Marta Stüart (Martha Stewart) I Brendlər

Insanların çoxlarının «brend xəstəsi» olduğunu desək yalan olmaz. Dünyada ən məşhur brendlər tanınmış insanların adı ilə bağlıdır. Eyni adlı brendin yaradıcısı olan Marta Stüart 1941-ci ildə Amerikanın Nyu-Cersi ştatında anadan olmuşdur. Onun ailəsi zəngin deyildi; Martadan əlavə ailədə daha beş uşaq vardı. Onların hər birinin tələbatlarını ödəmək isə o qədər də asan deyildi. Kollecdə təhsil alan Marta ilk dəfə 1967-ci ildə broker olaraq birjada işə başlamışdır. Müəyyən müddət sonra mərasim təşkilatçılığı işi ilə məşğul olmağa başlayan gələcək biznes ledi daha sonra kulinariya, toy və şənlik təşkilatçılığına dair kitablar nəşr etdirir.
Ardı →