Mark Tven; "Siz də yalan deyin"

Mark Tven bir məclisdə qarşılaşdığı qadına kompliment edir:  - Nə qədər gözəlsiniz .
Qadın:  - Çox təəssüf ki, mən sizin üçün eyni şeyi deyə bilməyəcəyəm.  
Mark Tven gülür :  — Elə isə siz də mənim etdiyimi edin. Yalan deyin ...:)
Mark Tven

Gülməli olduğu qədər də qəribə

Yetkin yaşda qızı olan bir dul qadınla evlənmişdim. Atam da ögey qızımla tanış olunca, ona aşiq oldu və sonda başını aldadıb onunla evləndi. Beləcə atam kürəkənim oldu. Ögey qızım da avtomatik ögey də anam oldu. Arvadım bir oğlan uşağı dünyaya gətirdi.

Ardı

Oxunmasına qadağa qoyulan kitablar

İndi dünyanın ən şedevr əsərləri kimi tanınan, artıq klassikya çevrilmiş bəzi bədii nəsr nümunələrinin bir zamanlar ən alçaldıcı ittihamlara məruz qalaraq qadağan edildiyini bilirsinizmi? Qadağan edilənlər içərisində kimlər yoxdu ki, Mark Tven, Ceyms Coys, Selincer və digərləri. Onların hansı səbəblərdən dolayı qadağan edildiyini biləndə təəccüblənəcəksiniz. Beləliklə, qadağan edilən 10 klassik bədii nəsr nümunəsini sizlərə təqdim edirik.


1. «Uliss» — Ceyms Coys


Homerin "İliada" əsərindən təsirlənərək yazılan əsərdə Leopard Blumun Dublində keçirdiyi bir gündən bəhs edilir. Hər iki kitab arasında üstüörtülü və aşkar paralellər var. Kitab nəşr olunan zamandan mübahisələrə və senzuralara məruz qalıb. Kitab Böyük Britaniyada 1930-cu illərə qədər qadağan idi.



Ardı

İblislə sövdələşmə | Mark Tven

Belə bir şəraitdə qəlbimi İblisə satmaq qərarına gəldim – polad səhmlərinin məzənnəsi düşmüş, digər səhmlərin də vəziyyəti ürəkaçan deyildi, etibarlı müəssisələr də iflasa uğrayırdılar. Nə qədər ki, əlimdə bir miqdar sərvətim var, tez bir zamanda onu dövriyyəyə buraxıb kapital toplamaq lazım idi. Çox yubanmadan yerli dəllallardan biri cənab N.-ə təklif edilən məhsulun və onun hansı vəziyyətdə olmasını ətraflı təsvir edən məktub yolladım. İblislə görüş gecikmədən tez bir zamanda təşkil edildi. Müqavilə bağlandığı təqdirdə dəllal 2,5 % komisyon haqqı alacaqdı.



Ardı

ABŞ dahilərinin həyatından

Amerika alimi Franklin elektrik keçirməni öz oğlu ilə birlikdə ilanlar üzərində öyrənmişdir.
Amerika yazıçısı, filosof Toro (1817-1862) demişdir: «Bu qısa müddətli həyatı, əbədi həyat qanunu ilə yaşamaq lazımdır.»

ABŞ-ın Konnektikut universitetinin psixoloqu Yozef Renzull istedadın inkişafına kömək göstərən aşağıdakı faktorları sadalayır: Dövrün sosial-iqtisadi vəziyyəti, valideynlərin şəxsiyyəti, rəsmi və qeyri-rəsmi təhsil səviyyəsi, onların sosial vəziyyəti, uşağın fiziki sağlamlığı, valideynlərdən yaxşı miras qalması və evin muzeylər yaxınlığında yerləşməsi, həmçinin şəxsi faktorlardan — özünüdərk, cəsarət, xarakter, intuisiya, öz gücünə inam, qələbə ehtirası, enerji, şəxsi təsir qabiliyyəti, özünün dünyaya hansısa missiya üçün gəldiyini hiss etməsi və s.

Amerika Birləşmiş Ştatlarının görkəmli dövlət xadimi, prezident Linkoln (1809-1865) müharibə zamanı bir neçə generalın və arabaya qoşulmuş qatırın cənubluların əlinə keçdiyini eşidərkən demişdi:
-Çox təəssüf.Qatırın hər biri bizə iki yüz dollara başa gəlir!

Ardı