Evliliyin 6 düşməni

Ailə quran hər kəs mehribanlıq və sevgi ilə əhatə olunmuş bir mühit və səmimi münasibətlər planlaşdırır. Təəssüf ki, çox vaxt qurulan ailələr gözlənilən nəticəni vermir. Psixoloqların fikrincə, ailə həyatının ilk ili kritik il, risk zonası hesab olunur. Fərqli mühitlərdə böyümüş, müxtəlif ailələrin tərbiyəsini görmüş cütlük ilk növbədə bir-birinə uyğunlaşmağa çalışır. Bu məsələdə tərəflər bir-birinə güzəştə getməli və ailənin təməlinin möhkəm əsaslar üzərində qurulmasına çalışmalıdır. Adətən «Mən kişiyəm, o isə bizim ailəyə gəlin gəlib, qoy özü uyğunlaşsın. Nəyə görə mən öz vərdişlərimdən, həmişəki həyatımdan əl çəkməliyəm?» və bu kimi fikirlər məsələni daha da mürəkkəbləşdirir. 

Psixoloqlar ailə daxilində problem yaradan əsas 6 səbəbi qeyd edirlər.




Ardı

Ailədə "Sonun Başlanğıcı"

İngiltərədə nəşr olunan Daily Telegraph qəzeti mütəxəssislərin fikirlərini bir yerə toplayaraq Pis sonluğa gedən evliliyin əlamətlərini oxucularla paylaşdı. Mən də sizlərlə bölüşürəm.Mütəxəssislərə görə bir evliliyin sona doğru getməsinin 8 əlaməti: 
1: Yoldaşınız yatmağa getdiyində siz televizora baxırsınızsa, 
2: Biriniz yatarkən digəriniz yataqda kitab oxuyursa,
3: Nə olub? sualının cavabı «Heç» olursa,  
4: Çöldə görüşməmək üçün bəhanələr axtarırsınızsa, 
5: Yoldaşınız iş haqqında şikayət edərkən onun çətinliyini bölüşmək əvəzinə yenə də iş deyirsinizsə,  
6: Bir-birinizin ailəsini ziyarət etməkdən xoşlanmadığınızı deyirsinizsə,
7: Birlikdə televizora baxarkən sosial -çat təbiətli saytlara baxırsınızsa, 
8: Uşaqlar xaricində danışacaq movzu qalmamışdırsa,
Demək, Əlaqənizi nəzərdən keçirməyin vaxtı gəlib.

Xırdaçılıq xəstəliyi

Deyirlər: " Həqiqətlər təfərrüatlarda gizlənir ". Bu fikirlə razılaşmamaq olmur, amma bu da həqiqəti öyrənməyin yeganə yolu deyil.
Məqsədim " təfərrüat " sözü ətrafında nəsə yazmaq deyil. Çalışıram ki, ailədaxili münasibətlərdə xırdaçılığın törətdiyi fəsadlarla bağlı xüsuslara toxunum.
Elə insanlar var ki, qarşılıqlı münasibətlərdə təfərrüatlara həddindən artıq dəyər verilməsini xoşlamır. Qarşılıqlı inam və sədaqətin yetərli olacağını düşünür və məsələlərin əsas nüanslarını danışmağa və dinləməyə üstünlük verir.

Ardı

Ailə böyüklərinə hörmət

Valideynləri ilə birlikdə yaşamaq məcburiyyətində olan gənc ailələr bundan az-çox təsirlənirlər. Bu təsirin müsbət və ya mənfi olması, tərəflərin baxış bucağından və intellekt səviyyəsindən çox asılıdır. Qəbul etmək lazımdır ki, dünyagörmüş bir Qayınana gəncləri anlayışla qarşılaya və zamanla ayaqlaşa bildiyi kimi, eyni şəkildə düşüncə səviyyəsi yüksək olan bir gəlin də hadisələrə reallıqla baxa və həqiqətləri görə bilir. Bu cür gəlin- Qayınana arasında yersiz mübahisələrdən, səviyyəsiz dava-dalaşlardan danışmaq qeyri-mümkündür. Əksinə, onlar arasında yalnız qarşılıqlı sevgidən və ehtiramdan söhbət gedə bilər

Ardı

Evli Cütlük

Yeni evli cütlük evliliklərinin daha ilk aylarında, bu işin heç də xəyal etdikləri kimi olmadığının fərqinə varmışdı . Əslində bir-birlərini sevirdilər. Son zamanlarda tez-tez olmasa da, evlənmədən əvvəl tez-tez bir-birlərini  çox sevdiklərinə dair çoxlu etiraflar etmişdilər. Amma indilərdə kiçik bir söz, kiçik bir hadisə aralarında böyüyüb mübahisəyə çevrilirdi. Bir axşam oturub evliliklərini nəzərdən keçirməyə qərar verdilər.

