Adların menası

A

Abdullah — Allahın qulu

Adil — Ədalət, insaf

Amir — Öndə gedən, əmir, lider

Adıgözəl — elm, sənət, doğruluq

Afaq — Hündür, uca

Afət — Eşq, məhəbbət, sevgili

Aidə — Gəlir, mədaxil

Aişə — Yaşayan


Davamı →

Adımızın taleyimizə hansı təsiri var?

Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır
Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri böyük, bəziləri kiçik. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Çünki adların yarandığı hərflər hərəsi ayrılıqda bir məna daşıyır.

Hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm huruf adlanır. İnsan adının taleyinə təsiri mövzusu ilmi hurufun əsas istiqamətidir.

Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar «nomen est omen» yəni «adımız taleyimizdir» deyəcək qədər qəti bir inanca sahibdilər.
Davamı →

Adı nə olsun?

Siz də " Qoy hələ doğulsun, sonra bir ad taparıq" ,-deyənlərdənsinizmi? Təbii ki,sizə də, fikirlərinizə də böyük hörmətimiz var. Ancaq bunu unutmaq olmaz ki, uşağınıza verəcəyiniz ad həm mənası, həm də deyilişi ilə insanların qəbul edəcəyi, uşağınızın bu adı daşımaqdan qürur duyacağı bir ad olmalıdır. Çünki ad uşaq tərbiyəsində çox mühüm rolu olan, ruha birbaşa təsir edən bir amildir. Həm də ad qoymaq ata-ananın ilk və ən mühüm vəzifəsidir. Ona qoyacağınız ad lətifələrin, komik filmlərin mövzusu olmamalı, dostları, yoldaşları arasında istehza doğurmamalıdır.
Davamı →

Adınız sizə nə deyir?

“Adını mən qoydum, yaşını Allah versin”. Yəqin ki, bu ifadəni eşitməyən az adam tapılar. “Dədə Qorqud” dastanından sitat gətirməkdə məqsədimiz var. Deyirlər, körpəyə qoyulan ad gələcəkdə onun xarakterinin, hətta taleyinin formalaşmasına təsir edir. Məlumdur ki, insan doğulandan sonra, hətta hələ ana bətnində ikən onun valideynləri və yaxınları arasında gələcək körpənin adı ətrafında mübahisələr başlayır. Qız olsa,… oğlan olsa… Nəhayət, “Adı ilə böyüsün” deyibən, doğulan körpəni öz adı ilə çağırırlar.
Davamı →

Adınızın baş hərfinə uyğun sevgi

  • Sevgi
A — Sevgidə o qədər də romantik deyilsiniz! Hərəkətcil deyilsiniz. Flirt edəcək qədər səbirli deyilsiniz. Qürür hissləriniz daha çoxdur.

B — Hissiyatlı və romantik… əsl sizə görədir. Şam işığında yemək, ay işığında gəzmək və s. əsl sizə görədir. Sevgiliniz sizə hədiyyə almalıdır mütləq, çünki belə şeylərdən lap çox xoşunuz gəlir. Iradəniz güclüdür, amma sevginizi ifadə etmək qabiliyyəti qənaətbəxş deyil.

C — Son dərəcə sosialsınız. Sevgilinizin həmişə yanınızda olmasını istəyirsiniz. Hər adamla yola gedən deyilsiniz. Uzunmüddətl i əlaqələri xoşlayırsınız. Sədaqət sizin üçün hər şeydən üstün durur.
Ardı →