Dahi Tolstoydan mənalı kəlamlar | Tolstoy sözləri

 

Və əgər birini sevirsənsə, onu sənin istədiyin kimi deyil, olduğu kimi qəbul edib bütünlüklə sevirsən.

Lev Tolstoy

 

  • Gözləməyi bacaran adam üçün hər şey öz vaxtında gəlir...
  • Səbr və vaxtdan qüvvətli əsgər yoxdur.
  • Heç kim öz var-dövlətindən razı deyil, ancaq hamı öz ağlından razıdır.
  • Sevgi ilə məharət bir araya gələndə, sənət incisi yaranar.
  • Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir. -Lev Tolstoy
  •  Mən Allaha inanıram. Onu hər şeyin başlanğıcı, ruh və sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə.

Davamı →

Tostoy Şekspirə niyə nifrət edirdi?

Şekspir çoxları tərəfindən sevilsə də, onun yaradıcılığı heç də birmənalı qarşılanmır.
Üstəlik, bütün zamanların ən böyük dramaturqu kimi onun hakimiyyətinə meydan oxuyan, ən az Şekspir qədər məşhur yazıçılar da az deyil.
Üç illik qısa teatr tənqidçiliyindən sonra Corc Bernard Şou "Şekspirin fəlsəfəsinin boşluğuna" gözlərimizi açmağa borclu olduğunu hiss etdi. İngilis ədəbiyyatı alimi C.R.R. Tolkien də Şekspiri sevməyənlər arasında idi və onun bu mövqeyindən qorxurdular. Volter isə hər dəfə Şekspirdən söz düşəndə özünə hakim ola bilmirdi.

Davamı →

İnsanı Yaşadan Nədir? əsərindən mənalı sözlər | Lev Tolstoy


Dahi yazar L.N.Tolstoyun müəllifi olduğu "İnsanı Yaşadan Nədir?" əsərində 5 hekayə yer alır. Bu hekayələr insanın həyatdakı qayə və vəzifələrinə, qarşısıalınmaz güc olan sevgiyə, fitrətindəki işığa, eyni zamanda tamah və gözütoxluq, qəzəb və şəfqət kimi ziddiyyətli xüsusiyyətlərə yenidən nəzər salmağımızı təmin edir. Buradakı hekayələrin hər biri sizi fərqli dünyalara götürəcək, ağlınızı, ruhunuzu və qəlbinizi aydınladacaq, bəzən vicdanınızla üz-üzə qoyacaq, bəzən isə içinizdə kilidlənmiş qapıları açıb yaxınınızın, qonşunuzun qapısını döyməyə vasitə olacaq gücdədir.

  • Kimin canında sevgi varsa, Tanrı onun qəlbindədir. Çünki Tanrı — elə sevgi deməkdir.

  • Anladım ki insan sevgi ile yaşayır...

  • Çünki əslində, Yaradan elə sevginin özü imiş...


Davamı →

Hərb və Sülhdə Tolstoyun düşüncələri və 1812-ci ili xatırladan müasir qlobal siyasət

  • Esse
Lev Tolstoyun “Hərb və Sülh”ü indiyədək yazılmış ən yaxşı müharibə romanı hesab olunur. Əhatəli olaraq, 1800-dən çox səhifədə o həm döyüş meydanı, həm də arxa cəbhədə Napoleon müharibələri zamanı Rusiyanın geniş panoramını təqdim edir.
Bəzən Tolstoy aparıcı qəhrəmanların böyük mənzərə və astagəl psixoloji portretləri arasındakı “get-gəl”lərlə diqqətimizi bir mətləbdən digərinə yönəldir.

Davamı →

Anna Karenina və Tütçevin məhəbbət lirikası

L.N.Tolstoyun sözlərinə görə, onlar Fyodor Tütçevlə (1803–1873) həyatda ən uzağı on dəfə görüşə biliblər. Amma daxili, mənəvi doğmalıqları  iki dahi insanı bir-birinə möhkəm bağlamışdı. Tolstoyla Tütçevin son görüşü şairin ölümündən iki il əvvəl  1871-ci ilin avqustunda, qatarda olub. N.N.Straxova (rus filosofu, publisist, ədəbi tənqidçi – 1828–1896) yazdığı məktubunda bu təsadüfi görüşü təsvir edən Tolstoy etiraf edir: «Mən Sizdən və ondan başqa eyni cür düşündüyüm və eyni cür hiss etdiyim başqa bir adam tanımıram».

Davamı →

Ağlın toxluğundan qəlbin aclığına

  • Esse
Anna Karenina və ovçu
Biz gülə qulluq edirik, su veririk ki, o, tez böyüsün və gəlib bizim arzuladığımız gözəlliyinə çatsın. Gülün ən gözəl vaxtı qönçəliyindədir, çünki qönçəlikdə gözəllikdən daha möhtəşəm olan həm gözəllik, həm də gözəllik ümidi var. Ancaq elə ki, gül böyüyür, pardaqlanıb açılır, ləçəkləri irilənir, nədənsə onun gözəlliyində bir vəhşilik peyda olur. O vaxtdan başlayaraq bizim gülə ümidsizliyimizin əsası qoyulur. Biz o gülün daha pis hala qalacağını, solacağını düşünürük. Beləcə, gül solmamışdan öncə bizim ona olan ümidimiz solur... 

Vronski Annanın arxasınca Moskvadan gələndə daha xoşbəxt idi, nəinki onunla birgə günlər keçirəndə. Çünki Anna öz dərdindən xarab olmuşdu – enlənmişdi, üzündəki qırışlar dərinləşmişdi, əvvəlki gözəlliyini anbaan itirməkdə idi.
Davamı →

Tolstoy Şekspiri niyə məğlub edə bilmədi?

