ANA olmaq
Lap əvvəl şiri n bir körpə gəldi dünyaya.
«Sənə ana olmağı o öyrədəcək» -dedilər.
Gülümsədim. Çünki, dilsiz bir uşaq mənə bir şey öyrədə bilməz deyə düşündüm.
Zamanla sevdim onu, həyatda heç kimsəni bu qədər tez sevməmişdim.
Heç kimsə ilə söhbət etmədən münasibət qura bilməzdim.
Sonsuzluğa qədər sevgi nədi «o» öyrətdi mənə.
Qəlbimdə ona qarşı heç kimə olmayan şəfqət hissi var idi....
Gözündə yaş görəndə yox, dodaqlarını büzəndə dünya gözümdə qaralırdı.
Özümdən daha dəyərli «CAN»ın olduğunu öyrətdi mənə.
Canımı onun üçün bir heç kimi fərz edə bilərdim.
O mənə ALLAHımın əmanəti idi. Canım kimi qorumalıydım onu. Elə də etdim.
Nəfəs alıb-vermək nə qədər gözəl imiş. Yatanda sakitcə yanına uzanıb nəfəsinin səsini dinlədim, ALLAHıma şükr elədim…
Bir də yatışının gözəlliyi var idi. Biş barmağımı ovucunun içinə qoyub yatardı, bərk-bərk sıxaraq yumşaq pambıq əlləri ilə. Denyada onun yatışını seyr eələməkdən gözəl nə ola bilərdiki ??
Xəyalını qurduğum gəldi nahayətki… Mənə «ANA» -dedi, ANA… O andakı hisslərimi heç kimə başa sala bilməzdim. «Nolar birdə ANA de, birdə..» -deyib arxasından gəzdiyim saatlar oldu......
İndi ANAmı daha yaxşı anıayıram. Məni canından da çox sevdiyini. ANAlıq necə də Uca bir hiss imiş.....

- ?
- 07 fevral 2012, 00:36
- _BUMERANQ_
- şərh əlavə et
Həmin mələyin adı nədi

Bir zaman dünyaya gəlmek istəyən körpə yaradan Allahdan soruşur
Bir az əvvəl o biri dünyaya gedəcəyimi söylədilər.Ancaq, mən o qedər körpə, o qədər gücsüzem ki, orada necə yaşayacağımı bilmirəm.
-Mən o qədər mələklərin içərisindən bir mələk seçmişəm ki, o səni həmişə qoruyacaq.O hər zaman sənə gülümsəyəcək, hər zaman sənə mahnı oxuyacaq.Onun Sevgisini hər an üzərind hiss edəcəksən və bu səni bütün ömrün boyu qoruyacaq. Bes men insanların dilini bilməyə-bilməyə onlarla necə danışacam?
Həmin mələk sənə dünyada eşidə biləcəyin ən gözəl, ən şirin sözleri söyləyəcək və sənə danışmağı öyrədəcək.
Dünyada pis insanların olduğunu eşitdim.Bəs məni onlardan kim qoruyacaq?
Narahat olma, hemin melek seni həyatı qeder qoruyacaq.
Bu arada seslər gəlir və uşağın o biri dünyaya getmə vaxtı gəlib çatır.Uşaq son bir sualını yaradana verir:
Bəs yaxşı hemin mələyin adı nedi?
Mələyin adının heç fərqi yoxdu.Sən onu sadəcə olaraq, ANA çağıracaqsan!!!!
- ?
- 02 fevral 2012, 17:40
- HANDSOME
- şərh əlavə et
Ana məhəbbəti
Səssiz-sədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər...
Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllər-üzlər yuyular...
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular.
Ardı
- ?
- 09 avqust 2011, 13:13
- Ali2000
- şərh əlavə et
Ancaq və ancaq körpəm üçün
Ardı
Ana və bala
2 yaşındaykən — sizə yeriməyi öyrətdi Səni çağırdığında otaqdan qaçaraq TƏŞƏKKÜR ETDİNİZ !
3 yaşındaykən — Sizə əziyyətLə yemək hazırladı yeməyi yarımçıq qqoyub oynamağa qaçıb da TƏŞƏKKÜR ETDİNİZ !
4 yaşındaykən — Sizə rəngarəng qəLəmLər,karandaşLar verdi. Evin bütün divarlarına şəkil edərək TƏŞƏKKÜR ETDİNİZ !
5 yaşındaykən — Sizi qəşəng paltarlarla bəzədi. Gördüyünüz ilk paLçıqLa üstünüzü bulayaraq TƏŞƏKKÜR ETDİNİZ !
6 yaşındaykən — məktəbə qədər sizinlə getdi. Küçələrdə «GETMİYƏCƏƏƏM» deyə ağlayaraq TƏŞƏKKÜR ETDİNİZ!
Ardı
- ?
- 27 iyul 2011, 21:32
- EtibaR
- şərh əlavə et
Ana olmaq,xoşbəxt olmaq deməkdir!
Ana olmaq,ümid etmək deməkdir...
Ana olmaq,əsla imtina etməmək deməkdir...
Ana olmaq,hesabsızca sevmək deməkdir...
Ana olmaq,hər zaman edecəyi işi olmaq deməkdir…
Ardı
Ana
Bir müddət əvvəl həyat yoldaşımdan qeyri bir qadınla gəzməyə çıxmışdım. Bu, həyat yoldaşımın təşəbbüsü idi.– Onu nə qədər sevdiyini dərindən dərk et – deyə həyat yoldaşım mənə məsləhət vermişdi...
Həyat yoldaşımın, birlikdə gəzməyi və vaxt keçirməyi tövsiyə etdiyi həmin qadın Anam idi. 19 il əvvəl həyat yoldaşını – atamı itirmişdi.
Ancaq iş həyatım, gündəlik məşğuliyyət, boynuma düşən məsuliyyət, üç uşaq atası olmağım – bütün bunlar Anama tez-tez baş çəkməyimə mane olurdu.
Ardı
