Vudi Allenin həyatdan öyrəndikləri

Qızlarım belə mənim antik olduğumu düşünür. Ancaq hər səhər hamıdan qabaq oyanıb onları məktəbə göndərən yenə də mənəm.

Yazmayan adamların başa düşmədiyi bircə şey var. Onlar elə bilirlər ki, biz qurduğumuz cümlələri şüurlu şəkildə yazırıq. Əslində isə bunu şüursuz edirik. Zarafat edərkən də əvvəldən düşünüb etmirəm. Eləcə zarafat edirəm və nə dediyimin həmin an fərqinə varıram. Sonra da gülürəm. Çünki bunu elə mən də birinci dəfədir eşidirəm özümdən.

Qorxu deyilən hiss olmasaydı, yaşaya bilməzdik.

Atam mənə üzümü qırxmağı da öyrətməyib, bunu bir taksi sürücüsündən öyrənmişəm. Amma atamın mənə öyrətdiyi ən mühüm şey odur ki, sağlamlığımız yoxdursa, deməli heç nəyimiz yoxdur. Dişin ağrıyırsa, boğazın qıcıqlanırsa, ürəyin bulanırsa, hətta daha pis şeylər varsa ortada, deməli həyatınızdakı hər şey bərbaddır.

Bol xardallı, sosiskalı sendviçi gözünüzün qabağına gətirin… Artıq belə şeylər yemirəm. Təxminən 45 ildir dilimə dəymir. Ləzzətli şeyləri yox, sağlam olan şeyləri yeyirəm.


Ardı →