KİNO: Kapitan Fillips

Captain Phillips (2013)
Film real hadisələr əsasında lentə alınıb.
Rejissyor: Paul Greengrass
Ssenari: Kapitan Riçard Fillips, Billy Ray
Baş rollarda: Tom HanksBarkhad Abdi

"İndi iş tapmaq əvvəlki qədər asan deyil. İşəgötürənlər olduqca tələbkar olub, gələcəkdə iş tapmaq övladımız üçün çox çətin olacaq, o gərək indidən bu barədə düşünsün".

Dənizçi Riçard Filips ticarət gəmisinin kapitanıdır. Onun işi qiymətli konteynerlərlə yüklənmiş gəmini bir limandan digər limana idarə etməkdir. Nadir hallarda onun iş öhdəliklərinə əlavə maddələr əlavə olunur, lakin gəmini silahlı dəniz quldurlarından özbaşına müdafiə etmək onların arasında deyil.

Poster


Ardı →

Tom Hanks

  • Kino

Tom HanksTomas Ceffri “Tom” Henks – amerikalı aktyor, prodüser, yazıçı və rejissor. Fəaliyyətinə televiziyada başlayan Tom “Big” (Böyük) – 1988 filmi ilə uğurların başlanğıcını qoydu. “Philadelphia” (Filodelfiya) — (1993) filmi ilə “Oskar” alan aktyor növbəti il “Forrest Gump” (Forrest Qamp) ilə yenidən mükafata sahib çıxdı. Yüzlərlə mükafata namizəd olan Henks Hollivudun canlı əfsanələrindən sayılır. 
 İlk İllər: Tom Henks 9 iyul 1956-cı ildə Kaliforniyada, səyyar aşbaz Amos Mefford Henks və xəstəxana işçisi Canet Merilinin ailəsində dünyaya gəlib. Atası ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun uzaq qohumu idi. 1960-cı ildə valideynləri ayrıldı. Tom da daxil olmaqla ailənin üç uşağı atası ilə getdi, kiçik Cim Henks isə anası ilə qaldı. Sonradan onların hər ikisi evləndi. O, katolik kimi tərbiyə almışdı.

Tom “Chabot” kollecində teatr dərslərinə yazıldı və iki ildən sonra Kaliforniya Dövlət Universitetinə keçirildi. O, bu dövrü belə xatırlayırdı: “Səs-küyü sevən mənim kimi bir oğlan üçün aktyorluq dərsləri çox yaxşı yer idi. Vaxtımın çox hissəsini tamaşalarda keçirirdim. Sadəcə teatra gedir, bilet alır, auditoriyada oturur və tamaşanı izləyirdim. Bertold Brext, Tennessi Uilyams, Henrik İbsen kimi dramaturqların əsərlərinə çox baxmışam. Və aktyorluq mənim işimdir ”.

Karyera: 1979-cu ildə Henks Nyu-Yorka köçdü və növbəti il aşağı büdcəli “He Knows You're Alone” (O bilir sən təksən) filmi ilə kinoda debüt etdi. 1980-82-ci illərdə o “Bosom Buddies” (Yaxın Dostlar) serialında rol aldı. 1982-ci ildə “Happy Days” (Xoşbəxt Günlər) serialında qonaq aktyor kimi göründü. Bu serialda onu görən rejissor Ron Hovard Henksi 1984-cü ildə çəkdiyi və dəniz qızı və insanın sevgisindən bəhs edən “Splash” (Sıçrama) filminə dəvət etdi. Film kassa yığımında böyük uğur qazandı. Bir neçə serial və filmdən sonra 1988-ci ildə “Big” (Böyük) filmi ekranlara çıxdı. Film Henksi Hollivudun əsas aktyorları sırasına daxil etdi. O, “Ən Yaxşı Aktyor” kateqoriyasında ilk nominasiyasını aldı. Bu filmin ardınca Henksin bir neçə filmi kassada uğursuz oldu. Yalnız “Turner & Hooch” (Törner və Xuç)- (1989) filmi uğurlu alındı.
Ardı →