Yunan—İran müharibələri

Aralıq dənizi və Qara dəniz sahillərində yunan şəhər-dövlətlərinin yaranması. Yunanlar vətənlərini Ellada, özlərini ellinlər adlandırırdılar. Onlar İon, Egey və Aralıq dənizlərinə, hətta uzaq Qara dəniz sahillərinə belə üzürdülər. Bu dəniz səfərlərinin nəticəsində e.ə. VIII—VI əsrlərdə Qafqazdan tutmuş İspaniyayadək olan dəniz sahillərində yunan koloniyaları meydana gəlmişdi. Torpağı əlindən alınmış kəndlilər, varlanmaq istəyən sənətkar və tacirlər, eləcə də doğma yerlərindən qaçmağa məcbur olan adamlar koloniyalarda məskunlaşırdılar. Milet şəhərinin Qara dəniz sahillərində Pantikapey, Olviya və Xersones kimi koloniyaları yaranmışdı.
Davamı →

Yunan_Iran müharibələri

Marafon döyüşü. İran-Yunan müharibəsi e.ə. 500-449-cu illərdə olmuşdu. İran şahı I Dara (522-486) Egey dənizindəki adaları, onun şərq, şimal sahillərini tutdu və bütün Yunanıstanı təhlükə altına aldı. Anadoludakı yunan şəhərləri olan İoniya şəhərləri Miletin başçılığı ilə İrana qarşı üsyan etdilər. Afina və Eretriya onlara kömək etdi. Lakin üsyan yatırıldı. I Dara Afinanı cəzalandırmaq üçün Afinadan 42 km aralı olan Marafon düzünə(Attikaya) qoşun çıxartdı. Afinalılar 10 min qoşun topladılar. Afinaya gedən yolu kəsdilər, təpələrdə yerləşdilər. E.ə. 490-cı il sentyabrın 13-dəMarafon vuruşması başlandı. Afina qoşunlarının strateqi Miltiad əsas qüvvələri cinahlarda yerləşdirdi, ortada zəif qüvvələri qoydu. İranlılar hücuma keçib yunan qoşunlarının mərkəzi hissəsini məğlub etdilər, qalib gəldiklərini güman edib irəli getdilər. Yunanlar cinahlardan iranlıları sıxışdırdı və məğlub etdi. Bir nəfər Afinalı 42 km qaçaraq özünü Afinaya çatdırmış və uca səslə demişdir: «Afinalılar, sevinin, biz qalib gəldik!». Bu igidin xatirəsinə 42 kilometrlik Marafon qaçışı yarışları keçirilir. Marafon döyüşündə yunanların əldə etdiyi qənimətlə heykəltəraş Fidi Afinanın heykəlini düzəltdi.Fermopil döyüşü. I Daranın oğlu Kserks (486-465) e.ə. 480-cı ildə Orta Yunanıstana hücum etdi. O, Şimali Yunanıstanı ələ keçirdi. Bütün yunan-şəhər dövlətləri iranlılara qarşı birləşdilər
Ardı →