Kimyəvi yağışlar - Məlik Rza

Dünən qarşıdakı binanın küçəyə baxan üzünü rəngləyib bitirdilər. Yeniyətmə oğlanların çöhrəsi kimi bulanıq, kirli yaşıl rəngə boyanmış daşları səhərdən axşamacan izləyərkən illər əvvəl qəsəbənin bəyazlığın bətninə gömüldüyü, insanların evlərinə itkin düşdüyü çovğunlu günü xatırladım.
Buz dənizində adacıqlar kimi boy verən sovet binalarının torpaq rəngi ətrafı nağıl aləminə çevirmiş, küçələrdə göz yaşları ilə bitən qartopu karnavalları başlamışdı. Mən isə qışqırıqları ərşə ucalan yaşıdlarım kimi qartopu oynamır, sərsəri itlərlə təkcənə dolaşırdım. Cismim akvariumdakı balıq tək dizə qalxmış qarda üzərkən torpaq rəngi binalardan ruhumun gizlininə sakitcə axır, canım qəribə əsrarın şirinliyinə yenilirdi.

Davamı →

Göz alması

«Ve karanlık perde-perde sönerken,
gün seferden dönerken,
başlar aynı tören...”
Kim bilir qaranlıq necə sönür? Sonra da soruşur ki, „nerdesin, sesin nerde?” İnsan yalnız gözlərini yumaraq kiminsə səsiyçün darıxa bilər. Qalan bütün hallarda başqa darıxmaqlar da girəcək araya. Bu yumulu gözlərlə indən belə mən də ancaq səslərçün darıxacağam. Səsləri səsləyəcəyəm, səsləri axtaracağam, səsləri tanıyacağam. Mənim günəşim səfərdən dönməyəcək…

Davamı →

Hz.Məhəmməd və çoban

      Bir gün bir çoban Məhəməd Peyğəmbərin qarşısını kəsir və ona deyir:

      — Allaha bir sözüm var, çatdırarsanmı? 

      — Çatdıraram.

      — Allaha de ki, Ondan küsmüşəm.

      — Çatdırdım. Allah da dedi ki, mən də çobandan küsmüşəm.


Ardı →

Həzrəti Fatmeyi Zəhra haqqında maraqlı hekayə

      Həzrəti Fatimeyi Zəhra bir gün atası peyğəmbərimiz Məhəmməd (s.a.s)in yanina gəlib dedi:

      -Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək?

      Peyğəmbərimiz:

      — Filan məhəllədə bir qadin var. O qadın cənnətə ilk girəcək qadındır, buyurdular.

      Həzrəti Fatimə çox maraqlanmışdı. Məndəndənmi əvvəl girəcək, ata? — deyə soruşdu.

      Həzrəti Peyğəmbərimiz:

      — Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol dedi. Həmdə onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarını da öyrənərsən. 


Ardı →

Mənim anam

       Gənc adam gül mağazasının önündə maşınını saxlayır. O bir dəstə gül bağlatdırıb birlikdə yaşamadığı anası üçün hədiyyə göndərmək istəyir. Maşından düşərkən, yolun qıragında oturub ağlayan bir qız uşağını görür. Gənc adam bu qız uşağının yanından laqeydliklə ötə bilmir. Ona yaxınlaşıb soruşur: 
       -Niyə ağlayısan? bir hadisə baş verib?
       Qızcığaz aglaya-aglaya deyir:         — Anama gül almaq istəyirdim, amma pulum çatmır.
       Bunu eşidən gənc gülümsəyərək:         — Gəl mənimlə gedək, sənə gül alım.
        Və gənc onun əlindən tutub gül mağazasına daxil olur. Qıza gül alır və həm də anasına göndərmək üçün daha bir dəstə gül sifariş edir.
Onlar mağazadan çıxanda gənc adam qıza deyir:        — Gedəcəyin yeri de, səni aparım.
        Qızcığaz sevinərək razılığını bildirir. Qız onu qəbiristanlığa tərəf aparır. Onlar yenicə qazılmış bir məzara yaxınlaşırlar. Qız əlindəki gülü həmin məzarın üzərinə qoyur. Bu onun anasının məzarı idi… Hadisədən təsirlənən gənc tələ gül mağazasına qayıdır. Bir az əvvəl sifarişi etdiyi gülü götürüb 200 km uzaqlıqda yaşayan anasına baş çəkməyə gedir…
Davamı →

