Qoqolun zərif yalanı

Qoqol özünün "Ölü canlar" əsəri haqqında məktublarından birində yazır ki, "Ölü canlar"ın ilk fəsillərini Puşkinə oxuyub bitirəndə o, qüssəli bir səslə dedi: «Pərvərdigara, bizim Rusiya nə qədər ürəkdarıxdırandır!» Bu sözlər məni heyrətə saldı. Rusiyaya bu qədər yaxşı bələd olan Puşkin başa düşmədi ki, bu yazılanların hamısı karikaturadır, şəxsən mənim uydurduğum şeylərdir!" Halbuki "Ölü canlar"ın ideyasını Qoqola məhz Puşkin vermişdi.

Sonralar Puşkin şikayətlənirmiş ki, bu hiyləgər maloross onun süjetlərini oğurlayıb.Puşkinlə tanışlığı Qoqolun ədəbi taleyində mühüm rol oynayıb, onların arasında qısa müddətdə sıx dostluq münasibətləri yaranıb. XIX əsrin 30-cu illərində Rusiyada iki nəsr yazan var idi — Puşkin və Qoqol. Puşkin də artıq nəsr yazmağa başlamışdı. «Qaratoxmaq qadın», «Kapitan qızı» və digər povestlərini Puşkin yaradıcılığının artıq bitkin dövründə qələmə almışdı.
Davamı →

Nikolay Vasilyeviç Qoqol

O, Rusiyanın ən məşhur yazıçılarından biridir. Eyni zamnda şair, dramaturq, tənqidçi və publisistdir. Rusiya ilə yanaşı həm də Ukrayna ədəbiyyatının klassiki hesab edilir. Adı rus dahiləri arasında Aleksandr Puşkindən sonra gəlir.

Həyatı
Ukrayna əsilli rus yazıçı Nikolay Vasilyeviç Qoqol Yanovski 1809-cu il 20 martda (bəzi mənbələrdə 31 mart və ya 1 aprel) Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә dünyaya göz açıb. Qoqol orta səviyyəli torpaq sahibi olan ailənin övladı idi. Uşaqlığı kənd həyatına bağlı keçib. Kazak mədəniyyətinin təsiriylə böyüyən Qoqolun əsərlərində də bu, öz əksini tapıb.

Qoqolun atası Vasili Afanasyeviç Qoqol Yanovski eyş-işrəti sevən, vaxtının çoxunu kefdə keçirən xırda mülkədar idi. Nikolayın 15 yaşı olanda atası vəfat edib. Anası Mariya İvanovna sadəlövh, vaxtının çoxunu ibadətlə keçirən, səbəbsiz yerə kədərlənən, darıxan qadın idi.
Davamı →