Necə ağıllı bir uşaq böyütmək olar?

Uşaqlar elm insanı olaraq dünyaya gəlirlər. Çiçəkləri, yarpaqları qoparırlar. Daşları tərsinə çevirirlər. Hər zaman geniş  ölçüdə yox edici işlər görürlər. Əşyaları parçalara ayıraraq, təkrar onları birləşdirib, birləşdirə bilməyəcəyini öyrənmə istəyi kəşf etməyə cəhd göstərmə anlamına gəlir. Uşaqların da etdiyi məhz budur. Yetkin yaşlı elm insanı da əsla böyüməyən bir uşaqdır. Bir yetkin yaşlı elm insanının da etdiyi budur.

Davamı →

Ağıllı uşaq böyütməyin sirri

“Dallas Mavericks” basketbol komandasının sahibi və biznesmen Mark Kyuban (Mark Cuban) uşaqları pulla ərköyünləşdirməyin qəti əleyhinədir. O, hesab edir ki, uşaqlar bir şey istəyirsə, bir işə düzəlib özləri həmin şeyi almalıdırlar. Qeyd edək ki, 62 yaşlı milyarderin 10 yaşlı oğlu, 13 və 16 yaşında iki qızı var.
“Mən onlara deyirəm: sizin sağlamlığınızdan sonra mənim üçün ən vacibi odur ki, sizi axmaq adlandırmasınlar”, — “STEVE on Watch” şousunda Mark Kyuban məşhur komediyaçı Stiv Harviyə (Steve Harvey) uşaqları ilə ünsiyyət haqqında danışarkən vurğulayıb. “Mən sizə çek yazıb verən deyiləm. Siz kredit kartını da elə-belə almayacaqsınız. İstədiyiniz hər şeyi ala bilməzsiniz”.
Davamı →

Yaponların uşaqları dahiyə çevirən metodları

1. 4-cü sinfə qədər imtahan yoxdur
Yaponiyada 4-ci sinfə qədər şagirdlər imtahan vermir. Məktəblərdə müəllimlər uşaqların savadlarını ölçmək yerinə, ilk 3 il onun xarakterinin formalaşmasına, etiket qaydalarını öyrənməsinə daha çox önəm verir. Uşaqlara insanlara sayğı, təbiətə və heyvanlara sevgi, hamı ilə nəzakətli davranmağı, avtomobil qaydalarına əməl etmək, ədalət, səxavət, şəfqət, ünsiyyət qurmağın yolları və digər bu kimi müsbət keyfiyyətlər öyrədilir.

2. Akademik il 1 apreldə başlayır
Bir çox məktəb və universitetlərin sentyabrda başlamasına baxmayaraq, Yaponiyada akademik təqvim 1 apreldə, gilas ağaclarının çiçəkləndiyi dövrdə başlayır. Akademik il 3 semestrə bölünür: 1 aprel-20 iyul, 1 sentyabr-26 dekabr, 7 yanvaq-25 mart.
Davamı →

Ağıllı körpə üçün 7 məsləhət

  • Qadın
Alimlər müəyyən ediblər ki, uşaqların ağıllı və istedadlı olmalarının 50%-i genetik faktorlarla əlaqəlidirsə, digər yarı faizi kənar faktorlardan asılıdır.

1. Hamilə olarkən çoxlu nağıllar danışın
Körpənin dil inkişafı hamiləliyin son 3 ayında başlayır. O, həmin dövrdə səsləri eşidir və yaddaşına yazır. Bu səbəbdən çoxlu nağıllar oxuyun.

2. Aktiv olun
Daim hərəkətdə olmaq körpənizin də ana bətnində özünü yaxşı hiss etməsinə səbəb olur. Belə hamilələrin körpələrinin beynində neyronların sayı artır ki, bu da onların gələcəkdə öyrənmək bacarığını inkişaf etdirir.
Davamı →

Ağıllı uşaq yetişdirmək üçün məsləhətlər

Çox perfeksionist ya da əsassız davranmayın. Demokratik bir ailə olmağa çalışın.

Uşağınızda görmək istədiyiniz hərəkətləri özünüz də edin. Ona nümumə olun. Məsələn, kitab oxumasını istəyirsinizsə, siz də kitab oxuyun.

Uşaqa sərhədləri göstərin. Harda dayanması lazım olduğunu öyrədin. Ona istədiyi hər şeyi edə biləcəyini söyləməyin.

Uşaqlarınızı bir-biriləri ilə müqayisə etməyin. Uşaqları həmyaşıdları ya da bacı, qardaşları ilə müqayisə etməyin, hər kəsin özünə görə bir bacarığı olduğunu yaddan çıxartmayın.
Davamı →

Övladınız dahidirmi?

Hər hərəkətinin, hər sözünün ayrı bir anlamı varsa sizcə bu nəyin işarəsidir? Yoxsa balacanız dahi olmaq yolundamı addımlayır? Bir çox valideynlər uşağının digərlərindən bir addım öndə olduğunu düşünməyə meyilli olurlar.

“Bayaq nə dedi eşitdin?”, “bax necə şəkil şəkir?”, “gözlərindən sanki ağıl fışqırır”, “ bu uşaq axırda alim olacaq baxarsan” cümlələri bir çoxunuza yad deyil. Hər uşağın özəl olduğu və fərqli bacarıqlara malik olduğu bir həqiqətdir. Ancaq doğurdan da istedadlı olduğunu anlamaq üçün məktəb çağının başlaması lazımdır.
Davamı →