Akvaterapiya

Akvaterapiya psixoterapevtik və bilavasitə bədən xəstəliklərinin müalicəsi ilə əlaqədar olaraq iki yerə bölünür. Təcrübə göstərir ki, su mühitinə uyğunlaşma və ona qarşı qorxunun dəf edilməsi psixoloji problemlərin asan həll olmasına səbəb olur.

Xüsusilə psixoloji qiymətləndirmə əhəmiyyətli dərəcədə yaxşılaşır, ətrafdakılarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər müşahidə edilir, əhval-ruhiyyə, yaradıcı potensial və işgüzarlıq yaxşılaşır, xəstə müxtəlif “fobiya”, izah olunmayan həyəcan və başqa mənfi psixofizioloji hallardan azad olur. Akvaterapiyanın köməyi ilə bir sıra xəstəlikləri müalicə etmək olar:
Davamı →

SPA

SPA-latın dilindən hərfi tərcüməsi “Salus Per Aguam” sözündən götürülmüşdür.Mənası su ilə gələn rahatlıq deməkdir.İlk dəfə olaraq Belçikada əsgərlərin ruh və fiziki müalicələri üçün istifadə edilmişdir.SPA əsasən 6 formada həyata keçirilir:


1.Buxar hamamı-yüksək istilik nəticəsində istiliyin ötürülməsi və artıq toksinlərin bədəndən ixracını təmin edən masaj
2.İsveç Masajı: bel, ayaq ve qol bölgələrinə edilən masaj
3.Thalasso Terapiya: Dəniz suyu ilə edilən masaj
4. Duz pilinqi: qalın duz parçaları ilə bədəndəki ölü hüceyrələrin atılmasını təmin edən masaj


Ardı →

Duş

Duş — su ilə müalicənin səmərəli metodlarından biridir. Ayrıca müalicə kursu kimi, ya da su ilə başqa müalicə proseduraları kompleksində, bəzən müalicəyə başlayanda, yaxud müalicənin axırında tətbiq edilir. Suyun temperaturunu xəstəliyin xüsusiyyətindən və nəzərdə tutulan məqsəddən asılı olaraq təyin edirlər. Qısamüddətli soyuq və isti duş insanı gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, uzun çəkən soyuq və isti duş hissi və hərəki sinirlərin oyanma qabiliyyətini azaldır, maddələr mübadiləsini artırır, ilıq duş isə sedativ təsir edir. Sərin və soyuq duşdan sonra bədəni cod dəsmalla bərk-bərk sürtmək lazımdır, bu, ürək-damar sisteminin işinə müsbət təsir edir.
İynəvarı, yağış duşu xüsusi qurğunun başına taxılmış tordan ayrı-ayrı şırnaqlara bölünmüş, yağış şəklində tökülən sudur. Bu su ilıq, indifferent, sərin və soyuq ola bilər. Duşun müddəti 1 dəqiqədən 5 dəqiqəyə qədərdir, su 1-2 atm təzyiqlə verilir. Proseduranı hər gün aparırlar, müalicə kursu 15-25 proseduradır.
Şarko duşu. Xüsusi duş kafedrasından müəyyən temperaturlu və təzyiqli su vurulur.
Ardı →