15 yaşında Nobel mükafatı alan cəsur qız

Məlalə Yusəfzayi 2009-cu ildə, hələ 11 yaşında ikən Təhriki-Taliban rejiminin nəzarəti altında olan bölgədəki yaşayışı və Talibanın vəhşilikləri barədə BBC üçün yazmağa başladığı bloq sayəsində məşhurlaşıb.

3 il əvvəl o məktəbə getməyə cürət etdiyi üçün başına güllə ilə atəş açılıb. Məlalə hazırda Nobel Mükafatı nominasiyasına layiq görülmüş ən gənc insandır.

O, Pakistanda qadınların təhsil hüquqları uğrunda mübarizə aparan bir qızdır. Hindistanlı uşaq hüquqları müdafiəçisi Kaylaş Satyarti ilə birlikdə 2014-cü il Nobel Sülh mükafatı alıb.

Onun anası Toor Pekai Yusəfzayi mediadan qaçsa da, BBC xəbər agentliyinə qızı Məlalə və onların Amerikadakı həyatı haqqında müsahibə verməyə razı olub:
Davamı →

Sülhün elçisi: Məlalə Yusifzey

11 yaşında BBC üçün yazdığı bloqun qurbanı...
2009-cu ilin əvvəllərində 11 yaşlı Məlalə Yusifzey BBC üçün yazdığı bloqu ilə dünyada məşhur oldu. Bu bloqda, o, Taliban rejimi altında öz həyatından, taliblərin Svat bölgəsini işğal cəhdlərindən və qızların təhsilinin inkişafına öz baxışlarından geniş yazmışdı.

Bundan sonra 2009-cu ilin sonlarında Pakistan Silahlı Qüvvələrinin hücumu nəticəsində taliblər Svat bölgəsindən qovuldular. Bütün hadisələri bloqunda ətraflı təsvir etdiyinə görə, gənclər arasında Pakistanın Milli Sülh mükafatını qazandı.

Davamı →

Knut Hamsun

Knut Hamsun  Norveçdə anadan olub. Nordland da kasıbçılıq içində böyüyüb. Uşaq yaşlarından başmaqçı şagirdi, yol işçisi ,bənna, ibtidai sinif müəllimi, və başqa işlərlə məşğul olub. O bir neçə il Amerikada  tramvay sürücüsü olaraq  keçirib, öz təəssüratlarını əsasən satirik şəkildə   Fra det moderne Amerikas Aandsliv ( Müasır Amerikalıların intelektual həyatı ) başlığı altında çap etdirib. Aclıq ( 1890 Hunger) romanı və`Pan onun yaradıcılığında  dönüş nöqtəsi oldu. Aclıq romanı Norveç ədəbiyyatının  ilk müasir romanı sayılır

 

Hamsun əsərləri cəmiyyətdə olan dərin ikrah hissi ilə və insanın yeganə xoşbəxtliyi onun qəlbində gizlənməsi ilə müəyyən olunur Bu primitivizm Hasunun şah əsəri Markens Grode ( Torpağın Bərəkəti ) öz əksini tapıb.  Onun ilk əsərlərinin baş qəhrəmanları  əsasən  səfil, sərsəri obrazlar  olub. Yaradıcılığının  orta  dövrdə Hamsunun aqressivliyi  gəncliyin itməsilə melanxoliya əvəz olunur.  Bu dövrün çürüməsi: Həyatın Oyunu  və Gün işığı  ,Payız ulduz altında  əsərlərinin əsas mövzusudur 1904 cu ildə o həmçinin şerlər külliyatı nəşr  olunur.

 

Hamsunun  sonrakı işləri  individual xarakterlərdən daha çox cəmiyyətə olan geniş hücümlardan yönəlir.  Torpağın bərəkəti əsərindən əlavə Zamənə uşaqları ,Segelfoss şəhəri ,Sərsərilər, Çevrə qapanır  qeyd olunmalı əsərlərdir.

Hamsunun Almaniyaya olan sevgisi  Nasistlərin Norveci 1940ci ildə işğal etməsinə rəğbətini artırıb. Müharibə bitdikdən sonra  həbsə düşür,  müəyyən müddət psixatrik müşahidə altında qalır və 1952 –ci ildə vəfat edir


Davamı →

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın

O, ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın olaraq TARİXƏ düşdü!
Bu qadın ölümündən 70 il keçməsinə baxmayaraq, bu gün də, sabah da unudulmayacaq və əbədiyyən xatırlanacaq, Selma Ottiliana Lovisa Laqerlöfdür! (Selma Ottilia Lovisa Lagerlöf).Bu qadın, “Kosta Berlinqin saqası” (Gösta Berlings Saga,1891), “Görunməz zəncirlər” (Osynliga lankar,1894), “Antixrist möcüzələr” (Antikrists mirakler, 1897), “Malikanə hekayələri” (En herrgardssägen, 1899), Jerusalem (1901-02), “Cənab Arnesin xəzinəsi” (Herr Arnes penningar,1904), “Xrist möcüzələri”(Kristuslegender, 1904), “Nils holligerssonun möcüzəli səyyahəti” ( Nils Holgerssons underbara resa genom Sverige,1906-07), “Kirpi” (Körkarlen, 1912), “Portugaliya imperatoru” (Kejsarn av Portugallien, 1914), “Levenskaldların üzüyü” (Löwensköldska ringen, 1925), “Şarlotta Levenskold” (Carlotte Löwensköld,1927), “Anna Svard” (Anna Svärd,1928) və s. kimi məşhur və ölməz əsərlərin müəllifi kimi adını TARİXə əbədiyyən yazmış bir QADIN, bir ŞƏXSİYYƏTDİR!


Ardı →

Berta fon Zuttner

O, Nobel Sülh Mükafatını alan ilk qadın kimi adını tarixə yazdı.
O, Mariya Küridən sonra Nobel ödülünə layiq görülən ikinci qadın oldu!
Onun Nobel ödülü ilə təltif olunmasının 100 illik yubileyi 2006-cı ildə YUNESKO-nun himayəsi altında dünya miqyasında qeyd edildi.
O, qadınların demək olar ki, ictimai həyatdan kənarda saxlanıldığı dövrlərdə «Silahları buraxın!» romanı ilə dünyanı düşünməyə dəvət edir, sülh uğrunda yorulmadan mübarizə aparırdı. Dünyada bu gün də ən məşhur mükafat olan Nobel mükafatının təsis olunması üçün Alfred Nobeli ruhlandıran da məhz o idi!


Ardı →

Laura Ceyn Adams

O, Nobel mükafatına layiq görülməklə adını dünya TARİXinə əbədiyyən yazmış bir QADINDIR! Nobel mükafatına o, “öz ölkəsində və ondan kənarda sülh ideallarını yaratmaq təşəbbüsünə” görə layiq görülüb!
O, Nobel mükafatına layiq görülən ilk Amerikalı qadın kimi də adını TARİXə yazıb!
O, Amerika sosial reformizminin ilk xadimlərindən biridir!
O, 1911-ci ildən 1914-cü ilədək Qadınların Seçki Hüququ Uğrunda Amerika Assosiasiyasının vitse-prezidenti olmaqla, daha bir İLKə imza atıb!
O, 1915-ci ildə Dünya Qadınlar partiyasının sədri olub!


Ardı →