Taqorun uşaqlıq illəri

Rabindranath TagoreƏdəbiyyat üzrə Nobel mükafatlı hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadim Rabindranat Taqor həm də Hindistan və Banqladeşin milli himnlərinin müəllifidir. O, Asiya qitəsinin ilk Nobel mükafatı laureatıdır. Filosof Taqor 70 yaşının astanasında özünü rəssam kimi də sınayıb və digər sahələrdə olduğu kimi, burada da uğur qazanıb. Onun rəsm əsərlərindən ibarət sərgi Nyu-York, Paris Moskva və Berlində nümayiş etdirilib. Bəstəkar kimi isə iki mindən çox nəğmənin müəllifidir.

Rabindranat Taqor Kəlkütdə varlı ailədə dünyaya göz açıb. Atası Hindistanın sayılıb-seçilən adamlarından olub. Taqorun uşaqlıq illəri xidmətçilərin nəzarəti altında, ciddi rejimdə keçib. O, öz uşaqlıq illərini xatirələrində belə əks etdirib: 

Uşaqlıqda biz, demək olar ki, bəzək-düzəyin nə olduğunu bilmirdik. O vaxtlar yaşayış indikinə görə daha təvazökar keçirdi. Əgər siz o zaman bir centlmenin necə yaşadığını indi görsəydiniz, onunla hər hansı bir əlaqə saxlamağa utanardınız. Bu, o zamanın xüsusiyyəti idi. Bizim evin xüsusiyyəti də ondan ibarət idi ki, bizdə ümumiyyətlə, uşaqlara bir o qədər də xüsusi diqqət yetirmirdilər...

Bizə qulluqçular ağalıq edirdi. Onlar öz vəzifələrini yüngülləşdirmək üçün sadəcə olaraq, bizi heç tərpənməyə belə qoymurdular. Lakin bizim əl-qolumuzu bağlayan zəncirlər nə qədər ağır olsa da, evdə bizə xüsusi diqqətin olmamasının özü bizim üçün böyük bir azadlıq idi, bunun sayəsində bizim ruhumuz da azad idi…
Ardı →