlığının 100.000 qatı olan suyu sarı rəngə boymaq iqtidarındadır.


Ardı →

Maddələrin təsnifatı və xassələri

  • Kimya
Təbiət elmlərindən biri olan Kimya — maddələr və onların çevrilmələri haqqında elmdir.
Kimyada maddələrin tərkibi, quruluşu, xassələri, kimyəvi  çevrilmələri və bu çevrilmələr zamanı müşahidə olunan proseslər öyrənilir. Ətrafımızda müxtəlif cisimlər maddələrdən əmələ gəlmişdir. Hər bir maddə müəyyən kütlə və həcmə malikdir.
Məddələri bir-birindən fərqləndirən və onların oxşar cəhətlərini müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir.
Əsasən maddələrin iki xassəsini ayırd edirlər:
I Fiziki xassələri — aqreqat halı, rəngi, sıxlığı, ərimə və qaynama temperaturu, istilik keçirməsi, elektrik keçirməsi, iyi, dadı, suda həll olması və.s.
II Kimyəvi xassələri — başqa maddəyə çevrilməsi, digər maddələrlə qarşılıqlı təsirdə olması.

Maddələrin təsnifatı


Maddələr müxtəlif əlamətlərinə görə təsnif olunurlar:
Aqreqat halına görə: bərk, maye, qaz halında olan maddələr:
Buz (bərk)  →  su (maye)  → bu buxarı (qaz)

Fiziki xassələrinin sabitliyinə görə: saf maddələr və qarışıqlar.
Tərkibinə görə: bəsid və mürəkkəb maddələr və s.
Davamı →