Ailədə "Sonun Başlanğıcı"

İngiltərədə nəşr olunan Daily Telegraph qəzeti mütəxəssislərin fikirlərini bir yerə toplayaraq Pis sonluğa gedən evliliyin əlamətlərini oxucularla paylaşdı. Mən də sizlərlə bölüşürəm.Mütəxəssislərə görə bir evliliyin sona doğru getməsinin 8 əlaməti: 
1: Yoldaşınız yatmağa getdiyində siz televizora baxırsınızsa, 
2: Biriniz yatarkən digəriniz yataqda kitab oxuyursa,
3: Nə olub? sualının cavabı «Heç» olursa,  
4: Çöldə görüşməmək üçün bəhanələr axtarırsınızsa, 
5: Yoldaşınız iş haqqında şikayət edərkən onun çətinliyini bölüşmək əvəzinə yenə də iş deyirsinizsə,  
6: Bir-birinizin ailəsini ziyarət etməkdən xoşlanmadığınızı deyirsinizsə,
7: Birlikdə televizora baxarkən sosial -çat təbiətli saytlara baxırsınızsa, 
8: Uşaqlar xaricində danışacaq movzu qalmamışdırsa,
Demək, Əlaqənizi nəzərdən keçirməyin vaxtı gəlib.

Evlilik Təklifi

Özünüzü videoya çəkin.
Kameranı qurub qarşısına əyləşin və sevgiliniz sanki qarşınızdaymış kimi ona olan hisslərinizi izah edin. Sözlərinizi «mənimlə evlənərsənmi?» sualıyla bitirin. Əmin olun bu onun çox xoşuna gələcəkdir.

Təyyarədə evlənmə təklifi.
Təyyarə ilə birlikdə bir yerə səyahət edərkən belə bir anons edildiyini düşünün: «Təyyarə hal-hazırda Bakıya yaxınlaşır və 5 dəqiqə sonra yerə enəcəyik. Bu vaxt „Günay, Polad səninlə evlənmək istəyir“deyə 1 anons eşitmək hər bir qızın xoşuna gələrdi.

Ardı

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.


Ardı

Problem bəlkə də bizdədir!

Adamın biri artıq arvadının əvvəlki qədər yaxşı eşitmədiyindən qorxurmuş və arvadının eşitmə cihazına ehtiyacı olduğunu düşünürmüş. Ona necə yaxınlaşması lazım olduğundan əmin deyilmiş. Bu vəziyyəti danışmaq üçün ailə həkimini axtarmış; həkim adamın arvadının nə qədər eşitdiyini anlaya bilməsi üçün sadə bir üsul təklif etmiş. 'Edəcəyin şey bu, arvadından 40 addım irəlidə dayan, normal bir səs tonuyla bir şey de; əgər eşitməsə 30 addım aralıda eyni şeyi təkrarla, sonra 20 addım; cavab alana qədər eyni şeyi təkrarla ' O axşam arvadı mətbəxdə axşam yeməyini hazırlayarkən adam həkimin dediyini etməyə başlamış.

Ardı

Həyat yoldaşı seçimi

Ailənin müvəffəqiyyətində ən təsirli addım həyat yoldaşı seçimində yetərincə diqqət göstərilməsi və araşdırma aparılmasıdır. Təcrübə göstərir ki, ailədə baş verən bir çox acılıqların səbəbi həmin bu mərhələdəki məlumatsızlıq və qəflətdir. Bəziləri yetərincə araşdırma aparmadan ailə həyatı qurur. Belələri uyğun sahədə səhlənkarlıqlarının acı nəticələrini düşünmədən həyat yoldaşı seçirlər. Qısa bir müddətdən sonra anlayırlar ki, onlar arasında düşüncə və əxlaq baxımından ciddi ziddiyyət mövcuddur. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə üzücü peşmançılığa düçar olurlar.
Ailənin müvəffəqiyyəti hər şeydən öncə həyat yoldaşının agahlıqla seçilməsi və bu seçimdə düzgün meyarlardan istifadə olunmasından asılıdır. Hələ ki, ailə həyatı qurmamış və ailə təcrübəsi olmayan bir kəs  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu dərk edə bilmir. Ailə qurduqdan sonra isə insan  bu seçimin nə dərəcədə əhəmiyyətli olduğunu anlayır.
Evlənmək istəyən şəxs hər şeydən öncə ailə həyatı qurmaqda məqsədin nə olduğunu və ailə həyatından nə istədiyini müəyyənləşdirməlidir. Müəyyənləşdirməlidir ki, məqsəd varlanmaq  və daha çox maddi ləzzət duymaqdır, yoxsa insani  və mənəvi dəyərləri qorumaqla sağlam ailə qurmaq?
İnsan  bu suala cavab verməklə öz həyat yolunu müəyyənləşdirir. Həyat yoldaşı seçimi də bu baxışdan asılıdır. Əgər yalnız maddi və zahiri məsələləri meyar götürsək  və bu əsasda seçim aparsaq  ailədən vəfa, səmimiyyət, fədakarlıq və məhəbbət intizarında olmamalıyıq.
Məlum məsələdir ki, uyğun dəyərlərə malik olmayan ailənin olmağındansa olmamağı yaxşıdır. Ciddi problemlərə rastlaşmış və qısa bir zamanda dağılan ailələrin əksəri  həmin bu növə aiddir. Yəni bu ailələrin dəyəri gerçək dəyərlər üzərində qurulmamışdır.

