NHN Maraqlı suallar

1.Buraya müəyyən  30 il ərzində bir nəfər belə gənc qadın ayağı dəyməmişdi.Ancaq ata anasından çox az kömək alan bir gənc burada məskən sala bilərdi. Bura haradı?

2.«Peyğəmbərin muzeyinə baş çəkməyi unutmayın» bu sözlər hansı şəhərdə və kim üçün yazılıb?

3.Burada müqəddəslərin həyatları saxlanılır..

4.«Ulduzlu yolu» teleserialının yaradanları vaxtında onunla rastlaşdılar ki, tamaşaçı marağının saxlanılması üçün riski və personajların həlak olmasını daim göstərmək lazımdır. Amma baş qəhrəmanları öldürmək çox faydasızdır, onlar sag qalmaq və ölümü bildirmək üçün tendensiya yaratmağı qərara aldılar. Tezliklə tamaşaçılar tendensiyanı qeyd etdilər .Bəs bu tendensiya nədən ibarət idi?
Davamı →

NHN sualları

1)Çexiyada olan bir çox kilsələrin konsert salonu və muzey kimi fəaliyyət göstərməsinin əsas səbəbi budur.


2)Qədim Romada əli tam açıb yuxarı qaldırmaqla 5 rəqəmini göstərirdilər.Bəs əli yuxarı və aşağı göstərməklə nəyi göstərirdilər?


3)El arasında həftənin bütün günlərinin özünəməxsus adı var.Duz, Xas və s. 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyası özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq.Diqqət Sual:Bu hadisə ilə bağlı ANS TV-nin hazırladığı sənədli filmin adını maksimal dəqiqliklə deyin.


4)Bu bitki tropik və subtropik zonalarda əklilir.ABŞ və İngiltərə onun ən böyük istehlakçılarıdır. Hindistan,Çin,Keniya və Şri-Lankanın onun ən böyük istehsalçısı olduğunu bilərək onun adını çincə deyin.


 


Sualların müəllifi: Hikmət Əliyev


Davamı →

NHN sualları-Hikmət Əliyev və Əli Babazadə

1)Yakutska gələn turistlərə eynək taxmalarında ehtiyatlı olmağı tövsiyə edirlər.Buna səbəb nədir?

2)Qədim dövrlərdə insanlar düşünürdülər ki, şər qüvvələr onların öz içlərində yaşayır.Odur ki, bu prosesə şər qüvvələrin daxildən bayıra çıxması kimi baxılmış və düşünülmüşdür ki, bu proses zamanı insan hər cür xəbis amillərdən xilas olur.Söhbət hansı prosesdən gedir?

3)Kəlbəcər rayonu ərazisində yerləşən bu qayanın adlandırılması Qaçaq Nəbinin adı ilə bağlıdır.Belə ki, Nəbi hər həftənin cümə günləri bu qayaya gələr və yerli əhalinin ŞİKAYƏTLƏRİNİ qəbul edərdi.Qayanın necə adlandırıldığını tapın.

Davamı →

Vunderklass - suallar IX

111. “Gəlin dilimizi öyrənək!” seriyasından növbəti sual: Bu məişət əşyasının tarixi yəqin ki çox qədimdir. Adından da məlum olduğu kimi, işini zor tətbiq edərək görür. Əsas vəzifəsi isə bir Azərbaycan məsəlindəki korla eynidir. Siz isə bu əşyanın adını Azərbaycan dilində yazın!  
Müəllif: Vüqar Bağırlı 
Ardı →

Vunderklass - suallar VIII

106. Malta Avropada xristianlığı qəbul etmiş ilk ölkələrdən biridir.Bernard Şou belə demişdi: “Əgər keşişlər ağac olsaydı, Maltada həmişə kölgə olardı.” Keşişlərin sayını çox olması isə yalnız dindarlıqla deyil,həm də Maltanı Avropada yeganə edən bir qanunla bağlıdır. Diqqət sual: Bu qanun nəyi qadağan edir?  
Müəllif: Vüqar Bağırlı 
Ardı →

Vunderklass - suallar IV

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.


86.


 



Gördüyünüz şəkil bir aksiyanın təbliğat kompaniyasında istifadə olunmuşdur. Buradakı boş ƏRAZİNİ reklam plakatını hazırlayanlar necə adlandırmışdılar? Maksimal dəqiqliklə 3 sözdən ibarət ifadəni 1dəqiqə ərzində cavab kartlarınıza yazın.


Müəllif: Vüqar


Ardı →

Vunderklass - suallar III

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.


81.


 



Qarşınızda Honda şırkətinə aid bir reklam şəkli var. Şəklə diqqətlə baxın, fərqi tapmağa çalışın və cavab verin: Reklamın şüarı nədir? 
Müəllif: Vüqar


82. Netscape Navigatorun qurucusu Mark Adersen bu brauzeri Mosaicin əvəzinə yaradanda, şirkət daxilində təzə brauzeri X adlandırmağa başladılar.X-in adı isə Mosaic adı ilə bir yapon «canavarının» adının birləşməsindən yarandı. Siz isə bu adı cavab kartınıza yazın. 
Müəllif: Vüqar


Ardı →

Babam və mən...

Bu danışacaqlarım 1932-ci ildə baş verib. Mənim bu ildə olan yaşım anadan olduğum ilin sonuncu iki rəqəminin əmələ gətirdiyi ədədlə  eynidir. Bu maraqlı uyğunlaşma haqqında babama danışanda babam bildirdi ki, onda da məhz belədir, belə ki, onun da indiki yaşı anadan olduğu ilin sonuncu iki rəqəminin əmələ gətirdiyi ədədlə eynidir. Bu mənə qeyri-mümkün kimi göründü, amma babam bunun mümkün olduğunu izah etdi. Sizcə bizim hər birimizin neçə yaşı var?
Davamı →

Vunderklass - suallar II

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.


76. 2010-cu ildə CAR-da keçiriləcək Futbol Üzrə Dünya Çempionatının “Jabulani” adlanan topu ADİDAS fiması tərəfindən hazırlanıb. Onun dizaynında ADİDAS 3 simvolik 11-likdən istifadə edib. Birinci 11-lik futbolçuların sayını, ikicinci 11-lik Cənubi Afrika tayfalarını simvolizə edir. Bəs üçüncü 11-lik nəyi bildirir?


Müəllif: Emin


Ardı →