Ailədə yaş fərqi nə qədər olmalıdır?

Ailə həyatı qurarkən tərəflər hər şeydən çox, yaşa diqqət yetirməlidirlər 
Günümüzdə evlilik və sevgi münasibətlərində qadın və kişi arasında olan yaş fərqinə böyük diqqət verilir. «Yaşa deyil, sevgiyə önəm veririk», "Əsas olan sevgidir", «Sevdikdən sonra yaş fərqi problem yaratmır», «Yaşın nə fərqi var ki?» deyib özlərindən yaşca çox kiçik və çox böyük insanlarla münasibətə girənlər kifayət qədərdir. Bəziləri isə yaş fərqini önəmli hesab edir, eşqin bir neçə ildən sonra bitdiyini və insanların yaş fərqinə görə uyğunsuzluq içərisində ailə kimi çox yaşaya bilmədiklərini düşünürlər.

Çox zaman insanlar münasibətə girərkən fərdlər arasındakı yaş fərqinin bir-birinə yaxın olmasına çalışırlar. Belə hesab edilir ki, fərdlər əvvəlcə münasibətə girdikləri zamanı gözlərini sevgi «kor» etdiyi üçün gələcəkdə yaşanıla biləcək problemləri nəzərə almırlar. Lakin zamanla o həyəcan keçdiyi və problemlər özünü göstərdiyi üçün münasibətlər soyumağa başalyır.

29 yaşlı Azərin İbrahimova 10 il əvvəl özündən 16 yaş böyük olan biri ilə ailə həyatı qurub. İlk illər özünü xoşbəxt hiss etsə də, sonradan ailədə problemlər yaranmağa başlayıb. «Mənə deyirdilər „ay qız, şükür elə, qocaya gedən quyruq yeyər“, mən də bu deyimə inanırdım. Yoldaşım uzun illər Rusiyada çalışmış biri idi, yaxşı imkanı var idi. Nə istəsəm, edirdi. Amma 3 il sonra hər şey mənasızlaşdı. Bir oğlumla mən az qala çörəyə möhtac idik. Mən vəziyyəti ailəmə danışdım, onun bizə baxmadığını dedim. Söz-söhbət böyüdü. Məni döyüb „yəqin, başqasını tapmısan“ dedi».
Ardı →