"Qaya" qrupu

Qrupun toplanması
Qaya qrupu
60-70-ci illərdə dörd nəfərdən ibarət bir qrupun səsi ittifaqın hər yerinə yayılmışdı.Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski və onları birləşdirən «Qaya». Dörd gənc kvartet yaratmaqla tarixə düşürlər. Bir-birilərini hələ Asəf Zeynallıdan tanıyırdılar. O vaxtlar Bakıda "çoxsəsli oxuyan qruplar" yox idi. Onlara isə birağızdan xorla oxumaq xoş gəlirdi. Bir dəfə Teymur təklif edir ki, gəlin sınayaq, bəlkə, nəsə alındı. Və başlayırlar müxtəlif gecələrdə, mədəniyyət evlərində çıxış etməyə. 60-cı illərdə caz Bakıda çox dəbdə idi. Onlar da cazpərəst idilər, cazı çox sevirdilər və əsasən də, caz oxuyurdular. Təbii ki, ingiliscə yox, icazə vermirdilər. O vaxtlar informasiya məhdudiyyəti var idi. Plastinkalar tapılmırdı. Mahnılara ancaq radio vasitəsi ilə qulaq asa bilirdilər. Hər axşam saat 11-də Amerikadan caz proqramı verilirdi. Harda olmalarından asılı olmayaraq, həmin saatda radionun qabağına yığışardılar.


Ardı →