Yunan şəhər-dövlətlərinin tənəzzülü

Yunan şəhər-dövlətləri arasında çoxlu qənimət ələ keçirmək, dəniz ticarətində üstünlük qazanmaq, qonşu dövlətləri özlərinə tabe etmək üçün rəqabət gedirdi. Bu rəqabət Yunanıstanın iki ən qüdrətli şəhər-dövləti Afina ilə Sparta arasında uzunsürən müharibəyə səbəb oldu. E.ə. 431-ci ildə başlanan müharibə kiçik fasilələrlə 404-cü ilə qədər davam etdi. Sparta qələbə çaldı. Bu müharibələr nəticəsində yunan şəhər-dövlətləri zəiflədi və sonralar qonşu Makedoniyanın hakimiyyəti altına düşdü.
Davamı →

Yunan—İran müharibələri

Aralıq dənizi və Qara dəniz sahillərində yunan şəhər-dövlətlərinin yaranması. Yunanlar vətənlərini Ellada, özlərini ellinlər adlandırırdılar. Onlar İon, Egey və Aralıq dənizlərinə, hətta uzaq Qara dəniz sahillərinə belə üzürdülər. Bu dəniz səfərlərinin nəticəsində e.ə. VIII—VI əsrlərdə Qafqazdan tutmuş İspaniyayadək olan dəniz sahillərində yunan koloniyaları meydana gəlmişdi. Torpağı əlindən alınmış kəndlilər, varlanmaq istəyən sənətkar və tacirlər, eləcə də doğma yerlərindən qaçmağa məcbur olan adamlar koloniyalarda məskunlaşırdılar. Milet şəhərinin Qara dəniz sahillərində Pantikapey, Olviya və Xersones kimi koloniyaları yaranmışdı.
Davamı →

Qədim yunan tarixi

Yunanıstanı üç dəniz — cənubdan Aralıq dənizi, qərbdən İon dənizi, şərqdən isə Egey dənizi əhatə edir.
Yunanıstan ərazisi üç hissəyə bölünmüşdür: Şimali, Orta və Cənubi Yunanıstan. Cənubi Yunanıstan həm də Peloponnes adlanırdı. Şimali Yunanıstanla Orta Yunanıstanı Fermopil keçidi birləşdirir. Orta Yunanıstanla Cənubi Yunanıstan arasında isə Korinf körfəzi yerləşir. Yunanıstanın cənubunda onun ən böyük adası olan Krit yerləşir.
Davamı →

Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri

İran-yunan müharibələri dövründə İranın məğlubiyyəti əslində Əhəmənilər imperiyasının süqutunun başlanğıcı idi. İrana tabe olan əyalətlərdə zülm, istibdad və məmurların özbaşınalığı yerli əhalinin İrana qarşı nifrət və üsyanlarının başlıca səbəbi idi… Makedoniyalı İsgəndərin Şərq yürüşü ərəfəsində dərin böhran keçirən İran dövləti dağılmaqda idi.
Əhəmənilərin sonuncu hökmdarlarından olan III Artakserks e.ə 338- ci ildə vəfat etdikdən sonra şahın varisləri arasında uzun müddət hakimiyyət uğrunda  mübarizə başlanır. Nəhayət e.ə 336-cı ildə III Dara Kodoman hakimiyyət başına keçir.
Uzun müddət davam edən hakimiyyət uğrunda  mübarizə, ümumi iqtisadi tənəzzül, İran ordusunun döyüş qabiliyyətinə son dərəcə ciddi mənfi təsir göstərmişdi. Onları  tayfa və xalqlardan təşkil olmuş, biri-biri ilə əlaqəsi olmayan, hərbi hazırlığı və nizam-intizamı son dərəcə zəif olan İran ordusunun başında duran sərkərdələr dəəksər hallarda hərbi işdən yaxşı baş çıxara bilmirdilər.


Ardı →

Qədim yunan polisləri arasında münasibətlər

Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi­siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.


Ardı →