Gözəllik əsiri: Oskar Uayld

XX əsrin sonlarından başlayaraq dünya ədəbiyyatında ən görkəmli şəxslərdən birinə çevrilən irland əsilli ingilis yazıçı Oskar Uayld (1854-1900) haqqında indinin özündə də təkcə elmi araşdırmalar deyil, romanlar, monoqrafiyalar yazılır, televerilişlər hazırlanır, dillər əzbəri olmuş aforizmlərindən həm ciddi, həm də zarafatla siatatlar gətirilir. Pyesləri hələ də dünya teatrlarında səhnəyə qoyulmaqdadır. Oxucularına məxsusi estetik zövq aşılayan Uayld dövrünün problemlərini incə nüanslar, yumor və sarkazmla işıqlandırır, cəmiyyətin dəyərlərinə, prinsiplərinə qarşı meydan oxuyurdu.

İngiltərə öz şairini əxlaqsızlıqda günahlandırıb, ondan “üz döndərmişdi”. Lakin tale elə gətirdi ki, bir əsrdən sonra adı İngiltərənin ən tanınmış və dahi yazıçılarının qəbri yerləşən Vestminister abbatlığında “Şairlər məskəni”ndə əksini tapdı. Dünya və ingilis ədəbiyyatına, mədəniyyətinə misilsiz töhfələr verən Uayld elit cəmiyyətlərin yaddaşında pərəstiş abidəsi kimi qalıb. Milyonlarla oxucu ingilis ədəbiyyatının nümayəndələrini sadalayarkən Şeksprin, Dikkensin adı ilə bərabər Oskar Uayldın da adını çəkirlər. Bu isə təkcə ədəbi fakt deyil, həm də sosial mədəniyyətə öz təsirini göstərmiş fenomendir.
Davamı →

Dorian Qreyin portreti

— Bazil, artıq gecdir, çox gecdir!
— Yox, Dorian, heç vaxt gec deyil! Gəlin diz üstə çökək və yalvaraq, duaları yadımıza salaq! Məncə, Bibliyada hardasa belə bir ayə var: “Sizin günahlarınız qan kimi qırmızı olsa da mən onları qar kimi ağappaq edəcəm.”
— Bu sözlərin indi mənimçün heç bir mənası yoxdur.

Bir çox yazıçı və fikir adamları kimi Oskar Uayld da qadınlara qarşı ciddi münasibət bəsləmirdi. Oskar Uayld Lord Henrinin dilindən yazır: “Mənim əziz dostum, qadın dahi olmur. Qadınlar yalnız dekorativ cinsdirlər. Onların dünyaya deməyə sözləri yoxdur, amma deyirlər, özü də çox gözəl deyirlər. Qadın materiyanın ruh üzərində qalibiyyət mücəssəməsidi.” Mən bu qərara gəlmişəm ki, qadınlar, əsasən, iki kateqoriyaya bölünürlər: boyasız və boyalı qadınlar.

 Bu söhbətdən bir az əvvəl isə Lord Henrinin arvadı ledi Henri musiqi haqqında söhbət edərkən musiqiyə münasibətini belə ifadə edir: “Mən Vaqnerin musiqisini sevirəm. Onunku o birilərinkindən daha yaxşıdı. O qədər səsli-küylü musiqidir ki, adam teatrda bütün gecəni bir-biriylə söhbət edər və kənar adam da o söhbəti eşitməz. Bu da çox böyük üstünlükdür, elə deyilmi, Mister Qrey”?
Davamı →

Əsl dostlar səni öndən bıçaqlayanlardı

Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə  cəsarətin çatmayan  bütün  günahları təqdim edirəm.

Təcrübə insanların öz səhvlərinə verdikləri sadə addır.

Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm.

Nəfsdən yaxa qurtarmağın yeganə yolu ona təslim olmaqdır.

İnsanlar bugün hər şeyin qiymətini bilirlər ancaq heç nəyin dəyərini bilmirlər.

Birisi aşiq olarkən, özünü aldatmaqla  başlayır, başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir.

Uşaqlar həyata valideyinlərini sevməklə başlayırlar, böyüdükcə onları ittiham edirlər, bəzən isə bağışlayırlar.

Hər  mövcud  incə və gözəl bir şeyin arxasında bir faciə durur.

Bəşəriyyət özünü çox ciddi qəbul edir. Bu dünyanın əzəli günahıdır. Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı.

