Klassikləri necə söyməli? | Qan Turalı

Klassikləri söymək ya da öymək milli idman növümüzdür.
Hər iki hal üçün də böyük intellekt filan tələb edilmir.
 
Bərbəzəkli sözlər, təntənəli ifadələr...
 
Ya da təhqir, rəncidə, həqarət.
 
Və hər iki tərəfin də əlində çürüyən arqumentlər...
 
Hardan başlayasan, bilmirsən.
 
Elə öyməkdən başlayaq o zaman.
Davamı →

Fəlsəfəni necə öldürməli?

  • Esse
Görüşlərdə, söhbətlərdə, sosial şəbəkələrdə gənclərin fəlsəfəyə meylini görürəm. Fəlsəfə təhsilli olduğum üçün bu suallarla tez-tez qarşılaşıram. Halbuki bu sualları heç sevmirəm, amma gənclərin bu istəyi çox təbii və yerindədir. Gənclik fəlsəfi suallar doğurur və bu sualların arxasınca gedir.

Dünyanı Tanrı yaradıbmı? Ölümdən sonra həyat varmı? İnsan öz hərəkətində azaddırmı? Azadlıq nədir? Bu və bu kimi suallar…

Doğrusu, bu suallara cavab verməyə həvəsim qalmır. Təkcə ona görə yox ki, bu sualların cavabları çox uzundur və bu cavabları anlamaq baza səviyyəsində olsa belə fəlsəfi mədəniyyət tələb edir. Məsələ təkcə bunda deyil. Bu məsələləri anlamağın elə bir əhəmiyyəti də yoxdur. Bilirəm, sizə çox radikal gəldi. Lakin məsələ bundan ibarətdir. İnsan həyatının mənası haqqında düşünənə qədər bu mənanı özü üçün yaratmalıdır. Əlbəttə ki, özünüdərk prosesini nəzəri mənbələrdən tamamilə ayırmaq mümkünsüzdür. Bilirəm, çox qəliz bir yerə girmişəm, sonda deyəcəyimi əvvəldən demişəm. Bir pritça danışaq, sonra da əhvalatımıza davam edərik.

Buddadan soruşurlar: Tanrı varmı? Budda suala sükutla cavab verir, adam sualı təkrarlayır. Yenə sükut. Yenə sual. Yenə sükut. Adam üçüncü dəfə soruşanda Budda deyir: “Bu cür məsələlər sənin nirvanaya çatmağa mane olur”.
Davamı →

Xoşbəxtlik haqqında düşüncələr

Yazıma “Azərbaycanda bir kabus yayılmaqdadır, mutsuzluq kabusu” sözləri ilə başlasam güman eləmirəm ki, bu bizim həyatımıza verilmiş şişirdilmiş qiymət ola. Biz sadəcə olaraq mutsuzuq, bunu hər gün, hər yerdə eşidirik, görürük və tez-tez öz-özümüzə təkrar da edirik. 

Sadə bir məntiqi mühakimə yürütsək mutsuz insanlar xoşbəxtliyin nə olduğunu dəqiq qavraya bilməyən insanlardır. Onlar xoşbəxtliyi ayrı yerlərdə təsəvvür edirlər, amma ayrı yerlərdə yaşayan insanlar da onlar kimi mutsuzdurlar. Bir fərq yoxdur. Kasıblar xoşbəxtliyi zənginlikdə görürlər, qəribədir ki, zənginlər də kasıblıqda xoşbəxtlik axtarırlar. “Azacıq aşım, ağrımaz başım” misalında olduğu kimi. 

Pulun birbaşa xoşbəxtliyə təsiri ilə bağlı deyilənlər isə sadəcə mifdir. Misal üçün, hamımız intiharın mutsuzluqla bağlı şey olduğunu bilirik. Xoşbəxtliyindən özünü öldürən insan görmüsünüzmü? Ən yüksək həyat səviyyəsi olan Skandinaviya ölkələrinin həm də intihar birincisi olduğunu necə izah edə bilərik ki?
Davamı →

Əşyalara sitayiş

Söhbətimiz var, yaxın oturun, çünki bu yazı elə hamımız haqqındadır. Sokratla başlayaq.