Ötən həftə incəsənətlə təbliğatı biri-birindən ayırmağın, az qala, mümkün olmadığından danışmış və bunu da qeyd etmişdim ki, “sırf” bədii dəyərləndirmə, zəruri şəkildə, əxlaqi, siyasi və ya dini baxışlarla asılılıqdan doğulan qənaətlərlə qarışmalı olur. Son on ildəki kimi fəlakətli dövrlərdə, bu cür dərin və çox vaxt şüurlu şəkildə dərk edilməyən asılılıqlar, bu və ya başqa formada, konkret şüurlu fəaliyyətə yönəlir.

Tənqidçilər, indi çox vaxt, zahiri tərəfsizlik görüntüsü yaradaraq, daha çox müəyyən konkret mövqe tutmağa yönəlirlər. Ancaq buradan belə bir nəticə çıxarmağa dəyməz ki, guya bədii dəyərləndirmə deyilən bir hadisə ümumiyyətlə mövcud deyil və istənilən incəsənət əsəri, sadəcə və sadəcə, siyasi traktatdır və onu buna uyğun olaraq dəyərləndirmək tələb edilir. Əgər biz bu cür mühakimə yürütsək, onda dalana dirənəcək və incəsənətin çoxlu sayda böyük və aydın faktlarını izah edə bilməyəcəyik. Əyani misal olaraq mən, əxlaqi və qeyri-estetik, daha dəqiq desək, antiestetik tənqidi nümunələrin tarixindən ən böyük bir hadisəyə diqqət yetirməyi təklif edirəm – bu, Tolstoyun Şekspir haqqında məqaləsidir.
Davamı →

Lev Tolstoy Nikolayeviç

Dünya ədəbiyyatına iki nəhəng roman bəxş etməyinə baxmayaraq, ömür yolunda baş verən mənəvi dəyişiklik dövrünə qədər Lev Nikolayeviç Tolstoy adi rus zadəganlarından biri kimi yaşamışdı. Öz həyat tərzini belə təsvir edirdi:

“Müharibədə adam öldürmüşəm, öldürmək üçün duelə adam çağırmışam, kartda uduzmuşam, kəndlilərin qazandığına şərik olmuşam, onları cəzalandırmışam, əxlaqsızlıq eləmişəm, yalan danışmışam. İnsanları aldatmaq, oğurluq, zinanın bütün növləri, sərxoşluq, zorakılıq, qətl… Əlimi bulamadığım elə bir cinayət yoxdur…”[1]

Şübhəsiz ki, belə həyat tərzi bir çoxlarına maraqlı və dolğun görünə bilər, amma incə ruhlu Tolstoy üçün bu, ağır yük idi. O, kəndliləri vurub öldürməkdən, onların dul arvadlarını zorlamaqdan üstün bir şey istəyirdi. Və… axtardığını tapmaqdan ötrü ömrünün yarısını sərf etmişdi.
Davamı →

Şəhvət yoxsa eşq?

  • Sevgi
Bir ürəkdə iki sevgi ola bilərmi? Lev Tolstoyun “İblis” povestini oxuyandan sonra bu mövzuda yazmaq qərarına gəldim.

“Dirilmə” romanını oxuyanlar xatırlayar, Nexlyudov qulluqçu qız Katyuşanın həyatını məhv etdikdən sonra uzun müddət günah hissi ona əzab verir. Ona elə gəlir ki, Katyuşanın başına gələn bütün bəlalara görə o, günahkardır. Atasından miras qalmış malikanəni kəndlilərə bağışlamaq fikriylə yaşayan bu gəncin daxilində iki hiss daim mübarizədə idi — şeytani hiss və mənəvi hiss. Şeytani hiss insanı həmişə günaha sürükləyir. Amma adına şeytani dediyimiz bu hiss əslində şəhvani hissdir. Bu hiss insana xas olan bir hissdir. Biz o hissə tabe olanda bunun adını günah qoyuruq.
Davamı →

Lev Tolstoy

Böyük rus yazıçısı və mütəfəkkiri qraf Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. O, böyük zadəgan ailəsinin 4-cü uşağı olub. Valideynlərini tez itirdikləri üçün onu bacı və qardaşları ilə birlikdə ailənin uzaq qohumu T.A.Yerqolskaya tərbiyə edib. Buna baxmayaraq, Tolstoy uşaqlıq illərini həmişə ən xoş xatirələrlə xatırlayır: ailə əhvalatları, zadəgan malikanəsində həyatın ilk təəssüratları onun əsərləri üçün zəngin material olur və sonralar “Uşaqlıq” adlanan avtobioqrafik povestdə təsvir olunur. 

L.Tolstoyun 13 yaşı olanda ailəsi Kazana köçür. Gələcək yazıçı 1844-cü ildə Kazan Universitetinin fəlsəfə fakültəsinin Şərq dilləri bölməsinə daxil olur, sonralar hüquq fakültəsinə keçir.

Universitetdə oxumaq L.Tolstoy üçün darıxdırıcı olduğu üçün təhsilini yarımçıq qoyub və dağlılarla döyüşmək üçün 1951-ci ildə qardaşı Nikolayla bilrikdə Qafqaza yola düşür. Təxminən üç il Terek çayının sahilindəki kazak stanitsasında yaşayır, tez-tez Qızlar, Tiflis və Vladiqafqaza gedir, hərbi əməliyyatlarda iştirak edir. 
Davamı →