Portret | Oldos Haksli
— Rəsmlər? — Cənab Biqqer soruşdu, — demək rəsmlərə baxmaq istəyirsiniz. İndi muzeyimizdə müasir fransız və ingilis rəssamlarının əsərlərindən ibarət maraqlı, rəngarəng sərgi var.
Müştəri başını tərpədərək — yox, müasir rəsmlər istəmirəm, — yumşaq şimali İngiltərə ləhcəsiylə dedi. — Mənə Rembrandtın, Reynoldsun əsərləri kimi qədim və əsl rəsmlər lazımdır.
— Olsun. Bizdə qədim əsərlər də var.
— Məsələ bundadı ki, bu yaxınlarda malikanə almışam.
Cənab Biqqer gülümsədi. Saf görünüşlü bu adamda insana təsir edən səmimiyyət var idi. Qəfildən ağlının ucundan onun necə bir var-dövlətə sahib olduğunu keçirdi. «Malikanə». İlk görüşdən bunu deməsi çox yaxşıydı. Qarşısındakı adam cəmiyyətin alt təbəqəsindən malikanə sahibliyinə, piramidanın alt qatından zirvəsinə qədər qalxmışdı. Onun həyat hekayəsi, sosial siniflərin tarixi xüsusi vurğu ilə dediyi «malikanə» sözündə gizlənmişdi.
Davamı →