Bahar-Novruz bayramı | Gözəl Novruz şeiri

 

 

Üçbucaq düzəldir göydə durnalar,
Bir tuğyan qoparır qara zurnalar,
Quşlar cəh-cəhilə gətirir bahar,
Gəlir bər -bəzəkli bayramlar yenə.

Gəlir evdən-evə Novruz sovqatı,
Bu gün maviləşir göylərin qatı,
Qovuşur xoş günə insan ovqatı,
Tonqallar çatılır axşamlar yenə.


Davamı →

Novruz Bayramına aid tapmacalar

Tapmacalar uşaqlar üçün həm əyləncəli həm də öyrədicidir. Hər bir tapmaca uşaqları fərqli düşünməyə vadar edərək onların zehni inkişafına müsbət təsir göstərir.
Bu məqalədə Novruz Bayramı ilə bağlı bir-birindən maraqlı və düşündürücü tapmacalar yer alır.
Tapmacaların cavabları sonda qeyd olunmuşdur.

  1. Altı daş, üstü daş — arasında çəmənim,
    Qazanda bişən duzsuz aşımdı mənim.


Davamı →

Səməni | Novruza aid şeir

Səməni şeiri

Ey səməni, saxla məni
Hər il göyərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.

Çatır-çatır yansın ocaq,
Şadlıq etsin oğul-uşaq.
Sünbül saçlı tarla, əkin
Parıldasın qızıl təkin.


Davamı →

Öz bayramımızın tarixinə varanda

Novruz bayramının vətəni AZƏRBAYCANDIR! Soruşan ola bilər ki, axı Novruz bayramını İran, İraq, Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan (Kəşmir), Çin (Uyğurustan), Rusiya (Tatarıstan, Başqırdıstan), Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Yunanıstan, Makedoniya kimi ölkələrin yerləşdiyi böyük coğrafiyada qeyd olunur, niyə məhz Azərbaycan?    Misirdə, Şumerdə, Babildə yaz günlərinin əziz tutulması məlumdur, bəs bayramın əsl vətəni haradır?

Davamı →

Elimizin bayramı olan Novruzun əməlləri

İmam Sadiq (ə) buyurur: “Novruz — elə bir gündür ki, Allah bəndələrindən əhd almışdır ki, ancaq tək olan Allaha pərəstiş edəcəklər. Ona şərik qoşmayacaqlar, rəsullara, İlahi hüccətlərə, İmamlara (ə) iman gətirəcəklər. Bu, o gündür ki, Nuhun (ə) gəmisi Cudi dağında oturmuşdu”. (Tebyan)
Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Növruz — o gündür ki, İbrahim Xəlil (ə) bayram keçirmək üçün şəhərdən çıxmış millətin bütlərini sındırmışdı”.
Davamı →

Novruz haqqında maraqlı məqamlar

NovruzNovruz xalqımızın milli bayramıdır. Sambalına, vüsətinə, kütləviliyinə görə, adət — ənənə zənginliyi baxımından onunla müqayisə ediləcək ikinci bir bayram yoxdur. Novruz adətləri, Novruz etiketləri xalqımızın say niyyətinin, humanist xarakterinin, yüksək əxlaqi — mənəvi keyfiyyətlərinin təcəssümüdür. Dünya üzündə saysız — hesabsız xalqlar, millətlər olduğu kimi, bayramlar, mərasimlər, adət — ənənələr də müxtəlif və saysızdır.

Hər ilin yaz gecə — gündüzü bərabərliyində, varlığın oyanış dönəmində ərgənləşən Novruz həm də qoca türkün özü qədər qədim və uludur. Ulu ən əvvəl, uca Tanrımıza deyirik. Ulu vətənə, yurda deyirik, ana təbiətə deyirik. Ulu yeddi arxa dönənimizdən o üzdəki dədə — babalarımıza deyirik. Ululuq həm də müqəddəslikdir, ülviyyətdir. Novruz ulu bayramdır.
Davamı →

Novruz qədim tarixi kökləri olan bahar bayramıdır

Qədim dövrlərdə yaranmış Novruz bayramı xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biridir. Hələ XX əsrin 80-ci illərində Azərbaycanın rəsmi sovet sənədlərində göstərilirdi: “Biz hamımız bəzi adətlərin necə bayağılaşdırıldığının şahidi olmuşuq. Bu da guya adamları mənəvi cəhətdən saflaşdırmaq naminə edilirmiş. Əməksevərliyi, nəcibliyi, rəhmdilliyi tərənnüm edən “Novruz bayramı” dini bayram elan edilmişdi. Halbuki baharın gəlişinin rəmzi olan bu bayram eramızdan çox-çox qabaqlar qeyd edilirdi”.

Xalq yazıçısı Mirzə İbrahimov Novruz bayramının qədimliyi və xalqımızın ruhunda Azərbaycançılıq hissinin yaranmasında mühüm rol oynadığını qeyd edərək yazırdı: “Xalqların lap qədimdən gələn çox gözəl və maraqlı bayramları vardır. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər. Bayram, təbii olaraq, hər xalqın tarixən formalaşmasını, həyat yolunun xüsusiyyətləri, yaşadığı və ölkənin coğrafi vəziyyəti ilə bağlı olur. İqlimin təkrarolunmaz və gözlənilməz hadisələri də bayramlara öz təsirini göstərmişdir. Bayramın necə keçirilməsi və mənalandırılmasında insanların mənəvi-psixoloji aləmi, əxlaqi, dünya və kosmik aləm barədəki təsəvvürləri də az rol oynamır. Bütün bunların təsirini ən qədim bayramlardan tutmuş bizim əsrimizdə yaranan bayramların da keçirilməsindəki modellərdə, geyim və əyləncə vasitələrinin müxtəlifliyində, zənginliyində, xüsusi milli forma rəngarəngliyində görmək və hiss etmək mümkündür”.
Davamı →