Ruslan Mollayev "Çobanyastığı" qısa hekayə

          Dəqiq xatırlayıram: qatar tələsmədən kəndimizə yaxınlaşırdı. Arabir yol boyu şaxələnən ağacların kölgəsi üzümüzə düşürdü. Baxanda adama elə gəlirdi, sanki günəş üzümüzə düşən qara ləkələri silir. Bu dəfə pəncərədən sevinc hissi ilə baxırdıq, çünki müharibədən xilas olmuşduq! Əkin sahəsində ətəklərini qatlamış qızlar bizi görüb əl elədilər. Onların içində özümüzlə gətirə bilmədiyimiz əsgərlərin sevgililəri də vardı. Bunu başlarını qaldırmadan işlərinə davam etmələrindən bildik.
— Uşaqlar! — deyib, digər əsgərləri də çağıraraq bütün nəfəslikləri açdıq: şehlənmiş gül qoxusu, sərin külək qarışıq, vaqonlara doldu...

03.05.2020





Davamı →

Ruslan Mollayev “ Tədarük “

Yaşadıqlarından təngə gələn qadın, müdrik qocanın huzuruna gəlib soruşur:

-        ...heç kimə  pislik etmirəm axı, niyə  dualarım eşidilmir?

Müdrik soruşur:

-         Necə dua edirsən?

Əllərimi açıram göyə və deyirəm: Ey Uca Allahım, yeri, göyü səhmana saldığın kimi bizim də həyatımızı səhmana sal.  – deyə qadın bildirir.

Müdrik:

-         Diqqət etsən görərsən, Allah dualarını gerçəkləşdirir. Yaşamaq üçün tədarük gör, uyğunlaş: yer üzünün dörd fəsli var.

 

 

                                                                                                              


Davamı →

Ruslan Mollayev " Sən bir səhra gözəlisən! "

Sən bir səhra gözəlisən!
Ayaqların bir qarış havada
yellənərək, boşluqlarda yeriyib yaşayırsan.
Kötüyündən çıxan tikan kollarının,
gözlərinin qarşısında sürüşməsi,
dodaqların kimi qurumuş torpağın
çatlamasına baxmaq,
ən sevimli məşğuliyətindir.

Düşündüyüm kimi yaşayırsan.
Azadlığın məndədir
səhra gözəli!

Səhranın tən ortasında,
ayağın ayağının üstündə,
oturub,
nə üçün elə diqqətlə baxırsan mənə?
Yoxsa fikrin dağlardadır?

Yox!
Mən bir səhra gözəliyəm!
Düzənliklər dağdır mənə,
kürələrin zirvəsiyəm...
Məndə gəzib azmağına,
həqiqəti axtarmağına
oturub tamaşa edirəm.

Sən bir səhra gözəlisən!
Kölgən saatı bildirir.
Düşünürdüm əsirimsən,
saatlardı əsirinəm.
Əlim qolum havadadır,
ayaqlar toz içindədir.
Başına fırlanmaqdan,
dəyirmana çevrilirəm.
Keçirdəcəm dəyirmandan
bütün səhra qumlarını,
Dağ düzəldib, yüksələcəm
Sənə göydən baxmaq üçün...
Sənə torpaq lazım deyil,
nə də üstünü örtən göy.
Sənə məndən divar lazım,
yorularkən dayanmağa,
Səhralara sular lazım,
öpüşümdən oyanmağa...


Davamı →

Ruslan Mollayev " Payız "

            Bu səhər, yağışdan sonra Qərənfil küçəsində iki gənc bəstələdikləri mahnını elə ürəkdən çalıb oxuyurdular ki, ətrafa yayılan səs — sədanın ahəngindən  hər şey sehrlənmişdir. Kimi əyaq saxlayıb dinləyir, kimi binanın yuxarı mərtəbəsində pəncərəyə söykənərək çiyinlərini qucaqlayıb, baxırdı.    Küçənin çıxışında yerdə qərənfil vardı, yağış damcıları ləçəklərinin arasında jalə kimi  dayanmışdı. O, sevgilisinə qərənfil bağışlamaq, yenidən  o gülün dəyərini qaytarmaq istəmişdi…
Davamı →

Ruslan Mollayev " Mauzer "

