Qadinlar haqqında fikirlər
«Qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər». (Paveze)
«Bu gün həyat yoldaşım vəfat etdi. Amma masamın üzərində başımı qatacağım xeyli sənəd-sünəd var». (Kamyu)«Qadın hər şeyi görən gözü də aldada bilər». (Dostoyevski)
«30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir?» (Freyd)
«Yaşlandıqca kişilərin üz qırışları dərinləşir, qadınlarınkı isə buruşur». (Höte)
Ardı
Elm adamları və qadınlar
Fizik: 
Qadının dili F=ma düsturu kimi hər şeyə əvəzdir. Onun ürəyi 30.000 volt gərginlikli cərəyan mənbəyidir. Əlləri ifratkeçiriciliyə malik xassəylə bu cərəyanı toxunduğuna keçirir.
Ufoloq (astronom)
Onlara yaxınlaşmaq lazım deyil. Onlar özləri səni cəzb edib öz peyklərinə çevirəcəklər. Zərif bildiyimiz bu məxluqlar «Qara dəlik » (nəhəng qalaktikaları udan burulğan) kimi istədiklərini udmağa qadirdirlər.
Kimyaçı
Qadınlar qliserindir(şirin və güclü zəhərli maddə). Onlar natrium silikat kimi adama yapışır, sonra isə sulfat turşusu kimi onu kömürləşdirirlər.
Bioloq
Qadınla ilan arasında fərq ondan ibarətdir ki, ilan sürünür, qadın süründürür. Onun dili pələng qədər yırtıcı, özü isə kəpənək qədər zərifdir. Bir sözlə, qadìn tamamlanmamış DNT-dir.
Tarixçi
Qısa deyə bilərəm ki, qadın SSRÎ tarixidir. Bu tarix yalan yazılmış və zorla insanlara sevdirilmiş mənasız, lazımsız bir tarixdir.
Coğrafiyaşünas
Qadın «körfəz» və «boğazlar» kimi insanı qardaşdan, bacıdan, ata-anadan ayırır. Onun ürəyindən axan qandan Ölü dəniz, gözəlliyindən isə meşə landşaftları, fauna ve flora yaranıb.
Riyaziyyatçı
Qadının gözəlliyi monoton artan, ağlı isə monoton azalandı. O,mələyin törəməsidir. Lakin biz onu inteqrallaya bilmirik.
Dilçi alim
Qadìn xəbər əsasında formalaşmış cümlədir. O,felin icbar növüdür. Əvəzlik kimi hər şeyi əvəz edir, yerində işlənir və sualına cavab verir.
Ədəbiyyatşünas
Onunla tanışlığın əvvəli M.P.Vaqifin poeziyası kimi nikbin, axırı isə M.V.Vidadinin poeziyası kimi bədbindir. Dili daim İzzəddin Həsənoğlunun qəzəlləri kimi ritorik suallarla doludur. Dilində hər zaman tapmaca, yanıltmac və ya qarğışlar olan bu incə məxluqların həyatına daxil olan kəslərin taleyi Çingiz Abdullayevin əsərlərində öz əksini tapmışdır.
Mühəndislər
bir proyekti tamlıği ilə göstərib maketin qurmaq olar. Amma qadını heç bir vəchlə. Çünki bir eyib və bir gözəllikdən ibarət maketi düzəldib dayanıqlı etmək mümkün deyil.
Iqtisadçı
Rəqabətin ən inhisar forması qadınlar arasında gedir. Onlar heç bir iqtisadi öhdəlikləri qəbul etməyən əmtəə növüdürlər və bu əmtəə sıfır qiymətindən insanların həyatı ilə ölçülə bilən dəyərə malikdir. :)
Mənbə:Qadın.net
Qadın kimdir əslində?
Uşaq kimi davranmağı sevər. Kişinin özünə bir uşağa göstərdiyi şəfqəti göstərməsini də istər. Bir uşağı oxşayar kimi incitməkdən qorxaraq oxşamalıdır kişi qadını. Amma heç bir qadın uşaq rəftarı görmək istəməz. Söylədiyi şeylər uşaq tərəfindən də olsa dinlenilmesini, diqqətə alınmasını istər. Yəni bir qadının uşaqlıq etməsinə icazə verəcəksiniz amma əsla onu bir uşaq olaraq görməyəcəksiniz.
Ardı
Qadın haqqında
Qadın elə bir mələkdir ki,bizi uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə təsəlli verir. (Avreli Avqustin:Qədim Roma filosofu)
Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub. (Onore de Balzak:Fransız yazıçısı)
Qadınsız ev məzar kimidir. (Onore de Balzak)
Ardı
