Mağara alleqoriyası

Qədim yunan filosoflarından biri olan Platon gündəlik həyatımızda fəlsəfədən yararlanmalı olduğumuzu düşünürdü. Platon fəlsəfəyə ruhun müalicəsi kimi baxır və əgər onu həyatımıza tətbiq etsək faydalı ömür sürəcəyimizə inanırdı.

Fəlsəfənin faydası ilə bağlı ən maraqlı hekayələrdən biri onun “Dövlət” Əsərinin 7-ci bölümündəki “Mağara alleqoriyası”dır.  Bu, bəlkə də ən məşhur alleqoriyalardan biridir. Bu hekayədə bir mağaradan  və ömürləri boyu orada yaşayan bir qrup insandan bəhs edilir. Həmin insanlar həmişə bu mağaranın içində yaşayıblar və mağaradan kənardakı həyat haqqında heç nə bilmirlər. Mağaranın içərisində təbii işıq yoxdur, divarlar rütubətli və qaranlıqdır. Mağara sakinləri yalnız oradakı alovun qarşısından keçən şeylərin divardakı əksini görə bilirlər. Bu insanlar divarda əks olunan heyvan, bitki və insan kölgələrini heyrətamiz hesab edirlər. Bu kölgələrin həqiqət olduğuna inanır və əgər onlara kifayət qədər diqqət yetirsələr həyatda uğurlu olacaqlarını düşünürlər.
Davamı →

Sirli Atlantida

Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır: «Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur». Platona inanmaq olarmı? Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin olmayıb. Vulkan külü dəniz suyunu qatılaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Ehtimallara görə, suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Sadəcə, afinalılarla atlantlar arasındakı həmin ərəfəyə təsadüf edən mifik müharibə barəsində danışmaqla kifayətlənib. Atlantoloqlar hesab edirlər ki, bu müharibənin sona çatması ilə Atlantidanın məhv olmasını çox qısa zaman intervalı ayırır. Atlantidanın qalıqlarından tapılan mədəniyyət nümunələri isə müəyyən mülahizələrə əsas verir.
Ardı →

Platon məktəbi

Platonu (b. er. əv. 427– 347) Avropa fəlsəfəsinin banisi hesab edirdilər. Zədəgan ailəsində anadan olan Platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi yaratmışdır. Filosof dialoq formasında əsərlər yazmış (əsərdə baş obraz Sokrat olmuşdur), elə sağlığında da məşhurlaşmışdır. İki ən böyük əsərini dövlət haqqında təlimə həsr etmişdir. «Qanunlar» əsərini tamamlamamış ölmüşdür. Afinada fəlsəfə müəllimi kimi məşhur olan Platon tədrisindən yığılan pullara torpaq sahəsi almış, orada da özünün məktəbini təsis etmişdir. Aldığı torpağın sahibinin adı Akadem olduğundan, məktəb də Akademiya adlanmışdır.


Ardı →