Maykl Ceksonun ən məşhur mahnıları

“Thriller”: Maykl Ceksonun “Thiriller” (1982) albomu musiqi dünyasında ən çox satılan albom olaraq tarixə düşüb. Albom 109 milyon nüsxə ilə buraxılaraq rekord göstərici nümayiş etdirib. “Thiriller” mahnısının klipində Maykl Cekson parıltılı, qara naxışları olan qırmızı dəri gödəkcə geyinmişdi, bu gödəkcə diqqəti cəlb etmişdi. Məhz bu gödəkcə pop musiqi əfsanəsinin — Maykl Ceksonun simvollarından birinə çevrilib.

Davamı →

Mən ritmin quluyam

Uşaqlığım yaxşı keçib, qardaşlarımla çox əylənirdik, amma nədənsə həmişə özümü tənha hiss edirdim.

Mən qara amerikalıyam. Öz irqimlə, kimliyimlə fəxr edirəm.

Əgər Hollivudun plastik əməliyyat edən bütün sakinləri şəhəri tərk etsə, orada heç kim qalmayacaq.

Heç vaxt bir işdən sona qədər razı qalmıram. Mən perfeksionistəm. Əlbəttə ki, özümdən razı insan da deyiləm, bu səbəbdən, güzgüyə az-az baxıram.

İsaya bənzəməyə və onun nəsihətləri ilə yaşamağa çalışıram. O, bizə uşaqları sevməyi, onlar kimi təmiz və günahsız olmağı, dünyaya uşaqların gözü ilə baxmağı və ətrafımızdakı hər şeydə möcüzə axtarmağı vəsiyyət etmişdi.
Davamı →

Maykl Ceksonun modaya verdiyi töhfələr


Uğurlu karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı ilə Maykl 40 il pop mədəniyyətinin bir hissəsi olub. Bu illər ərzində onun geyimləri və xüsusi olaraq hazırlanan səhnə kostyumları da diqqətdən kənar qalmayıb. Pop-kralı hələ sağlığında moda dünyasına stil diktə edən və ölümündən sonra belə ona böyük təsir göstərən musiqiçi olub.


Ardı →

"Ay yerişi" (Moonwalking)

«Ay yerişi» (Moonwalking) dünyada ən tanınan rəqs hərəkətləridən biri sayılır. Siz dəqiq  onu heç nə ilə qarışdıra bilməzsiniz.

1983-ci il martın 25-də Maykl Cekson «Billy Jean» mahnısını ifa edərək ilk dəfə bu hərəkəti etdikdən sonra tamaşaçılar üçün bu rəqs Ceksonun özünəməxsus «fişka»sı kimi möhürləndi . Buna görə belə bir mif  yarandı ki,  Maykl «ay yerşi»ni özü fikirləşib.

Əslində çox rast gəlməy olardı ki,  «ay yerişi»ni  Ceksona qədər başka rəqqasların ifasında görülsün. Məsələn, Keb Kellouey hələ 1932-ci ildə bu addımlardan istifadə edib. O, onların Buzz adlandırmışdır.


Davamı →