Xəyanət dəbə çevrilir

Ailəli bir qadın tanıyırdım. Sovet sistemi dağılana qədər zavodların birində fəhlə işləyirdi. Zavod fəaliyyətini dayandırandan sonra isə işsiz qaldığı üçün ailəsinə qazanc gətirmək adı ilə Türkiyəyə üz tutdu. Əri və uşaqları Azərbaycanda qalan qadından bir ilə yaxın səs-soraq eşidilmədi.
Haqqında cürbəcür şayiələr gəzməyə başladı. Kimi dedi ailəsini tamam atıb, kimi dedi Türkiyədə öldürülüb. Nəhayət, uzun müddət evindən və ailəsindən ayrı düşən qadın günlərin birində tapılaraq Azərbaycana döndü. Özünü təmizə çıxarmaq üçün «daşdan keçən» bir arayış da gətirdi. Bu arayış heç bir sənət sahibi olmayan qadının yoxa çıxdığı müddətdə Türkiyədə hansısa qurumda "çalışdığını təsdiqləyirdi". Əslində arayış onun ərinə və uşaqlarına lazım deyildi, o, yalnız ətrafdakı insanların gözündən pərdə asmaq üçün alınmışdı.



Ardı

Azərbaycanlılar niyə boşanır?

Bizim ailələrin bir nömrəli problemi: gəlin-qayınana davası...

Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.

Ardı

Mənim pulum

Zərifə havaların qızdığını görən kimi, yay təmizliyinə başladı. Yorğan, döşək, nə varsa, tökdü eyvana. Təbii ki, bir o qədər də paltar çıxdı yumaq üçün. Bütün günü bu işlərlə məşğul oldu. Axırda elə yorulmuşdu ki, əlini qaldırmağa belə halı qalmamışdı. Xalid evə gələndə, həmişəki kimi, televizorun qarşısına keçdi. Zərifə bütün günü gördüyü işlərdən, necə yorulmağından danışdı. Xalid bir tərəfdən televizora baxır, bir tərəfdən də Zərifəni dinlədiyini göstərmək üçün dediklərini təsdiq edirdi. Nəhayət, Zərifə özündən çıxdı və gedib televizoru söndürdü…

Ardı

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.


Ardı

Qadınlarda depressiya | Ailənin ən təhlükəli düşməni

Bildiyimiz kimi yaxşı hal-əhval ömrü uzatmaqla yaxşı təsir göstərir və insanın əmək fəaliyyətinə də həmçinin müsbət təsir göstərir. Lakin buna baxmayaraq depressiyaya düşmüş insan haqqında bunu demək olmaz. Alimləri yorulmadan hesablamışlar ki, vətəndaşların depressiyaya düşüb işə çıxmamaları, ölkə iqtisadiyyatına mənfi təsir göstərir və bunun aradan qaldırılması vacib məsələdir. Amma depressiya təkcə cibə yox, ailədaxili mühitə də mənfi təsir göstərir. Xüsusilə də qadınların bu xoşagəlməz vəziyyətlə üzləşməsi mürəkkəb durumu daha da çətinləşdirir.


Yaxşı məlumdur ki, depressiya sosial adaptasiyanın pozulmasıyla müşayiət olunur. Bu hal xüsusilə də qadınlarda özünü daha qabarıq biruzə verir. Belə ki, kişilər depressiv vəziyyətdə emosiyalarını gizlətməyə meylli olurlar. Qadınlarda isə, əksinə, depressiya ictimai münasibətlərin daha geniş aspektini əhatə edir. Lakin depressiya güclü cinsin nümayəndələrini də möhkəm silkələyir.



Ardı

Qaynana və gəlin | Qarşılıqlı səbr və anlaşma

Ailə həyatının qurulması əlbətdəki həyatınızda böyük dəyişikliklərə aparan böyük vasitədir. Ən birincisi sosial statusunuz dəyişir. Böyük ehtimal yaşayış yeriniz də həmçinin dətişir dəyişir, yoldaşınızın yanına köçürsünüz. Sonrakı həyatı qurmaqda yeni qohumların fikirlərini nəzərə almaq lazım olur, birinci növbədə isə qaynananın. Bəzən gəlin ilə qaynana arasında münasibətlər yaxşı olanda bunu qeyri adi hal kimi də qiymətləndirirlər. Gəlin qaynana münasibətləri tez-tez düyünə düşür. Bəs bu daimi mübahisələrin səbəbi nədir? Əlbətdə «Kimdir günahkar» sualını vermək yersizdi. Hər iki tərəf günahkar olur.

Ardı

Ailə problemləri və onların səbəbləri

Yəqin ki qadınların çoxu bir neçə il nikahda olarkən heç də hər şeyin onların istədiyi şəkildə getmədiyini və daxilən nəyinsə onları bezdirdiyini seziblər. Amma ola bilər ki, bu ərəfədə ailənizdə uşaq peyda olur və bütün diqqət onun üzərində cəmlənir. Uşaqlar səadətdir! Əsl səadət! Amma uşaqlar da böyümə xüsusiyyətinə malikdirlər. Onlar böyüyürlər, amma siz yox. Və nəhayət övladlarınızı irəlidə sərbəst həyatın gözlədiyini başa düşərək, diqqətinizi onun üzərindən bir az da olsa çəkdikdə görürsünüz ki, tək qalmışsınız. Xeyr, sözün əsl mənasındakı tənhalıq deyil bu. Ər var axı! Bəli, o var.

Ardı