Şəhəri avtomobillər xilas etdi

20-ci əsrin əvvəllərində Nyu-Yorkda təxminən 200 min at var idi, hər 17 adama bir at düşürdü. Atlı vaqonlar küçələri doldururdu. Əgər atın ayağı qırılsaydı həmən oradaca öldürülərdi. Ölən atlar ağır olardı. Təmizlik xidmətinin işçiləri gözləyirdilər ki at bədəni bir az çürüsün ki onu hissələrə ayırıb yol kənarından uzaqlaşdırmaq olsun.

1900-cü ildə bir Nyu York sakininin atla toqquşaraq ölməsi bizim günümüzdəki maşın qəzalarında ölmək ehtimalımızdan iki dəfə çox idi.
Davamı →

TİTANİK-"Batmaz gəmi”

15 aprel günü dünyada Titanik faciəsi ilə yadda qalır. Bu nəhəng gəmi 31 mart 1909-cu ildə hazırlanmağa başlanmış, 2 aprel 1912-ci ildə yekunlaşmışdır. 10 aprel 1912-ci ildə Nyu York istiqamətində ilk səfərə çıxan Titanik 15 aprel saat 23.40-da Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olmuşdur. 66.000 ton ağırlığı, 269m uzunluğu olan gəminin 2.435 nəfər sərnişini, 892 şəxsi heyəti vardı. Gəmini Harland və Volf tərsanəsi hazırlamışdır, sahibi  Uayt Star Layn, kapitanı isə Edvard Smit olmuşdur.Gəmidəki sərnişinləri müxtəlif qruplara aid insanlar olmuşdur.Ən maraqlısı da odur ki,onlardan 57-si dünyanın məşhur neft, kömür, dəmiryol və polad krallarından ibarət milyonçular olmuşlar. Hətta onların arasında 150 mln dolladan artıq kapitalı olan 47 yaşlı Con Astor vardı ki, o, 20 Titanik almaq iqtidarında idi. Bundan əlavə gəmidə qızıl, brilyantla bərabər, Ömər Xəyyamın «Rübai” manuskripti, Van Qoq, Salvador Dali kimi məşhurların əl işləri vardı. Gəminin seyfində indiki qiymətlə 300mln dollar, daş-qaş olmuşdur. Məlumatlara görə gəmidə olan 2224 sərnişindən 710 nəfər xilas olmuş, 1514 nəfər həlak olmuşdur.
Ardı →

Ən yüksək yaşayış göydələni

Nyu-Yorkda 426 m hündürlüyü olan dünyanın ən yüksək «432 Park-Avenyu» yaşayış göydələninin tikintisi başa çatıb. Bu bina Nyu-Yorkda ən hündür ikinci tikilidir. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib. 

Manhettenin mərkəzində 56-cı və 57-ci küçələr arasında yerləşən Park-avenyu 96 mərtəbədən ibarətdir. Hazırda bina sadəcə yerləşdiyi ünvanla «432 Park-avenyu» adlandırılır. Göydələnin rəsmiləşməsi ilə əslən macar olan Rafael Vinyoli məşğul olur.

Elit binanın sakinləri şəxsi restoran, bağ, spa və sauna ilə fitnes mərkəzi, masaj kabinetləri, hovuz, kitabxana və bilyard zalından istifadə edə biləcəklər. Bundan başqa, orada, həmçinin çaxır zirzəmisini yaratmaq planlaşdırılır. Sakinlər gəzinti üçün terras və qolf meydançasından istifadə edə biləcəklər.


Ardı →

Nyu-York

Amerikalılar onu «xəyallar şəhəri» adlandırırlar. Burada siz gözqamaşdıran dəbdəbə və rəngarəng həyatla tanış olacaqsınız. Nyu-York Birləşmiş Ştatların maliyyə mərkəzi hesab edilir: Nyu-York fondlar birjası, Uoll Strit, çoxsaylı broker şirkətləri və maliyyə təsisatları məhz burada yerləşir. Nyu York şəhəri (ing. The New York City) Amerika Birləşmiş Statlarının əhali baxımından ən böyük şəhəridir. Eyni adlı New York əyalətində yerləşir və dünyanın ən əhəmiyyətli maliyyə və ticarət mərkəzlərindən biridir. Şəhər, media, siyasət, təhsil, əyləncə və modadakı qlobal təsirlərindən ötəri bir dünya şəhəri olaraq qəbul edilməkdədir. Birləşmiş Millətlər Ümumi Şurası binasına ev sahibliyi etdiyindən xarici əlaqələr üçün də çox əhəmiyyətli bir mərkəz durumundadır. Nyu- York beş şəhərcikdən ibarətdir: Manhattan; Staten Island; The Bronx, Brooklyn və Queens ((Manhetten, Bruklin, Kuins, Bronks və Stəten Aylənd).


Ardı →

Cosa Nostra - Bizim İşimiz. 5 Ailə (İkinci hissə)

1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi Amerikada ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza-Nostra yarandığı gündən Laki Luçianonun təsis etdiyi «Komissiya» tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. II Dünya Müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçianodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün İtalyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş CİA agenti Edward Hunt isə ölümündən qabaq ABŞ-ın 35-ci prezidenti John Kennedy'nin qətlində agentlik və Mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza Nostra 80-cı illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir. Nəsillər bir-birini dəyişdikcə, köhnə adət-ənənələr yeniləri ilə əvəz olunmuş və Koza Nostra dayaq nöqtəsini itirmişdir. Ailə üzvlərinə törətdiyi cinayətlərə görə əfv və milyonlar vəd edən Federal Tədqiqat Bürosu (FBİ) nəhayət ki, öz istəyinə çatır.




Ardı →

Cosa Nostra - Bizim İşimiz. 5 Ailə (Birinci hissə)

Dünyanın ən güclü mafiya ailələrindən biri olan İtalo-Amerikan mafiyasının əsasını təşkil edən «Koza Nostra» Siciliyada yaranmış, 1930-cı illərdən Nyu-Yorkda iri mütəşəkkil cinayət qrupunun başında durmuşdur. Məhz bu dövrdən Koza Nostra 5 ailənin nəzarəti altında fəaliyyət göstərməyə başlayır:  Bonanno, Cenoveze, Kolombo, Qambino və Luçeze. Nyu-York şəhərinin ərazisi bu ailələr tərəfindən razılıq əsasında bölüşdürülmüşdü. Bunun təşəbbüskarı dövrünün ən tanınmış cinayətkarlarından biri — daha çox Laki (Lucky — ingilis dilində bəxti gətirən)  ləqəbi ilə tanınan Çarls Luçiano olur. Cenoveze cinayət ailəsinin ilk rəsmi başçısı olan Luçiano Amerikada mütəşəkkil cinayətin atası sayılır. 5 ailəni «Komissiya» adlanan və bu ailənin üzvlərindən ibarət olan təşkilat birləşdirir. Komissiya Koza Nostrada adət-ənənələrin gözlənilməsi və daxili qanunlara riayyət olunmasına nəzarət edir. Yarandığı dövrdən Komissiyanı Luçiano özü idarə edirdi. Məhz Komissiyanın səyləri nəticəsində «5 ailənin» mövcudluğu qanun qüvvələrinə 1959-cu ilədək sirr olaraq qalırdı.




Ardı →