Marina Abramoviç

Marina AbramovićBu rəssam artıq uzun illərdir ki, özünü incəsənətə qurban verir, həyatını riskə ataraq, qalmaqallı layihələr ərsəyə gətirir. Əsrarəngiz sərgiləri baş gicəlləndirir, qan dondurur, göz qamaşdırır. Bu günlərdə Marina Abramoviç saytların birində 661 min 452 dollar toplayıb, öz yeni dəlisov peşəkar layihələrini həyata keçirməyə başladı. Layihələrə Ledi Qaqanın meşədə çılpaq videoroliki, Cey-Zi ilə duet və digərləri aid idi.

14 yaşı olanda anasının tapançası ilə “rus ruleti” oynayırdı
Bu hadisəyə Robert Ulisonun “Marina Abramoviçin həyatı və ölümü” adlı pyesində ətraflı yer verilib. Əsərdə onun anası ilə gərgin münasibəti ətraflı təqdim olunub. Yeniyetmə Marina anası ilə hər davasından sonra tapançanı oğurlayıb, içərisində cəmi 1 patron saxlayırdı. Fırladıb, özünə atəş açırdı. Xoşbəxtlikdən 14 yaşlı qız bu təhlükəli təcrübələrdən sağ qurtula bilirdi. Taleyin hökmünə bax ki, 2011-ci ildə Abramoviç adıgedən tamaşada öz anasının obrazını canlandırıb.
Davamı →

Frida Kahlo : Öz gerçəkliyinin rəssamı

Avtoportretlərə və meymunlara düşkün olan bir rəssam. Çoxları onu gerçəküstü biri olaraq tanısa da o, həmişə bunun əskini deyərdi: “Mən heç vaxt röyalarımın rəsmini çəkmədim, həmişə öz gerçəkliyimin rəsmini çəkdim”.


18 yaşında, yəni 17 noyabr 1925-ci ildə bir tramvay içində olduğu avtobusla toqquşdu. Onurğası, ləyən sümüyü, körpücük sümüyü, qabırğaları və 11 yerdən aşağı sağ ətrafı qırıldı, bir ayağı və çiyni də bu qəzada yerindən çıxdı. Ayrıca bir metal parçası da uşaqlıq yolunu yırtdı. Hər kəs tez bir zamanda öləcəyini fikirləşirdi amma bir ilə yaxın ağır yataq şəraitində qalıb sonunda vəziyyəti yaxşılaşdı. Fotoqraf və eyni zamanda rəssam olan atası  otaqdakı əşyaları çəkməsi üçün yatağının yuxarısına güzgü və müxtəlif qurğular düzəltdirdi. Fridanı rəssamlığa yönəldən ilk şey məhz bu oldu. Geri qalan həyatında 35 cərrahi əməliyyat keçirdi. Onun sənət əsərləri çəkdiyi bütün acıları bütün gerçəkliyi ilə özündə cəmləşdirdi. Başqa yolu da yox idi.



Ardı →

Mariya Sibilla Merian

Mariya Sibilla Merian ilk qadın entomoloqdur (Entomologiya — zoologiyanın həşərat, böcəklər bəhsi) 1647-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. 3 yaşında atasını itirib. 1651-ci ildə anası Mariyanı rəsm çəkməyə cəsarətləndirən natürmort rəssam Cakob Marrel ilə ailə qurur. 

Mariyanın təbiətə olan böyük marağı ilə rəsm çəkməyə olan həvəsinin birləşməsi daha 13 yaşındaykən müxtəlif növ bitki və böcək təsvirləri yaratmasına səbəb olur.

1665-ci ildə Mariya ögey atası Marrelin şagirdi Cohann Andreas Qraff ilə ailə qurur. Ondan iki qız övladı olur. 1667-ci ildə Mariya ailəsi ilə birlikdə Nürnberq şəhərinə gedir. Orada ilk peşəkar uğurlarını əldə edir. 1681-ci ildə ögey atası vəfat edir və ailə mirası yerbəyer etmək üçün Frankfurta dönmək məcburiyyətində qalır.

Mariya 1685-ci ildə 38 yaşındaykən həyat yoldaşından ayrılır. Anası və qızları ilə birlikdə Hollandiyada qatı protestant cəmiyyət olan Labadistlərə qoşulur. Bu dövrdə Surinam plantasiyalarından gətirilən tropik bitkilərə qarşı böyük bir həvəs, maraq hiss edir.
Ardı →

Frida Kahlo

Frida Kahlo1907 ci ildə Meksikada mavi evdə bir qız uşağı doğulacaqdı, amma mavi rəngin fərahlığından onun həyatına çox az şey düşəcəkdi. Meksika inqilabı dövründə doğulan və həyatı boyunca yaşadıqlarını ömrünün inqilabı edəcək qədər ehtiraslı olan bu qız, adı dünya miqyasında eşidiləcək, xüsusi ilə də ölkəsi Meksikanın seçilmiş adları arasına çəkiləcək rəssam Frida Kalo idi. Sosialist və feminist olan Frida Kalonun həm yaşayışına, həm də sənətinə eşq və kədərin təsir etdiyini deyə bilərik. Rəsmlərində həyatının kədərli bir hekayə olduğunu, göstərməyə çalışırdı.
Frida 6 iyul 1907-ci ildə dünyaya gəlib. O, macar yəhudisi Vilhem Kalo və qızıldərili əsilli Matilda Calderonun üçüncü uşağı idi. Həm içinə qapanmış, həm də hərəkətli bir uşaqlıq keçirmişdi. Həyatının uğursuzluqlarından biri olan “fiziki ağrı” onu hələ uşaqlıq illərində yaxalamıdşı.
Altı yaşı olanda uşaq iflici keçirir. Məhəllə uşaqlarının sağ ayağındakı fərqə görə “taxta ayaq” deyə çağırdıqları Frida, o biri qardaşlarına nisbətən atasından xüsusi diqqət görürdü. Fridanın uşaqlıqda kobud bir halı vardı.
Davamı →