Bir gün Sokrat bazarda gəzirmiş, gəzə-gəzə də piştaxtalara qoyulmuş cürbəcür sənətkarlıq məhsullarına, yeməli şeylərə baxa-baxa heyrətlənirmiş. Və bir adam gözləyirmiş ki, gəlib ona yaxınlaşsın, kamali-ədəblə salam versin, heyrətinin səbəbini soruşsun, o da bir aforizm guppuldatsın. Söz yox ki, elə bir adam gəlib, sualını verib.  Sokrat da aforizmini guppuldadıb: “Gör dünyada nə qədər şey olmadan yaşamaq mümkünmüş”.

Ümumiyyətlə, biz həmişə lətifədə  sual verənləri ikinci adam kimi görmüşük, onlara fikir verməmişik. İndi bir dəqiqə düşünün, göldə qatıq mayalamaq istəyən Molla Nəsrəddindən “Molla, göldə niyə qatıq çalırsan?” deyə soruşan adam olmasaydı, o lətifə də yaranmayacaqdı. Bu ikinci adamlara da həyatda ehtiyac var. 

Bəs nəyə ehtiyacımız yoxdur?

Keçən həftə bir roman oxudum, amma oxumamış ordakı bir cümləni gözüm jurnaldakı resenziyada tutmuşdu: “İnsanlar olmayan pulları ilə ehtiyacları olmayan şeyləri almaq üçün marketdə növbəyə dayanmışdılar”.

Sokratın dediyi də budur.


Ardı →

CV-mizdəki qadınlar

Dörd dəqiqədən az, qısadan da qısa bir film.
Bir qadın…
Məqsədsiz gəzintilərlə Parisi əldən salıb.
 Axşam düşür. O yalqızdır.
Ağır iş saatlarının yorğunluğunu sevgililər qarşılıqlı öpüşlərlə atırlar.
Yalqızlar yorğundurlar.
Hara getdiyini bilməyən qadın...
Metroya enir.
Burda həyatı dəyişəcək.
Daha doğrusu özü elə sanacaqdı.
Ardı →

Azərbaycan Sovet ədəbiyyatı

Qan TuralıAzərbaycanda sovet hakimiyyətinin qurulduğu illəri xatırlayın.
O usta yazıçıların çoxu sağ idi. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı...
Onların hamısı özlərini inqilabdan əvvəl təsdiqləmiş böyük yazıçılar idi və buna görə ədəbiyyatda hakimiyyət onların əlində qalırdı.

Leninin tələbi 
Amma Leninin iddiaları vardı: proletariat öz yazıçılarını yaratmalı idi. Buna görə də “Qızıl qələm” adlı təşkilat yaratdılar. Təşkilatla bir şey düzələrdimi, Hüseyn Cavidi təşkilatla ədəbi taxtdan salmaq olardımı?
Cəlil Məmmədquluzadəni nəinki “Qızıl qələm”lə, heç polad topla da nəsr şahlığından devirmək mümkün deyildi. Lakin tezliklə hakimiyyət gənclərə verildi.
Necəsi aşağıdadır…
Ardı →

Şuşa məni necə xilas etdi? | Qan Turalı

Bayaq evdə darıxdım.
Aşağı düşüb bir taksiyə oturdum.
Üstümdə pul çox az idi, cəmi 4 manat.
Düşünürdüm ki, elektron kartımdan çıxardaram.
«Azadlıq» metrosunun yanına gedib bir az gəzmək, kiçik kafelərə girib söhbətləşmək, söhbətlərə qulaq asmaq istəyirdim.
Bu cür kafelər məni həmişə dincəldir.
Ardı →