Səhrada yaradılan gözəllik

Huakaçina (Huacachina) — Perunun cənub-qərbindəki İka bölgəsində olan bir oazisdir. İka mahalı sərhədləri içindədir və əhalisi 115 nəfərdir.

Huakaçina səhrada kiçik təbii göl ətrafında qurulmuş və bu göl sayəsində həyatda qalan gözəl bir kənd olmasıyla yanaşı şirin görünüşüylə də özünə  turist cəlb etməkdədir.

Oazis Perunun milli pul vahidi 50 solun arxa hissəsində də təsvir edilmişdir.

İstirahət etmək istəyənlərçün bu oazis tövsiyyə olunacaq ən gözəl məkanlardan biri.


Davamı →

Maçu Pikçu xarabalıqları, Peru




Maçu Pikçu xarabalıqları, Peru

Dünya tərəfindən inklərin itkin şəhəri olaraq bilinən Maçu Pikçu qalıqları Peruda, dağların yüksəklikləri üzərində yerləşir. 1911-ci ildə Hiram Binqao tərəfindən yenidən kəşf şəhərin ink əsilzadələri üçün inşa edildiyi zənn edilir, çünki bənzərsiz coğrafi mövqeyi və təbii müdafiə üslubu, hücumlara qarşı zəmanət verə biləcək xüsusiyyətdədir. Maşu Pikçu qalıqları bu gün dünyanın ən çox ziyarət edilən yerlərindən biridir.
Davamı →

Maçu Pikçu

Maçu–Pikçu «Qocaman Dağ» mənasını ifadə edir. Bəzən «inklərin itirilmiş şəhəri» də adlandırılır. Qədim şəhərçik yer üzündən silinmiş qədim inka xalqının rəmzi hesab olunur. Dəniz səviyyəsindən 2,430 metr yüksəklikdə yerləşir. Şəhər mərkəzi And platosundan başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanmaqdadır.

Bu şəhər dağlarda müqəddəs məkan kimi hazırlanmışdır, inklərin rəhbəri Paçakutek tərəfindən imperiyanın zəbt olunmasının 100 illik yubuleyinə həsr edilmişdir. Şəhərçik 1450-ci illər ətrafında son inka imperatoru Paçakutek tərəfindən salınmış və 100 il bundan sonra bu ölkəni fəth etmiş İspan konkiskodorlarından gizli saxlanılırmış. Təxminən 1532–ci ilədək mövcud olmuşdur, hansı ki bu dövrlər ərzində ispanlar inklərin ərazisinə zorla daxil olmağa başlamışdır. Nəticədə 1532–ci ildə həmin ərazinin sakinləri yox olmuşdur. Bəzi mənbələrə görə İnkalar tərəfindən çiçək xəstəliyi epidemiyası səbəbilə ərazi tərk edilmişdir.


Ardı →

Nazka şəkilləri

Yer üzündəki müəmmalarin ən böyüklərindən biri Nazka şəkilləridir. Perudakı Nazka duzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. Üçbucaqlar düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 400-900 –cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə “İnka” yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır.


Ardı →