Nils Bordan mükəmməl cavab

Bir dəfə Kral akademiyasının prezidenti olan Ernest Rezerforda bir kolleqası kömək üçün müraciət edir. O tələbələrindən birinə fizikadan ən aşağı qiyməti verməyə hazırlaşdığı bir vaxtda həmin tələbə ən yüksək qiymətə layiq olduğunu iddia edirdi. Müəllim və iddialı tələbə mübahisənin həlli üçün üçüncü tərəfin köməyindən istifadə etməyi qərara alırlar. Üçüncü şəxs olaraq isə Ernest Rezerford təyin edilir. İmtahan sualı belə idi: “Barometrin köməkliyi ilə binanın hündürlüyünü necə ölçmək olar?”.

Tələbənin cavabı belə idi: “Barometrlə dama qalxmaq, onu uzun kəndirlə aşağı sallamaq, daha sonradan geri çəkmək və kəndiri ölçmək lazımdır. Kəndirin uzunluğu binanın hündürlüyünü dəqiq olaraq bildirəcək. Burada vəziyyət qəliz hala alır. Belə ki, tələbənin cavabı məntiqi cəhətdən doğru idi. Digər tərəfdən isə imtahan fizika fənni olduğundan cavabın bu sahə ilə əlaqəsi yox idi.
Davamı →

Nils Bor

Gizli şəraitdə iş aparan danimarkalılara əmr edilmişdi ki, professor Borun qiymətli şüşəsini almanlardan qabaq ələ keçirsinlər. Şüşənin oğurlanması müharibə illərinin igidliklərindən biri oldu, almanlar doktor Borun yoxa çıxdığını öyrənən kimi, onun laboratoriyasının qapısına keşikçi qoymuşdular və şüşəni laboratoriyadan həmin keşikçilərin gözü qabağında çıxartmaq lazım gəlmişdi.
1939-cu il fevralın 24-də Kolumbiya Universitetində amerikan fizikləri cəmiyyətinin iclasında ən məşhur fizik danimarkalı Nils Bor və italiyalı Enriko Fermi tarixin ən böyük kəşflərindən biri olan uran atomunun parçalanması haqqında məlumat verdilər. Fermanın ağzından çıxan «Zəncirvarı reaksiya» sözləri gələcək insanların müqəddəratını həmişəlik dəyişməz olan sözlər idi.
Dünya müharibəsi illərində Avropa qitəsinin işğal olunmuş ölkələrinin tərəqqipərvər alimləri Hitler Almaniyasında işləməmək üçün gizlicə öz vətənlərini tərk edib, okeanın o tayına mühacirətə gedirdilər. Onların arasında Nobel laureatı Nils Bor da var idi.
1943-cü ilin şaxtalı payız günlərinin birində, amerikan kompaniyasına məxsus sərnişin təyyarəsində professor N.Bor ABŞ-a uçmağa məcbur olur. Yola düşməzdən əvvəl alim bərk həyəcan keçirirdi. Onu 20 ildən artıq bir müddətdə qiymətli və əziz xatirə kimi saxladığı Nobel mükafatının qızıl medalı düşündürürdü. Əgər alim amerikanların əlinə keçsəydi, o qızıl medaldan həmişəlik məhrum ola bilərdi. Çox fikirləşdikdən sonra, o, nə¬hayət çıxış yolu tapdı — medalı xlorid və nitrat turşularının müəyyən nisbətdə qarışığı olan «çar arağı»nda həll edib çalışdığı laboratoriyanın xəlvət guşələrinin birində gizlətdi. N.Bor müharibənin sonunadək Amerikada qaldı. Lakin onu qızıl medalın taleyi bərk narahat edirdi. Müharibə qurtardıqdan və Danimarka faşizm əsarətindən azad edildikdən sonra, alim dərhal vətəninə qayıtdı və birinci növbədə medalı həll edib, saxladığı məhlulla maraqlandı. Xoşbəxtlikdən hər şey qaydasında idi. O, məhluldakı qızılı kimyəvi üsulla çıxarıb, yenidən medal tökdürməyə verdi.
Möhkəm bədənli Borun başı o qədər yekə imiş ki, o, çox yüksəkdən uçmağa məcbur olan təyyarəyə mindikdə standart oksigen maskalarından heç biri onun başına keçməmişdi. Nəticədə təyyarə İngiltərədə yerə enərkən dahi fizik oksigen çatışmamazlığı üzündən huşunu itirmişdi. Boru ayıldıb özünə gətirdikləri zaman o, ən əvvəl ağır su olan yaşıl şüşəni qapmışdı. Lakin birdən baxıb görmüşdü ki, demə çox tələsdiyi üçün soyuducudan gözəl Danimarka pivəsi ilə dolu başqa bir yaşıl şüşəni götürübmüş.
Nils Bor demişdir: «Mütəxəssisə aşkar səhvlərini bilmək lazım olduğu kimi, bunlardan yaxa qurtarmağı da bacarmaq lazımdır.»

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından


Davamı →