Bir atəş — bir ölü əsgər - Simo Häyhä

Fin Simo Hyayuhya  (Simo Häyhä) tarixin ən yaxşı snayperlərindən biri hesab olunur. 75 il əvvəl başlayan sovet-fin müharibəsinin gedişində o, 500-dən çox Qırmızı Ordu əsgərini güllələyib. Simo Hyayuhya işə hələ günəşin ilk şüalarının görünməsindən çox əvvəl hazırlaşırdı. Fin atıcı patronları bir-bir yoxlayır, bundan sonra səliqə ilə tüfəngin sandıqçasına yerləşdirirdi. Sandıqça dolanda Simo hər şeyi bir daha yoxlayırdı. Axı cəmi bir səhv onun sonunu gətirə bilərdi. Lakin hər şey planlaşdırıldığı kimi gedirdi. O, başqalarına ölüm gətirirdi.   Finlərin fikrincə, Simo qəhrəmandır. 1939-cu il, avqustun 24-də Hitlerlə Stalin arasında qarşılıqlı hücum etməmə haqqında müqavilə bağlananda və Almaniya ilə SSRİ müttəfiq olanda Finlandiya SSRİ-nin maraq sferasına daxil idi. 1939-cu il, noyabrın 30-da Qırmızı Ordu Finlandiyaya hücuma keçdi. Qış müharibəsi qısamüddətli və qanlı oldu. Qoşunların sayına görə ümidsiz şəkildə geridə olan Finlandiya  sovet əsgərlərinin hücumunu dayandırmaq üçün Simo kimi əsgərlərə ümid edə bilərdi. Simo onlar üçün ağ ölüm idi. Demək olar ki, 100 gün ərzində — müharibənin gedişində o, heç bir snayperin öldürə bilmədiyi qədər əsgər öldürmüşdü.
Ardı →