Biznes risklərinin müxtəlif növləri vardır. Biznes riskləri daxili və xarici ola bilər. Onlar iş qabiliyyətinə birbaşa və ya dolayısı yolla təsir göstərə bilər. Risklər təhlükə əsaslı (məsələn, kimyəvi dağıntılar), qeyri-müəyyən əsaslı (məsələn, təbii fəlakətlər) və ya imkanlar ilə bağlı ola bilər.
Ümumi risk kateqoriyaları aşağıdakılardır:Təbii fəlakətlər: sel, fırtına, meşə yanğını və quraqlıq;
Pandemiya: qrip, donuz qripi və ya quş qripi;
Hüquqi: sığorta məsələləri, mübahisələrin həlli, müqavilə pozulması, qaydalara və öhdəliklərə əməl olunmaması;
Qlobal hadisələr: pandemiyalar və hava nəqliyyatının hərəkətinin dayandırılması;
Texnologiya: kompyuter şəbəkəsi çatışmazlığı və köhnəlmiş avadanlıqların istifadəsi ilə bağlı problemlər;
Ekoloji: iqlim dəyişikliyi, kimyəvi axıntılar və çirklənmə;
İş yerində sağlamlıq və təhlükəsizlik: material, avadanlıq, və ya iş yerindən qaynaqlanan qəzalar;
Əmlak və avadanlıq: təbii fəlakətlər, su borularının partlaması, soyğun, vandalizmin və s. səbəb olduğu zərərlər;
Mühafizə: oğurluq, fırıldaqçılıq, əqli mülkiyyət itkisi, terrorizm, qəsb və online təhlükəsizlik və saxtakarlıq;
İqtisadi və maliyyə xarakterli: qlobal maliyyə problemləri, faiz dərəcəsinin artımı, pul vəsaitinin çatışmazlığı, müştərilərin ödəməməsi, sürətli artım və artan xərclər;
Kadr: sənaye münasibətləri məsələləri, münaqişənin idarə olunması və vakansiyalar doldurulmasında çətinliklər;
Ardı →