Sofi Loren haqqında

Heykəltaraşlıq arzusundan aktrisalığa…
Cina Lollobridcida 4 iyul 1927-ci ildə İtaliyanın Subyako şəhərində yerləşən Latsio rayonunda doğulub. Onun atası dülgər, anası isə evdar qadın olub. Ailədə Cinanın özündən başqa daha üç bacısı da vardı. Culiana, Fernando və Mariya. Cinanın uşaqlığı çox çətin illərə təsadüf edib. Həddindən artıq kasıblıq çəkən ailə başçısı daha yaxşı iş tapıb ailəsini dolandıra bilməkdən ötrü Romanın yaxınlığındakı şəhərə köçməli olur. Həmin ərəfədə Cinanın bacılarından biri çəkiliş meydançalarına gedərək orda kiçik rəsmlər və karikaturalar çəkib sonra küçələrdə satmağa başlayır.

Davamı →

Sofi Lorenin gözəllik sirri

Dünya kinosunun əfsanəsi Sofi Loren gəncliyinin və gözəlliyinin sirlərini bölüşüb.

84 yaşlı Sofi öz təravətini əsasən pozitivliyinə borclu olduğunu bildirib.

Canlı əfsanə hesab edir ki, cazibədarlığın ən başlıca sirri xoş əhval-ruhiyyədir. «Mən hər zaman pozitiv düşünməyə çalışıram. Məni çox nadir hallarda kədərli və bədbin görə bilərsiniz. Başqalarında xoş təəssürat oyatmaq istəyirsinizsə, həyatın hər anından zövq alaraq yaşayın.
Davamı →

Sofi Loren

«Belə bir həyatda yaşamaq bu körpənin nəyinə lazımdır? Onu bu həyatda əzab və məhrumiyyətlərdən başqa heç nə gözləmir». Bu sözləri ona uşaqlığı yanında keçən qapı qonşuları deyirdi. Axı, dəniz kənarında yerləşən köhnə dar bir daxmada hansı xoşbəxtliklərdən danışmaq olardı ki?! 1934-cü il sentyabrında Romada yoxsullar üçün nəzərdə tutulmuş xəstəxanada dünyaya gələn Sofiya Şikollone sonradan məşhur aktrisa, gözəlliyi ilə dünyanı valeh edən Sofi Lorenə çevrilir.

O, mühəndis Ricardo Şikollone və fortepiano müəlliməsi, üstəlik uğursuzluğun qarabaqara izlədiyi əyalət aktrisası Romilda Villanin qanunsuz qızıdır. Sofiyanın səyyar teatr aktyoru olan atası daim arvadı və uşaqlarına qayğı göstərməkdən bezərək ən «doğru» addımı atır və köməksiz ailəsini atıb gedir. Anası ilə Sofiya və kiçik bacısı həyatın ən yoxsul və zalım üzünü görürlər. Onlara baş çəkən qonşu hər dəfə Sofiyaya baxanda «Nə olaydı bu qız öləydi. Belə yoxsul dünyada yaşamaq nəyinə lazımdır axı?» — deyirdi.
Davamı →