Təcrübədən məlum olur ki, bəzi gənclər ailə həyatı qurmağı ticarətlə səhv salırlar. Evlənməkdə məqsədi sərvət əldə etmək olanlar da var. Bəziləri də qarşı tərəfin yalnız zahiri gözəlliyini əsas götürür, düşüncə və şəxsiyyəti ilə maraqlanmırlar. Həyat yoldaşı seçimində qarşı tərəfin ictimai mövqeyini, peşəsini əsas götürənlər də var. Bu vaxt təbii ki, zəruri amillər nəzərdən qaçırılır. Bütün bu hallarda müştərək həyatın davamı problemə çevrilir .Ailələrə və ailə qurmaq fikrində olan gənclərə belə bir mühüm nöqtəni xatırlamaq lazım gəli ki, həyat yoldaşı seçimində gözüyumulu addım atmaqla öz gələcəklərini puça çıxarmasınlar.Çünki bu səhv addımın ardınca bir ömür peşmanlıq gəlir.

Mənbə: «GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR» kitabı.
Həmçinin bax:
Xoşbəxt ailə qurmaq
Böyük uşaqlar (hekayə)

Həyat yoxsa həbs yoldaşı?

Qadınla kişi bir ruhdan yaranıb və Allah qarşısında bərabərdirlər. Ailə həyatında da bütün işlər aralarında paylanır. Əks halda,normal ailədən söhbət gedə bilməz. Tez-tez eşidirsən ki,deyirlər, ailənin xoşbəxtliyi əsasən qadınlardan asılıdır. Bu bir həqiqətdir. Həqiqətən də qadından çox şey asılıdır.


O,GÖZƏL OLMALIDIRMI?
Hər bir normal kişi özünə xoşbəxt ailə arzulayır. Təbii ki, bunu təmin edə biləcək həyat yoldaşı istəyir. Danılmaz həqiqətdir ki, əksər kişilər qadında gözəllik axtarır: ancaq qızın əxlaq, mənəviyyat və müdrikliyinə də xüsusi önəm verilməlidir. Əlbəttə, qızın xarici görünüşü də əhəmiyyətlidir. Məhəmməd Peyğəmbər (s.ə.s) kişilərə evlənməmişdən öncə qadını görməyi tövsiyyə edib. Bir nəfər Peyğəmbərə bir qıza elçi göndərdiyini bildirdikdə, Allah rəsulu ona deyir: «Sən onu görmüsən?». Kişi onu görmədiyini söyləyəndə isə Peyğəmbərimiz (s.ə.s) deyir: «Onu gör! Çünki aranızda sevgi və uyğunluq olması xeyrinizədir».



Ardı

Kişini qadına bağlamağın yolları

1. Qadının kişiyə qarşı ən təsirli halı şirin dili, gülər üzü,təbəssümü, könül alması və sıxıntılarını paylaşmasıdır. Ən əsası əri üzünə baxdıqda könlü açılmalı və bir anda bütün yorğunluqlarını atmasıdır.

2. «Səninlə birlikdə olarkən özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm»kimi sözləri yeri gəldikcə dilə gətirin. Həyat yoldaşınızı sizinlə zaman keçirməyi onun üçün zövqlü bir hala gətirin.

3. İmkanlarınız daxilində süfrənizi bol edin. Kişini evə bağlayan vacib səbəblərdən biri də sevdiyi yeməklərin süfrədə olmasıdır. Yeməkdən sonra çay, qəhvə və çərəzləri əksık etməyin ki, qarnı doyar-doymaz gözü ayaqqabısında qalmasın.

Ardı

Xoşbəxt ailə niyə dağıldı?

Nikah günü hamı vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının qarşısında yığışmışdı. Küçədə gəlin kimi bəzənmiş neçə maşın dayanmışdı. Həmin maşınlarda oğlanla qızın adamları gəlmişdi. Hamı da gül-çiçəklə. Bu gün nikah kəsdirəcək gəncləri təbrik etmək, onlara xeyir-dua verməkdən ötrü. İki ailənin üzvləri bir-birinə qarışmışdı. Tanımaq olmurdu oğlan evinin adamları kimdir, qız evininki hansı. Deyib-gülür, zarafatlaşır, bir-biri ilə daha yaxından tanış olur, bir-birini qonaq çağırırdılar. Oğlan anası qızı əzizləyir, öpür; qız anası da öz növbəsində kürəkənini məhəbbətlə süzür, xoş dillə dindirirdi.



Ardı

Xoşbəxt ailə olmaq üçün

Təcrübələr nəticəsi, alim və psixoloqların ailə xoşbəxtliyi üçün təsbit etdikləri bəzi prinsipləri birlikdə xatırlayaq:


1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır.

2) Xoşbəxt bir ailə  birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər.

3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır.

4)İstər köhnə nişanlısı, istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz.

5) Həddindən artıq idealist olulnmalıdır, normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir.

6) Yoldaşlar, sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər.

7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülər üzlü olunmalıdır.



Ardı

Müdrik qadınlara psixoloq məsləhəti

Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün Sizə bir neçə məşhur “qadin hiylələrini” təqdim edirik

1. YOLDAŞINIZ ÜÇÜN DAIM SIRLI, ƏLÇATMAZ OLUN.

Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir.

Ardı