Uşaqlar qurbanların kəsilməsini görməlidirmi?

Bütün dünyada müsəlmanların sevinclə qeyd etdiyi Qurban bayramı yaxınlaşmaqdadır. Qurban bayramı ilə bağlı yaranan çoxsaylı suallardan biri də uşaqların qurbanlıq heyvanların kəsilməsini izləməsinin doğru-olub olmadığıdır. Bir çox dünya miqyaslı psixoloqlar 12 yaşına çatmamış uşaqların Qurban bayramının anlamını hələ dərk etmədiyi, bu səbəbdən qoyunların kəsilməsini şiddət nümayişi olaraq qavraya biləcəkləri barədə həyəcan təbili çalmaqdadır. Hələ dini inancı bərkiməmiş uşaqlarda bu proses müxtəlif qorxulara, onların ət yeməklərindəm imtina etmələrinə və bir çox digər mənfi nəticələrə səbəb ola bilər. Xüsusilə əgər qurbanlıq heyvanı kəsən uşağın atasıdırsa, uşaqda atasına qarşı mənfi hisslər baş qaldıra bilər.

Uşaqların yanında Qurban bayramından danışarkən onlara heyvanların necə kəsildiyini təfsilatı ilə anlatmağa ehtiyac yoxdur. Uşaqlar üçün Qurban bayramı məhz bir bayram, əyləncə, şənlik mənbəyi olmalıdır. Uşaqlar kəsdiyiniz qurbanların başlarını, əl-ayaqlarını görməməlidir. Bu mənzərə 12 yaşa qədər uşaqlarda şok effektinə malik ola, müdafiə mexanizminin avtomatik şəkildə işə düşməsinə səbəb ola bilər. Belə olan halda uşaq başqalarının hisslərinə, üzüntülərinə qarşı hissiyatsızlaşa bilər.
Davamı →

Qurbanlığın ehkamları

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:

Qurbanlığın tərifi və onun hökmü

Qurban-bayram günündə bayram səbəbiylə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana deyilir. Qurbanlıq Quran və Sünnədə sabit olan İslam ayinlərindəndir. Allah taalə belə buyurur: «Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!» (əl-Kövsar 2) Həmçinin belə buyurur: «De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.» (əl-Ənam 162-163) Eləcə də Uca Allah belə buyurur: «Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin.» (əl-Həcc 34)

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iki buynuzlu ala qoç qurban etdi. Onları əlləri ilə kəsdiyini və ayağını onun hər birininin boynunun üzərinə qoyduğunu gördüm. Allahın adını zikr etdi və təkbir gətirdi.» (əl-Buxari 5565, Muslim 1966)


Ardı →

“Qurban” və “Ramazan” bayramlarının əsas xüsusiyyətləri

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır. İbrahim Peyğəmbərin oğlunu Allaha qurban etmək istəməsi onun sədaqətini və imanını göstərirdi.


Ardı →