Qədim olimpiya oyunlarının yaranması

Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişmişdir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla allahların məkanı hesab olunurdu. Allahların burada keçirilən məclisi də Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapşırıqları daha yaxşı yerinə yetirmək üzrə keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır.
Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfəe. ə. 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirilməyə başladı. Olimpiya oyunları 5 gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi.
Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar.
Müəyyən müddət keçdikdən sonra Ellada torpağında bütün hərbi əməliyyatlar dayandırılır. Oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilir.
Ardı →