Arı gözü | Nissan's Biomimetic Robot

Məşhur avtomobil istehsalçısı “Nissan”-ın yeni texnologiyası (Nissan's Biomimetic Robot) qəzaların azalmasına hesablanıb. Şirkət, yeni texnologiyada arıların uçarkən digər həşəratlarla toqquşmasının qarşısını alan 300 dərəcə baxış bucağına malik mürəkkəb göz quruluşundan bəhrələnib. 
Nissan's Biomimetic Robot
Tokioda təşkil olunmuş “Ceatec” sərgisində nümayiş etdirilən “BR23C” prototipi 180 dərəcə bucaqda və iki metr kənardakı bütün maneələri təsbit edə bilən sensorla təchiz olunub. Obyektin önünə qəflətən bir maneə çıxdıqda məlumat sistemə ötürülür və təkərlərin istiqaməti ani manevrlə çevrilir. Nissanın hədəfi bu texnologiyanı yaxın gələcəkdə avtomobillərdə tətbiq etməkdir. 

Ardı →

İlin avtomobili-2011

Cenevrə avtosalonunun keşirdiyi "İlin avtomobili" müsabiqəsi başa çatmaq üzrədir. Belə ki, 39 avtomobilin qatıldığı müsabiqədə ilk üçlük seçilib. Bu üçlüyə Audi A8, BMW 5-ci seriya və Nissan Leaf daxil olub. Birinci yerin qalibi aprelin 21-də Nyu-Yorkda keçiriləcək motor-şouda açıqlanacaq.

Audi A8
Audi R8

Ardı →