Qan qrupunuzun xüsusiyyətləri

I qan qrupu
O (I qrup)- tipi «Ovçu». Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.
Müsbət tərəfləri:
— möhkəm həzm sistemi
— yaxşı immun sistemi
Zəif cəhətləri:
— yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur
— mədənin yüksək turşuluğu
— allergiya
Davamı →

Qan qrupuna görə hansı xüsusiyyətlərə maliksizniz

Yaponiyada qan qrupuna görə, insanın xasiyyətini müəyyən etmək barədə yazılan kitablar rekord vurmağa başlayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu barədə yazılan 4 kitab bir necə gündə 5 milyondan çox nüsxə ilə satılıb. Bu isə təsadüfi deyil. Çünki son vaxtlar demək olar ki, işə qəbul, dost seçimi, evlilik kimi bütün sahələrdə insanlar qan qrupuna önəm verməyə başlayıblar. Bəs hansı qrup hansı xüsusiyyətə malikdir:

AB: Sirli və göznəlinməz hərəkətlər edən

O: Hər şeylə maraqlanan, mərd və tərs

A: Hissiyatlı, mükəmməl və qayğıkeş

B: Sevincli, nikbin, maraqlı vərdişlərə sahib


Davamı →

Qan qrupu və nikah

İnsan münasibətlərində qaçılmaz bir hal olan ailə məsələsinə baxanda təbiətcə skeptik olan deyərdi ki, sevginin gözü kordu. Optimist onun sözünü ağzında qoyub «Amma gör necə də gözəldi!» deyərdi. Pessimist isə boynunu büküb nəticə çıxarardı: «Hər bir halda nikah və məişət onun işinə baxacaq». Əgər sevgi uğurlu nikaha aparan yol deyilsə, deməli, başqa yollar da var. Alimlər belə şeyləri ortaya çıxarmağı sevir. Müxtəlif qan qruplarını və onların nikaha münasibətini dərindən öyrənəndən sonra məlum olub ki, qruplar biri o birindən çox fərqlənir.
Davamı →

Qan qrupu haqqımızda nə deyir?

Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «qan qrupun hansıdır?» sualıdır. İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir.
Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.



Ardı →