Ksera Proskurnayanın rus mətbuatında geniş rezonans doğuran bu yazısı sizlər üçün də maraqlı olacaq.
Dünya ədəbiyyatına “Usta və Marqarita” kimi möhtəşəm bir əsər bəxş etmiş Mixail Bulqakovun görünməyən tərəflərindən danışılır. O, kim idi? Yazıçı, həkim, cadugər, peyğəmbər, yoxsa… narkoman? Bu yazını oxuyun və Bulqakovun kim olduğunu özünüz müəyyənləşdirin.
Mixail Bulqakov Stalinə ünvanladığı məktubda belə yazırdı:“Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən deyil, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmaz, lap çoxdan məhv edilmiş olardı. ”
İ. Stalin bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək dərkənarda yazır:“Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M. Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı.”
Bu dərkənardan sonra Bulqakovun sağ qalma şansı sıfıra bərabər idi. Görəsən bolşeviklərin qırğınlarından onu saxlayan elə inandığı ilahi qüvvəydimi?
Söhbətə başlamazdan əvvəl onu deməliyəm ki, doğrudan –doğruya bu yazıçının əsərlərində baş açılmaz sehrlə örtülüb və əlbəttə ki, sonadək gilzi qalası sirlər, tapmacavari məqamlar yetərincədir.
Bu sirli-sehrli olaylar onun şəxsi həyatında da vaxt-bivaxt özünü büruzə verirdi. Onu əhatə edən insanların isə bu olayları qorxu ilə izləməkdən başqa əllərindən bir iş gəlmirdi. Onları qınamaq da düz deyil. Axı bu izaholunmaz təzahürləri nəyə əsaslanaraq hara yoza bilərdilər ki?!
Ardı →