İmtahan həyəcanı və İmtahana hazırlıq

Məktəbli, tələbə, kursant, sürücü — hər kəs həyatında bir dəfə də olsa imtahanla qarşılaşır. Odur ki, imtahan həyacanı heç kimə yad deyil. İmtahan nə qədər əhəmiyyətlidirsə, həyacan bir o qədər çoxdur. Ali məktəblərə qəbul imtahanı kimi həyatımızda çox böyük əhəmiyyət kəsb edən imtahanlar da var. Növbəti təhsil ilinin sonu, qəbul imtahanına saylı günlərin qalması, eyin zamanda isti yay gərginliyi daha da artırıb. Xatırladım ki, gənclərin çiyninə, beyninə və əsəblərinə düşən bu gərginliyi götürməyə yalnız özləri qadirdir və 30 yaşından yuxarı çox az insan bu gərginliyə tab gətirə bilər. Bəs gənclərimiz imtahana qədər olan vaxtda özünə inam hissini və enerjini itirməmək üçün nə etməlidirlər?
Davamı →

Faydalı hazırlaşmaq!

Hazırlıq vaxtı-bir dəfə hazırlaşmaq üçün ayrılan vaxt ən az 45 dəqiqə ən çox isə 90 dəqiqə olmalıdır. Qısa aralar verərək edilən 1-2 saatlıq hazırlıq heç ara vermədən edilən 5 saatlıq hazırlıqdan daha faydalıdır. Əsas istifadə edilən vaxt deyil, o vaxtı necə dəyərləndirdiyindir. Hər gecə yatmamışdan əvvəl və hər səhər qalxdıqdan sonra 15-20 dəqiqə təkrar etməlisiniz. Bu, öyrəndiklərinizin möhkəmlənməsi üçün vacibdir.
Ardı →

Abituriyent necə uğur qazanar?

Uğur əldə etmək üçün sistemli və planlı olmaq lazımdır. Sistemli və planlı hazırlaşmağın ən yaxşı yolu, bir hazırlıq proqramına sahib olmaqdır. Tərtib etdiyiniz çalışma proqramının sizi qələbəyə aparması üçün əvvəlcə uğursuzluğa səbəb olan amilləri aradan qaldırmalısınız.
Bu mənfi amillər bunlardır.
• İlkin hazırlıq etməmək.
• Mövzunu tam qavramamaq.
• Dərsə qulaq asmamaq.
• Qeyd aparmamaq.
• Bilik bazasının azlığı.
• Mövzuları təkrar etməmək.
• Böyük adamlar heç bir işi yarımçıq qoymurlar.
Davamı →

İstədiyini əldə et

Geriyə boylananda” adlı bir yazı yerləşdirmişdim.  Əslində ordakı məğzdən yola çıxaraq çox misallar çəkmək olardı və bu gün burda yazacağım yazını da qısaca olaraq orda qeyd etmək olardı, amma istədim ki bunun barəsində ayrıca mövzu olsun. Belə ki, biz məktəb bitirərkən düşünürük ki, ali təhsil ocağına sənəd verək, imtahanlardan uğurlu nəticələr əldə edək və qəbul olaq. Çoxları artıq nəyi istədiklərini çox yaxşı bilirlər, çoxları isə yox. İkinci halda olanlar üçün əsas olan universitetə qəbul olmaqdır. Hansı qrupun, hansı sənətin olması önəmli deyil. Əsas odur ki, qəbul olsunlar. Özü də ən maraqlısı da budur ki, oxumayanlar bir yana, oxuyan uşaqlar içində də belə hallara çox rast gəlinir.

Qəbul olmama qorxusu, keçid balının çoxluğu, valideynin təkidi və ya indi hansı sahədə yaxşı pul var və s. səbəblərdən dolayı hara gəldi qəbul olmaq istəyirlər. 


Ardı →

Mütləq qəbul olmalısan

Ali və orta ixtisas təhsil ocaqlarına sənədlər verilib və imtahanlar da yaxınlaşmaqdadır. Sənəd verənlərimiz də çoxdur. Təsəvvür edirəm ki, indi uşaqlar necə hazırlaşırlar. Yəqin ki, çində hazırlaşmayanlar da var. Amma söhbət bunda deyil. Mənim yazımda söhbət hərlənib, fırlnıb valideyn övlad məsələsinə gəlib çıxır. Bu yerdə isə məsələ lap da dərindir. Belə ki, insan psixologiyası pozularsa insan heç bir yerdə uğur qazana bilmir. 

Valideyn övladını imtahana yolayaraq deyir: “Yaxşı, get sənə uğurlar, baxaa, orda fikrivi yayındırma, cavabların hamısını düzgün yaz, mütləq qəbul olmalısan, sənə illər ərzində nə qədər pul tökmüşük, müəllimlər tutmuşuq, bu əziyyəti yerə vurma, bizi el içində rüsvay eləmə! Onun-bunun uşaqları universitetə girə, sən girməyəsən, elə şey olar? Ürəyim partlayar. Bax aaa, qəbul olmasan sənə sərf olunan pullar, əziyyətlər hamısı haram olar, sən gərək qəbul olasan… Qəbul olmasan demək ki, il boyu oxumamısan, fikrin başqa yerlərdə olub, əgər girməsən sənin canıvı alaram! Bir dənə də səhv cavab yazma haa, di get, xoş xəbərlərlə gəl!” 


Ardı →