Azərbaycan-Türkiyə şeiri | Bəxtiyar Vahabzadə
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İkinci Dünya müharibəsində hər iki tərəfin cəhdlərinə baxmayaraq, Türkiyə bitərəf qaldı. 1945-ci ilin fevralında Türkiyə Almaniya və Yaponiyaya müharibə elan etdi. Yaranması nəzərdə tutulan BMT-yə üzv qəbul edilmək üçün bu addımın atılması əsas şərt idi. Lakin bu dövrdə Türkiyənin beynəlxalq vəziyyəti çətin idi. Belə ki 1945-ci ilin martında SSRİ Türkiyəyə ərazi iddiaları irəli sürmüşdü. Ona görə də Türkiyə SSRİ-nin təcavüz təhlükəsinə qarşı ABŞ-la yaxınlaşmağa məcbur idi. Trumen doktrinası və Marşall planına əsasən, ABŞ Türkiyəyə hərbi-iqtisadi yardım göstərdi.
Birinci Dünya müharibəsindən sonra Osmanlı dövləti bir dövlət kimi yox olmaq təhlükəsi qarşısında qalsa da, türk xalqının azadlıq mübarizəsi nəticəsində Türkiyə Respublikası quruldu. Bu dövlətin yaradıcısı sayılan Atatürkün ölkədə yeritdiyi Qərbə meyilli siyasət nəticəsində qısa müddət ərzində geridəqalmış yarımfeodal dövlət üzərində müasir Türkiyənin təməli qoyuldu.
Birinci Dünya müharibəsi Osmanlı dövlətinin dağılması ilə nəticələnərək türk xalqını milli faciə qarşısında qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığına görə sultan hökuməti Antanta dövlətləri qarşısında təslim oldu.
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.
Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.
Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunmuşdur. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O,klassik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.
Türkiyənin yeni prezidenti Rəcəb Tayib Ərdoğanın “1-ci Latına Amerika Ölkələri Müsəlman Dini Liderlərin Zirvəsində” çıxışı zamanı söylədiyi ifadələr qısa bir müddətdə dünya meydyasının gündəminə oturdu. Onun “Amerikanı Xristofor Kolumbdan əvvəl Müsəlmanlar kəşf etmişdir” ifadəsi İspaniyada müsbət qarşılanmadı. İspanlar türk lideri gerçəklərdən uzaq olmaqda günahlandırdı və söylədiyi bu qeyri–adi iddianı sübut etməyə çağırdı.
Ərdoğan qeyd edir ki, Xristofor Kolumb öz gündəliyində Kubada yerləşən dağın zirvəsində məscid gördüyünü yazmışdır. Bu isə göstərir ki, müsalman dənizçilər Amerika qitəsinə 300 il əvvəl çatmışdır. Ərdoğan çıxışında bu fakta əsaslanaraq Latın Amerikası ilə İslam Dünyası arasındakı əlaqələrin təməlinin 12-ci əsrə dayandığını söyləyir. O qeyd edir ki, “Amerika qitəsinin Kolumb tərəfindən 1492-ci ildə kəşf edildiyi məlumdur. Lakin bu faktdır ki, müsəlman dənizçilər Amerikaya 314 il qabaq, 1178-ci ildə çatmışlar”. Ərdoğan bu barədə Kubadakı vətəndaşlar ilə söhbət etmək istədiyini vurğulayır. “Yəqin ki, o məscid bu gündə o dağın zirvəsində mükəmməl şəkildə qalmaqdadır” — deyə Ərdoğan əlavə edir.
Ölkə iqtisadiyyatı son 80 il ərzində neft və qaz sənayesi sayəsində daha da inkişaf edib. Ancaq ölkə iqtisadiyyatının neftən asılı halda olması heç də yaxşı hal deyil, buna Hollandiyada baş vermiş «Dutch Disease» Hollan sindiromunu göstərmək olar. Dünyanın 10 ən zəngin müsəlman ölkələri siyahısında olan dövlətlərin çoxunun esas gəlirlərini neftdən gələn gəlirləri təşkil edir. Bundan başqa ölkədə adambaşına düşən ümumdaxili məhsulun (ÜDM) yüksək olması həmin ölkənin dünya bazarının mühüm iştirakçısı olması deməkdir.
Qətər
Fars körfəzi ölkələri 1,7 milyon əhali ilə dünyanın ən zəngin ölkələri reytinqinə başçılıq edir. Qətərdə 2011-ci ildə adambaşına düşən orta ÜDM-in həcmi 88 min 919 dollar olub. Burada fəal inkişafın əsas mənbəyi təbii qaz, neft və neft məhsulları istehsalı və ixracatının durmadan artmasıdır.
Bildirək ki, futbol üzrə 2022-ci ilin dünya çempionatının keçiriləcəyi Qətər, həmçinin 2020-ci ilin Olimpiya oyunlarının ev sahibliyinə namizədliyini irəli sürüb.