Ardı

Sənə "mail"im var!

O, yeniliklərin (xüsusilə də, texniki yeniliklərin) «geri qalmayanlarından» biri idi. Hətta, bəzən «irəli gedənlərindən» biri olduğunu belə demek olardı. Harda bir texniki yenilik olsa, onu hamıdan əvvəl öyrənməyə çalışar, bunun onun üçün lazım olub — olmadığını, hətta lazım olsa belə, nə qədər lazım olduğunu düşünməzdi. Ən yeni ixtiralar, ən yeni kəşflər, ən yeni icadlar...O, bu işlərin adamı idi. Hətta, buna görə dostları ona «texniki adam» adını qoymuşdular. Hətta yaşadığı ölkənin «internet» deyilən yeni bir kəşflə tanış olduğu ilk illərdə də bu yeni kəşf ilə ilk tanış olanlardan biri də o idi.


Ardı

Xəbərsiz qonaq

Zərifə axşamüstü evə qayıdanda olduqca yorğun idi. Çox gərgin bir gün keçirmişdi. Gündəlik dərsləri bir yana, üstəlik valideyn iclasında da olmuşdu. Hər valideynlə tək-tək söhbət etdiyi üçün bir tərəfdən başı, bir tərəfdən də çənəsi ağrıyırdı.
Tələsik üstünü dəyişdi. Əl-üzünü yudu. " Bəlkə bir az divanda uzanım?"- deyə ürəyindən keçirsə də, " Uzansam, yatıb qalacağam. Bir azdan Xalid də gələcək, gərək yemək hazırlayam ",-deyib fikrindən daşındı.

Ardı

Bizimkilər, sizinkilər...

Axşam yeməyinə hazırlaşırdılar. Zərifə süfrəni düzəldir, Xalid isə qəzetləri nəzərdən keçirirdi. Bir tərəfdən də Zərifə gülə-gülə məktəbdə uşaqların başına gələn gülməli bir hadisədən danışırdı...
Bu vaxt telefon zəng çaldı. Dəstəyi Xalid qaldırdı. Zəng edən bibisi idi. Xeyli söhbət etdilər. Xalid bibisini çox sevirdi.

Ardı

Sözü zarafatla demək....

Gözəl bir bazar səhəri...Bakı səmalarından əskik olmayan külək yenə öz vəzifəsini yerinə yertirmək üçün var gücü ilə əsir. Ancaq get-gedə qalxan günəş, deyəsən, küləyi cilovlayaraq bir azdan havaya hərarət gətirəcək...
Zərifə səhər yeməyini hazırlamışdı. Xalid gözlərini ovuşdura-ovuşdura mətbəxtə gəldi...
— Sənə bir sürprizim var. Bu gün çox gözəl bir yerə aparacağam səni.

Ardı

"Mən evli adamam"

Gənc ailə başçısı axşamdan qalma böyük bir baş ağrısıyla oyanmış, çətinliklə gözlərini açaraq, yatağından çevrilib ətrafına nəzər saldı..Yatağın yanındakı tumbanın üstündə 1 stəkan su və 2 aspirin var idi..Dərmanları içərkən yatağın ayaq tərəfindəki divanın üstündə isə ütülənmiş kastyumu və digər əşyaları və balaca kağız parçası diqqətini çəkir. Kağızda: «Sevgilim sabahın xeyir. Səhər yeməyin mətbəxdə hazırdır.Mən alış-veriş üçün çıxdım tez qayıdacam,səni sevirəm».
Paltarlarını geyinib,mətbəxə keçərkən oğlu səhər yeməyini yeyirdi.Öz yerinə diqqət yetirdi,boşqabı və qəzeti hazır idi.Oturub yeməyə başladı və oğlundan soruşdu: oğlum gecə nə olub?

Ardı