Kişilər yorulduqları üçün evlənirlər, qadınlar isə sadəcə maraqlarından: hər iki tərəf sonda məyus olur.
Ardı →

Oskar Uayld - “Bülbül və qızılgül”

“Əgər ona qırmızı qızılgül versəm mənimlə rəqs edəcək,” gənc Tələbə yüksək səslə öz-özünə danışdı; “ ancaq bağımda bir dənə də olsun qırmızı qızılgül yoxdur.” Bülbül palıd ağacındakı yuvasından gileyləri eşidib  yarpaqlar arasından  maraqla baxdı.

“Qırmızı qızılgül!” deyə qışqırdı o, gözəl gözləri yaşla doluydu. “ Ah, xoşbəxtlik  kiçik şeylrədən asılıdır! Bütün ağıllı adamların yazdıqlarını oxumuşam, fəlsəfənin hər bir sirrinə bələdəm, ancaq bunlar bəs etmir, həyatım adı bir gülə görə dözülməz olub.”

“Budur, həqiqi aşiq.” Bülbül dedi.  “Heç vaxt görməsəm də gecələr boyu  onun barədə oxuyuram; hər gecə onun hekayəsini ulduzlara danışıram, indi isə onunla qarşılaşdım. Saçları sünbül çiçəyi tək qara, dodaqları istədiyi gül kimi qırmızıdır; ancaq sevdası üzünü  filsümüyü kimi solğunlaşdırıb, qəm isə alnına öz möhürünü vurub.


Ardı →

Milyonçu model | Oskar Uayld

Oskar UayldVarlı deyilsənsə, gözəl olmağının da elə bir faydası yoxdu. Eşqbazlıq məzlumlara deyil, zənginlərə yaraşır. Kasıbasa həyata dik gözlə baxmaq qalır. Bir sözlə, qəşəng oğlan taleyini bölüşməkdənsə, illik gəlirə sahiblənməyin qat-qat sərfəlidi.

Hyui Erksinin vara bilmədiyi müasir həyatın dahiyanə həqiqətləri yetərincə sadəydi. Biçarə Hyui!

Etiraf etməliyəm ki, o, mahiyyətinə görə də qabarıq fiqur deyildi. Həyatı boyu nə hazırcavablığı, nə də acıdilliyi ilə fərqlənmişdi. Əvəzində şabalıdı qıvrımları, yunan profili və qonur gözləri onu gözəl kişi siyahısında birinci edə bilərdi.  

Kişilərin də, qadınların da eyni qədər sevimlisi olan Hyuinin ən axsayan cəhətisə pul qazana bilməməsiydi.

Atası ona öz süvari xəncərini və on beş cildlik “İspaniyaya yürüşlərin tarixi”ni miras qoymuşdu. Hyui birincisini güzgünün başından asmış, ikincisini isə rəfdə  Raffın soraq kitabçası və “Beyliz meqezin”lə yanaşı qoymuşdu. Özüsə bu arada yaşlı xalasının ildə iki yüz funtuna möhtac qalmışdı.

Özünə bir düzən qurmaq üçün hər şeyə əl atmışdı. Altı ay birjada oynamışdı, yalnız bundan sonra vaxtını havaya uçurduğunun fərqinə varmışdı. Elə bir o qədər də çay alverinə girişmişdi, amma sonunda bu işdən də usanmışdı. Sonra quru xeres (şərab növü – red.) satmağa cəhd eləmişdi. Amma burda da bəxti gətirməmişdi: xeres həddən ziyadə quru olmuşdu. Nəhayət, sadəcə bir heç olduğuna imza atmışdı – yaraşıqlı, yunan profilli, avara-sərgərdan növcavan.


Ardı →

Həqiqi dost | Oskar Uayld

Günlərin bir günü səhər Qoca Su Siçanı başını yuvasından çıxartdı.  Onun xırda kinli gözləri, qısa tikanlı bığları vardı və quyruğu bir qədər qara rezinə bənzəyirdi. Gölməçənin içində sarıbülbülə bənzəyən balaca ördək balaları üzməyə çalışırdılar; Ana Ördək isə təmiz ağ rəngdə idi, qırmızı ayaqları vardı və balalarına suya necə baş vurmağı öyrətməyə çalışırdı.
Ana Ördək balalarına deyirdi:
-         Başınızı suya vura və orda saxlaya bilməsəniz heç vaxt mötəbər cəmiyyətdə yaşaya bilməzsiniz.


Ardı →