Kompyüterin dəriyə zərərinin qarşısını necə almalı???


Dəridə vaxtından əvvəl yaranmağa başlayan qırışlar, solğunluq «kompyuter hücumu»nun ilk göstəricilərindəndir.

Mütəxəssislər bundan qorunmağın bir neçə yolunun olduğunu bildirir…

Ardı

Siqaretin "Xeyirləri"

Siqaretin Xeyirləri:) 

— Siqaret çəkəni it qapmaz; çünki yanında çəlik daşıyır. 
— Evinə oğru girməz, çünki səhərə kimi öskürür. 
— Üzərinə ağcaqanad qonmaz; çünki nikotin iyi verir. 
— Çox yorulmaz; çünki yorulanda təngnəfəs olacağını bilir. 
— Yerimək üçün çətinlik çəkməz; çünki təkərli stulda gəzdirilir. 
— Qocalmaz; çünki gənc yaşında «sevdiklərinə» qovuşar.
— Üzlərinə rəng gələr, çünki dişləri və bığları sapsarı olar.  
— Bədənləri quş kimi yüngülləşər; çünki zaman keçdikcə orqanizmin çökməsi səbəbindən əvvəl barmaqları, sonra da əl və ayaqları kəsilər.

Daim formada qalmaq istəyənlər üçün

Yay fəslinin ən böyük problemlərindən biri artıq çəkidir. Artıq çəkidən azad olmaq üçün saysız hesabsız pəhrizlər, hərəkətlər, idman və s. var. Ancaq bütün bunları yerinə yetirmək uzun müddət vaxt və səbr tələb edir. Artıq çəkidən azad olmaq üçün vaxtında görülən kiçik tədbirlər isə sizi bu problemdən azad edə və hər fəslin, xüsusilə yayın kefini çıxarmağa imkan verə bilər. Bu addımlar sayəsində siz daima formada qala biləcəksiniz.

1.Porsiyaları kiçildin
Qadağan olunan şeylər insanları cəlb edir. Özünüzə qadağalar qoymaq yerinə hər şeydən az-az dadın. Bununla da sizdə məhrumiyyət duyğusu yaranmayacaq və artıq çəkidən azad olmaq üçün stimul yaranacaq.

Ardı

Uzunömürlülük

Uzunömürlülük problemi, daha doğrusu, insan ömrünün artırılması 2 məsələni nəzərdə tutur. I məsələ taktiki adlandırılan məsələni bu gün həll etmək lazımdır; bu insanların çoxuna təbiət tərəfindən təyin olunmuş həddə qədər yaşamağa imkan verə bilər. II məsələ — strateji məsələ, indi yox, gələcəkdə həll olunmalıdır — bu məsələ bu həddi irəli çəkmədə təbiətin özündə dəyişiklik etməkdən ibarətdir.
İnsan ömrünün həddini nə hesab etmək olar? Bəlkə diqqətimizi uzunömürlülük üzrə "çempion" 168 il yaşamış Şirəli Müslümova cəlb etməliyik? Xeyr, alimlər hesab edirlər ki, bu düzgün olmazdı. Ona görə yox ki, qocalar öz yaşlarının təyin olunmasına çalışırlar. Məsələ burasındadır ki, bu cür «uzunömürlülük» çox nadir hadisədir, çünki 130-150 yaşına çatmış insanlara milyon illər ərzində nadir hallarda rast gəlinir. Burada təsadüfi faktorların təsiri də ola bilər, yaxud bu sadəcə «təbiətin səhvi» ola bilər. Bir çox alimlər, həmçinin uzunömürlülük problemi ilə məşğul olan məşhur tədqiqatçı İ.V.Davidovski insan ömrünün həddinin 100-110 il olduğunu hesab edir. Digər xarici və vətən alimləri bu həddin 90-100 il olduğunu qeyd edirlər.



Ardı