Kainatın böyüklüyü nə qədərdir?

Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.
Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Davamı →

Andromeda qalaktikası

Andromeda Qalaktikası dünyadan görülə bilən ən uzaq göy cismi olmaqla yanaşı, bizim də içərisində olduğumuz, başqa sözlə Günəş sisteminin daxil olduğu Süd Yolu qalaktikasına ən yaxın olan böyük qalaktikadır. Süd Yolu qalaktiksadı ilə arasında təxmini olaraq 2.2 işıq ili məsafə vardır.

2006-ci ildə əldə edilən məlumatlara görə Süd Yolu qalaktikası Andromedanın kütləsinin  təxminən 80 faizini təşkil edir. Messier 3, NGC 224 ya da M31 olaraq da bilinən Andromeda Qalaktikası söz olaraq zəncirə vurulmuş qız mənasını verməkdədir.


Ardı →

Enerjisi bitən ulduzlar | Qara dəliklər

Qara dəliklər yanacağı bitmiş, yəni sönmüş ulduzlardır. Enerjisi bitən ulduzların işıqları da yox olur. Ulduzun öz içinə doğru yığılması və büzülməsi nəticəsində ulduzun yerinə sonsuz sıxlıqda və sıfır həcmdə cəzbetmə sahələri, yəni qara dəliklər meydana gəlir.

  • Ulduzlar bir an içində qara dəliyə çevrilə bilər.
  • Qara dəliklər “qara”dırlar.  Gözlə görmək mümkün deyil.
  • Cəzbetmə qüvvələri böyük olduğundan işığı həbs etdikləri üçün onları ən müasir teleskoplarla belə görmək mümkün deyil.
  • Günəşin təxminən 3 misli olan qara dəliklərin diametri bir neçə kilometrdir.

Ardı →

Qalaktikamızda Yerə oxşar planet

ABŞ alimləri qalaktikamızda Yerə oxşar planet aşkarlayıbAmerikalı alimlər ilk dəfə qalaktikamızda Yer ölçüsündə planet aşkarlayıb. Onlar bəyan edib ki,  həmin göy cismində potensial bioloji həyat ola bilər.

 Alimlər bu planetə 2009-cu ilin martında orbitə buraxılmış “Kepler” adlı teleskopun, “Planetlərin ovçusu”nun yardımı ilə “baxıblar”.

 Yeni planetə şərti olaraq, kosmik qurğunun adı verilib – “Kepler-186f”.

 “Onun aşkarlanması Yerdəki kimi həyatın olduğunu axtarmaq üçün önəmli addımdır”-deyə, “NASA”-nın astrofizika idarəsinin rəisi Pol Gerts bildirib.

 O, deyib ki, yeni ekzoplanet yaşama zonasında, daha doğrusu üzü mülayimə temperatura doğrudur. Bu vəziyyətdə su maye halında olur. Həmin zonada əvvəllər aşkarlanan başqa planetlər Yerdən azı 40 faiz böyükdür.

 “Kepler-186f” 500 işıq ili məsafəsində yerləşir. O, 130 günə bir dövrə edir. Kütləsi hələ müəyyənləşməyib.


Ardı →

Bizim Qalaktika

Hələ ən qədim zamanlarda, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır.  Səmanın başqa Hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. Şimaldan cənuba doğru yönəlmiş Həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər.
Ardı →