Facebook aforizmləri

Ortaq dostunu göstər, deyim sən kimsən…

Komment gələn yerdən layk əsirgəməzlər.

Parolumu vermişdim sənə bir zaman, paroldan qiymətli de nə verəydim?

Açaram inboxu, tökərəm… sandığı…

Təmiz inbox yoxdu, hələ kirlənməmiş inbox var... 
Davamı →

Tanrım

Bəlkə biz səni görmədiyimiz kimi sən də bizi görmürsən, İlahi, şəkk eləmə, biz varıq, hamımız günahkarıq, bəlkə də, amma inan ki, hamımız çarəsizik...

Əlimdə altıqoşam ölür, vaxt bitmək üzrə, tanrım, soruşmaq ayıb olmasın, kimin əlinə oynayırsan?!

Allahım, öz “əsərini” oxunaqlı etmək xatirinə, müsbət qəhrəmanlarını çərlədib öldürmək şöhrətpərəst yazıçıların işidir.

Bəsdi, az sorğu-sual et, İlahi, günahım yoxdu. Cəzamı ver, çıxım gedim, sənin növbən uzundu, mənim vaxtım yoxdu…
Davamı →

18+

  • Esse
And olsun avtobus sürücülərinin pozulmuş əsəblərinə ki… Lənət şeytana. Bu axmaq cümləni heç cür beynimdən çıxara bilmirdim. Avtobusdaydım, önümdəki güzgüdən sürücünün turşumuş sifəti bütün cizgiləriylə görünürdü. O hələ ki, astadan öz-özünə danışır, deyinməyə təzəcə başlayırdı. Amma bir azdan sərnişinlərin arasından da sinirləri gərilmiş biri tapılacaq, dava qopacaq, mənfi enerji ətrafa yayılacaqdı.

Deməli, qarşıdurma qaçılmazdı. Sürücüylə sərnişin, həkimlə pasient, müəllimlə şagird, polislə vətəndaş arasında.
Davamı →

Ağrıkəsici | Səhər Əhməd

Aptekə girməyiylə çixmağı bir oldu. Sürücü maşına söykənib siqaret yandırırdı, onu görəndə duruxdu:
— Nə oldu?
— Burda növbədi, başqasına gedək.
— Bu gün rayonda bütün apteklər belə olacaq.
— Hardan bilirsiz?,- ironiyayla sürücüyə baxdı.
— Çünki bu gün pensiyalar gəlib.
Davamı →

Susmuş qəzəb

  • Esse
Sevginizi və ya qəzəbinizi kontrol (ört-basdır) eləməyə çox da əmək sərf eləməyin. Bütün hisslərin sözlə ifadə olunmaq azadlığı, hətta hüququ var. Məsələn, sözlə ifadə olunmuş (təbii ki, əxlaq çərçivəsində) qəzəb artıq xərclənmiş enerjidir, sönmüş vulkan kimi zərərsizləşdirilib. Əksinə, hansısa səbəbdən “içəri atılmış” qəzəb isə potensial nifrətdən, intiqam hissindən başqa bir şey deyil.

Yəqin ki, onlarla adda “susmuş qəzəb” növləri mövcuddur, mən bu gün sizə yalnız ikisindən – təbii ki, özümə daha çox aydın olanından danışacam. 
Davamı →

Sözlə əməl arasında

  • Esse
Nitşse deyir: “Xeyirxah kimdir? Xeyirxah hünərli olandır”. (Bu fikri yaddaşınızda əlçatan bir yerə qoyun, bir azdan mənə lazım olacaq).

Bəs hünərli olan kimdir, yəni bununçün konkret nə tələb olunur, bax məsələ budur, ən azından mənim sizə demək istədiyim məsələ. Keçən dəfəki yazıda hisslərin sözlə ifadəsindən danışmışdıq, bu gün daha sonrakı prosesə keçəcəyik, sözlərin əmələ çevrilməsinə.

Duyğular sözlə ifadə olunmaq istədiyi kimi, sözlərin də əməllə isbata ehtiyacı var və hətta bu ehtiyac birincidən daha çox və daha vacibdir, ruhun var olmaq üçün materiyaya ehtiyacı olduğu kimi... 
Davamı →

Ananı bağışla, oğlum!

ana və ogulGözlərini açmayıb hələ, yuxuda sayıqlayırmış kimi qırıq-qırıq, amma təlaşla soruşur: 
— Ana, sabah məktəbdi, ana? 
— Hə. 
— Iııı, ahəng qanununu öyrənməliyəm, ahəng… qanun...-və mışıldamağa davam edir. 

Səkkiz yaşlı uşağı bayram tətilində, sabahın şirin yuxusunun içində “ahəng qanun”u haqda düşündürən insafsız həyat. ...Eh, oğlum, kaş sənə “Ahəng qanunu da başqa qanunlar kimi mənasızdı, öyrənmə onu, rahat yat, uşaqlığını yaşa”-deyə bilsəydim...

Deyə bilmərəm, lənət olsun! Deyə bilmərəm, çünki mən təkcə sənin anan deyiləm, həm də başqa uşaqların müəllimiyəm, neçə illərdi, bu ahəng qanununu xalqın uşaqlarına tədris eləyən adamam. Və çox gözəl anlayıram ki, bu dünyada ahəng qanuna tabe olmayan o qədər dillər var ki, o qanundan xəbərsizdi, heç bir problemləri də olmur. Mən bu həqiqəti xalqın uşaqlarına deyə bilmirəmsə, sənə heç deyə bilmərəm, yavrum.
Davamı →