Çoban və Alma ağacı

      Qoca çoban sürüsünü otarmaq ücün yaylağa çıxanda təpənin yanındakı alma ağacının altında dincələrdi. Hər gün ağacdan alma payını istəyər, bir az keçmiş ağacdan gözəl bir alma düşərdi. Çoban sədəf dəstəkli biçagı ilə almanı dilimləyib yeyər, sonra da babasından qalan Quranını oxumağa başlayardı. Çoban bu ağacı 20 il əvvəl əkmişdi. O,böyük güyümdəki su ilə dəstəmaz alar, sonra da qalan su ilə agacını sulayardı. Ağacın kökləri bəlkə də bu sulardan güc almış, qısa bir vaxtda bar verməyə başlamışdı. Çoban o vaxtlar gənc idi. Əlini uzadan kimi istədiyi almanı dərirdi. Ancaq aradan illər kecmiş, çobanın beli bükülmüsdü. Ağac isə boy atib ucalmışdı… Çoban onu balası kimi əzizləyərdi. Hər dəfə ağaçı oxşayar, ”Göndər bugünkü qismətimi”, — deyərdi. Ağacdan bir alma düşərdi… Kəndlilər uzaqdan bu mənzərəni görub heyrət edər, qoca çobanın kəramət sahibi olduğunu söyləyərdilər.        Bir gun yenə çoban namazını qılıb, bir az dincələndən sonra almasını istədi. Ancaq budaqlar dolu olsa da alma düşmədi. Çoban bir də dilləndi. Yenə alma düşmədi. Bir də… Çobanın gözləri yaşardı. Göz yaşları ağ saqqalını islada-islada ağacın altından uzaqlaşdı. Ağac ilk dəfə idi ki, onun sözünü “eşıitmirdi”. Yaşlı Çobanın beli həmişəkindən daha çox bükülmüşdü. Ayaqlarında taqət qalmamışdı. Qoyunlarını yığıb kəndə tərəf gedəndə məscidin minarələrindən qalxan əzan səsi sanki onu yuxudan oyatdı. Çoban elə bil təzədən doğulmuşdu. Uşaq kimi sevinirdi… Tez ağacın yanına qaçdi və ona sarılıb ağlaya-ağlaya “Canım-Gözüm, sən bu qoca çobanı bağışla. Axi niyə əvvəlcədən «demədin» ki, bu gun Ramazanın ilk günüdür?”...
Davamı →

Namaz qılmayan şəxsə şeytanın cavabı

      Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış. Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir: 
      — Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. İstəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin tərəfədir. 
      Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir: 
      — Mən səninlə dostluq etmək istəmirəm! 
      Adam bunun səbəbini soruşduqda Şeytan dillənir: 
      — Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm. Sənin vəziyyətin mənimkindən betərmişki!
 
Davamı →

Yalnız mənimsən

       Bir-birilərini həddən artıq çox sevən iki gənc maraqlı və unudulmaz səyahətə çıxmağı düşünürdülər… Evliliklərindən iki ay keçirdi. Bəxtiyar hələ də Səbinəni bu müddət ərzində gəzməyə çıxarmadığı üçün belə qərara gəlmişdi.


Ardı →

Qapılarınız bağlı olmasın

Yəqin ki,məşhur sirk ustası Harri Hudininin adını(onun əsl adı Erik Vays idi) siz də eşitmisiniz.O özü ilə heç bir alət götürmür,yalnız əynindəki paltarla həbsxanaya girir və qapılar bağlı olmasına baxmayaraq, bir saat keçməmiş oradan çıxırdı.

Bir gün Böyük Britaniyadakı kiçik qəsəbələrdən biri Hudinini «qonaq» dəvət etdi.Onu qəsəbənin yeni həbsxanasına apararaq,kameralardan birinə salırlar.Hamıda böyük bir həyəcan var idi.Qapılar bağlananda heç kim onun kameradan çıxacağına inanmırdı.Ancaq Hudininin kəmərində polad bir çubuq var idi və məşhur sirk ustası göstərdiyi bütün nömrələri o çubuqla göstərirdi.

Aradan yarim saat keçmişdi.Artıq Hudininin üzündə əvvəlki ifadə yox idi.Əqrəblər altmışıncı dəqiqəni göstərəndə isə Hudininin üz-gözündən tər axmağa başlamışdı.İki saat başa çatandan sonra birdən Hudininin əlləri boşaldı.O özü də bilmədən qapınin üzərinə yıxıldı.Və qapı öz-özünə açıldı.Halbuki heç kim qapını bağlamamışdı.Qapı yalnız Hudininin beynində bağlı idi.Qapının bağlı olduğunu düşündüyü üçün ,sadəcə olaraq,ona toxunmaq lazım idi.Qapının bağlı olduğunu düşündüyü üçün bunu heç ağlına da gətirməmişdi.


Ardı →

Maraqlı hekayə

 

Düşündürücü hekayə....

Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” — sualını verdikdə:“İmandır”, -cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, — cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır.


Ardı →