            Açıq şabalıdı rəngdə saçları az qədər də uzansaydı çiyninə tam çatardı. Kök, yumru üzlü bu qadını deyəsən həbsxanada, müsahibə alanda görmüşdüm. İndi qarşımda dayanıb əlindəki tapançayla məni nişan alır, aramızda on beş metr məsafə olar, mənim də əlimdə onun silahındandı.
Atəş açılır, üzərimə doğru gələn gülləni görürəm, çatar – çatmaz güllədən yayınıb cavab atəşi açıram, hədəfdən yan keçir. Qadının növbəti atəşi ilk güllədən daha sürətlidir, bu dəfə də yayına bilirəm. Baş nahiyyəsini nişan alıram, güllə sinəsinə tərəf uçub paltarına yapışır, sanki çörəkdəndi, ya uzaqdan elə görünür; bir qədər də stulların ayağına vurulan keçəyə bənzəyir… Qadın atəş açmağa davam edir…
Bu qadın qoca dünyadı dostum, hər gün sənə atəş açır, yayına bildiyin qədər qədərini yaşayırsan, sənin atəşin isə hədəflərindir…



14 fevral 2019 cı il

Davamı →

Ruslan Mollayev " Qatil "

 Aktrisa

       Bir qadınla tanış olursan. Çox keçmir sənə aşiq olduğunu bildirir. Onu tam tanımadığın üçün əslində, özünə deyil, içindəki qüvvəyə aşiq olursan və o, birdən qeyb olur.

Əllərinin qanını yuya — yuya “bu son iş idi”- deyib, həyat tərzində dəyişiklik üçün axşam çağına teatra getməyi planlaşdırırsan. Pərdələr açılır və səhnədə o, peyda olur. Ürəyinin döyüntüsünü yanında oturanlar da eşidir.

Davamı →

Ruslan Mollayev "Avropa fəlsəfəsi" ESSE

  • Kino
             
               Avropa İttifaqının Nümayəndə Heyəti, birinci İmagine Avropa Tolerantlıq Festivalı çərçivəsində " Daha yaxşı bir dünya xəyal et”  xəttiylə  Azərbaycana  qonaq gələn Belçikalı sənədli film rejissoru Xaiver Solano ilə sənədli filmin əhəmiyyətindən, üslub və texnikalarından danışdıq. Bənzətmələr etsək, bir daha Avropa nə qədər sərin-soyuq natarazlığı, mavi rəngdən tutqun yaşıl rəngə keçid təsirini bağışlasa da, Şərqin aydın, işıqlı havasından, isti səhra küləyindən, zəngin dağlarından daha çox insan faktoruna əhəmiyyət verdiyini görürük. Avropa «Hər kəs özü üçün” -  anlayışıyla yaşasa da laqeydlikdən uzaqdır və bu onların filmlərində də öz əksini tapır. 

Davamı →

Ruslan Mollayev "Ərini gözləyən qadın" hekayə

Sevib ailə qurmuşdular, saatlarla sevişib, bir — birindən ayrı qala bilməyən cütlüklərdən idilər. Sonra necəsə oldu, o, getdi və qadın  pəncərə önündə dayanıb ərini gözləməyə başladı. 
Bayırda möhkəm payız yağışı yağırdı. Mətbəxdə boş masanın üzərində, gözünü bir nöqtəyə zilləyib şəhadət barmağı ilə rəsm çəkirmiş kimi, ehmalca gəzdirdi.
Buruq tünd qəhvəyi uzun saçları xalatının yarıaçıq qalmış yaxasından döşlərinin üstünə tökülmüşdü.  Yumru hamar üzü, şabalıdı iri gözləri, yetişmiş xurmanı xatırladan dodaqları vardı. Bədən quruluşunun iriliyindən amazon qadınlarını xatırladırdı. Gözünü qırpanda kipriklərinin bir birinə toxunması isə zərifliyindən, həssaslığından xəbər verirdi.

Davamı →

Ruslan Mollayev "Cəfa" hekayə

Beli divara tam  dəyməsin deyə, əllərinə söykənib danışırdı.  Başının üstündəki balaca dəmir barmaqlıqdan havanın yavaş-yavaş açıldığı görünürdü. Uzaqdan  əsgərlərin ayaq  səslərinin eşidilməsi səhər düzülüşünün keçirilməsindən xəbər verirdi. 

Gecədən dil boğaza sığmayan kamera yoldaşımın dediklərinə hərdən qulaq asır, hərdən isə bu otaq haqqında düşünürəm. Soyuqdur. Oturmağa, yatmağa yer yoxdur. Səs divarlardan içəri  girsə də, deyilənə görə, çölə çıxmır.  Qarşımdakı isə elə hey danışmaqdadır. Heç adını da soruşmamışam. Danışığından belə başa düşürəm ki, ya iblisi  təbliğ edir, ya da hər an çağırılıb aparılacağını bildiyi üçün danışmağın həzzini yaşayır.  


Davamı →